“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

“Report” xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər ödəniləcək:

“Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.

Sərnişin sıxlığını və müraciətləri nəzərə alaraq, oktyabrın 13-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir. Yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.

"Ölkə.Az"ın APA-ya istinadən verdiyi xəbərə görə, K.Heydərov erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərə və yaşayış binasına baxış keçirib.

 

 

 

 

 

 

 

 

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 41 mülki şəxs həyatını itirib”.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 207 nəfər yaralanıb.

“1185 ev, 148 mülki obyekt və 57 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

 

 

 

 
 
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYP) sərnişin daşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

 İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov report.az-a bildirib ki, “COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb:

"Lakin son günlərdə gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur. Mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.

Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar. Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.

Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.

Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik".

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 14-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.

“Məlum olduğu kimi, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti regionda ağır humanitar və ekoloji nəticələrə səbəb olub. İşğal altında olan ərazilərdə regionun təbii sərvətləri talan edilib”.
Bunu oxu.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib:

“Regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub. Burada əsas sahələr - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin məhv edilməsi, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi ümumi ekoloji zərərlər, o cümlədən, əhaliyə dəymiş mənəvi-ekoloji zərərləri vurğulamalıyıq.

Ölkəmizin mühüm su arteriyası olan Araz çayında suyun kimyəvi analizləri göstərir ki, son illər çirklənmə səviyyəsi mümkün normadan dəfələrlə artıq olub. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektlərimiz var və onlar böyük mənfi antropogen təsirlərə məruz qalır”.

U.Tağıyeva işğaldan azad edilən “Suqovuşan” su anbarı barədə də danışıb:

“Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı işğaldan azad edilib. İşğal altında olduğu müddətdə Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonunun torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Hazırda “Suqovuşan” su anbarından suyun buraxılması təmin olunub və suların tənzimlənməsi nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlıq bərpa olunacaq. Hazırda çaydan saniyədə 11-12 kub metr su keçir”.

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Oktyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti