|
Metbuat.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, məlumatı məktəblərin bağlanması kimi təqdim etmək düzgün deyil.
“Bizim dünən yaydığımız məlumatda məktəblərin bağlanmasından söhbət getmir. Bu sadəcə həftəlik məlumatdır. Məlumatı veririk ki, ümumi mənzərə göz önünə gətirilsin. Burada yoluxma məktəbə getməyən yuxarı siniflərdə oxuyan uşaqlar barədədir. Onlar məktəbə getmir və məktəbdən kənar yoluxublar. Bunu məktəblə bağlamaq düzgün deyil".
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqədə 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər iştirak edə bilərlər.
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2020-ci il sentyabrın 25-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:
- Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
- Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);
- “Abituriyentin elektron ərizəsi”.
Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur.
Bu barədə “Ölkə.Az”a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir.
"Ölkə.Az"ın məlumatına görə, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Administrasiyasına dəvət etmişdilər. oxu.az
Şəki rayonunda kütləvi yoluxmanın qeydə alındığı və fəaliyyəti üç gün müvəqqəti olaraq dayandırılmış bazar açıldı.
Report xəbər verir ki, "Şəki Bazar" ASC bu gün səhər saatlarında fəaliyyətə başlayıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASCnin üç gün müeddətində fəaliyyətini dayandırmışdı.
Qeyd edək ki, mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində ötən həftə 12 nəfər in virusa yoluxduğu aşkar edilib.
"Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir".
“Ölkə.Az” xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov özünün "Facebook" səhifəsində yazıb.
"Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur. Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb. Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır" - Ə.Hüseynov qeyd edib.
Ekspert bildirib ki, vətəndaşlar bundan heç də narahat olmamalıdır:
"Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir. Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib. Əsas məsələ qələbədir. Bunun üçün hər şey qurbandır: təkcə mal-mülkümüz yox, həm də canımız".
Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanması faktı kifayət qədər çoxdur. Bunun qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir.
Ölkə.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, aşağı siniflərdə koronavirus adətən subklinik səviyyədə keçir ki, bu da onlar üçün xüsusi təhlükə yaratmır:
“Təbii ki, onlara heç bir təhlükə yaratmasa da, daşıyıcı kimi bizim üçün çox böyük təhlükədirlər. Onlar virusu ifraz edir və bu nöqteyi-nəzərdən heç bir kliniki əlamət olmadan cəmiyyətdə dolaşaraq virusu yayırlar. Ona görə də bu məqamın ciddi təhlükə olmasını nəzərə alıb yeni mexanizmlər hazırlanmalıdır. Bu rəqəmlər kifayət qədər çoxdur və yoluxmanın qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir”.
C.İsayev onu da əlavə edib ki, təkcə aşağı sinif şagirdləri deyil, regionlarda yuxarı sinif şagirdləri də yoluxub:
“Burada valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Onların maska taxması tələb olunmalıdır. Eyni zamanda müəllimlərin də səhlənkar davranışları yoluxmalara şərait yaradıb. Şagirdlərə qısa tənəffüs vaxtı ayırıb onların bir-biri ilə sıx ünsiyyətinin qarşısını almaq lazımdır. Təəssüf ki, ibtidai siniflərdə onlayn dərs keçilməsi effekt verməz. Uşaqların gələcəyi üçün də təhsilin dayandırılması düzgün deyil. Ayrı bir mexanizm düşünülməli, tədbirlər görülməlidir. Bakıda sinifdə yoluxma halı çox olub və 4 sinif bağlanıb. Bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalı və tez bir zamanda qərar qəbul olunmalıdır”.
Bu gün Xırdalan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Ölkə.Az”a “Azərsu”dan bildirilib.
Məlumata görə, fasiləyə səbəb magistral su kəmərində aparılan təmir işləridir.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Daxili İşlər Nazirliyi Neftçala rayon Xolqaraqaşlı bəldiyyəsinin üzvü Vəfa Nağının feysbukda paylaşdığı iddia ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” həmin məlumatı təqdim edir:
“Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir: “O ki, qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.