|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.
Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1. |
Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) |
16. |
Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) |
2. |
PVC qapı və pəncərə hazırlanması |
17. |
Brolyer inkubatoru |
3. |
Kişi bərbərxanası |
18. |
Qadın gözəllik salonu |
4. |
Avtoyağlama |
19. |
Avtomobil şinlərinin təmiri |
5. |
Komputer oyun salonu |
20. |
Avtoyuma |
6. |
Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) |
21. |
Avtoçilingər |
7. |
Dizayner |
22. |
Dülgər
|
8. |
Dəmirçi |
23. |
Dönərçi |
9. |
Avtotornaçı (tokar) |
24. |
Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
10. |
Parket və taxta döşəmə cilalanması |
25. |
Yun darama |
11. |
Avtoelektrik |
26. |
Naxış vurma |
12. |
Meyvə qurutma |
27. |
Təlim-tədris |
13. |
Fitnes (idman) |
28. |
Musiqiçi |
14. |
Poliqrafiya xidmətləri |
29. |
Ayaqqabı təmiri və istehsalı |
15. |
Foto xidməti |
30. |
İstixana |
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: project.dma@sosial.gov.az; mesgulluq@bbn.az mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.
"Ölkə.Az" xəbər verir ki, bahalaşma qərarı isə Bakı Nəqliyyat Agentliyinin (BNA) taksilərin vahid qiymət siyasəti ilə əlaqələndirilir.
Belə ki Bakıda fəaliyyət göstərən avtobuslarda gediş haqqının 30 qəpikdən 50 qəpiyə qaldırılacağı barədə iddialar ortaya atılıb. Mövzunun əhəmiyyətini nəzərə alaraq və gediş haqqının artacağı ilə bağlı iddiaların nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə Bakı Nəqliyyat Agentliyinə müraicət etdik. Qurumdan "Ölkə.Az"a bildirildi ki, gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır: "Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.
Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini
Bu barədə hadisə şahidi Nadir Axundov Baku.ws-ə məlumat verib.
Paytaxt sakini bildirib ki, mübahisə sürücünün dayanacaqda dayanmasına baxmayaraq, qapını açmaması səbəbindən yaranıb:
“Sərnişinlər buna etiraz etdikdə, sürücü onları təhqir edib. Bununla kifayətlənməyən sürücü avtobusdan aşağı düşərək əl-qol hərəkətləri ilə qadınla uca səslə danışmağa başlayıb. Digər sərnişinlər məsələyə müdaxilə etdikdə isə sürücü onları da təhqir edib. Sürücü sonradan qabaqdangəlmişlik edib, dispetçerlə əlaqə saxlayıb. Sürücü sərnişinlər tərəfindən söyüldüyünü deyib”.
Hadisənin görüntülərini təqdim edirik:
Azxeber.com xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Alidə Mustafayeva sosial şəbəkə hesabında yazıb. O ötən gün Səbail rayonunun Parlament prospektində avtomobillə vurularaq dünyasını dəyişən AzTV əməkdaşı Sərxan Məmmədov haqda danışıb.
Aparıcı deyib ki, həmin yolda bu cür bədbəxt hadisə ilk dəfə deyil ki, yaşanır:
"Yazıq deyildimi o 34 yaşlı iki uşaq atası?! Hətta, yazıq Qəbələdən treninqə gəlibmiş. Qismət. Analoji hadisə mən AzTV-də işləyəndə də baş vermişdi. Suflerda işləyən cavan xanımı həmin yerdə maşın vurub öldürmüşdü. Hətta, o vaxt deyirdilər ki, bu artıq neçənci haldır. Bu nə qədər belə davam edəcək?!"
Aidiyyatı strukturların taksi fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə tənzimlənməyə dair cəhdləri əslində normal qarşılanmalıdır. Lakin bu cəhdlərin məqsədi yalnız birtərəfli xarakter daşıyarsa, onun gətirəcəyi xeyir sosial narazılığa səbəb olacaqsa, əldə edilən 5 manat fayda əvəzinə sonradan sosial gərginliyin aradan qaldırılması üçün 15 manat xərcləyəcəyiksə, belə yenilik yolverilməzdir. Bizim dövlətin ali məqsədi insanların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Xalq – hakimiyyətin mənbəyidir, dövlətin ən vacib meyarıdır.
Bunu Etikxeber.az-a özəl açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili Bərhuz Məhərrəmov Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi xidməti ilə bağlı mediada-ARB-də səsləndirdiyi fikirlərin kəskin etirazla qarşılanmasına, sosial şəbəkələrin, medianın gündəminə çevrilməsinə münasibətini bildirərkən deyib.
Qeyd edib ki, əlbəttə, atılan istənilən addımda xalqın mənafeyi üstün tutulmalıdır. Dövlət başçısının da siyasi iradəsi bu yöndədir, Prezident İlham Əliyev son 7 ayda iqtisadiyyat və insan amili arasında mürəkkəb seçim qarşısında qalanda üzərinə çox riskli və ağır bir yük götürüb, insan amilini üstün tutub, sosial məqsədlər üçün milyardlar xərclənib.
“İndi bütün yeniliyin ruhu, dəyişimin, islahatın fəlsəfəsi də elə bu yöndə olmalıdır. Əgər taksi ucuz qiymətə fəaliyyət göstərirsə, bunun nəyi pisdir ki? Bundan kim zərərə düşür ki? Taksi şirkətlərimi? Heç ağlabatan deyil, əks halda işləməzdilər, bu ölkədə heç kim zərərlə işləməyə məcbur edilmir. Əlbəttə, qazanc az ola bilər, amma sonucda vətəndaş da məmnun qalırdı, sürücü də az da olsa, evinə çörək aparırdı, şirkət də az da olsa, qazanırdı. Açığı burada müdaxiləyə ehtiyac duyulduğu qənaətini qəbul etmirəm, əksinə, bu yanaşma problemlərə yol aça bilər.
Əgər mediada yayılanlar həqiqətdirsə, BNA-nın açıqlaması mənə çox təəccüblü gəldi. Üzürü ayıbından betər. Həqiqətən anlaşılmaz şeylər baş verir. Biri karantin tədbirlərini ayaq altına atır, biri onun müdafiəsinə qalxır, biri xalqı başqa formada narazı salır. Sanki hansısa kənar qüvvədən bu ölkəni qarışdırmaq, insanları süni olaraq narazı salmaq üçün tapşırıq alıblar. Düşünürəm ki, belə həssas məqamda təmkinli olmalı, 3-5 yarıtmaz məmurun mövqeyini dövlətin mövqeyi kimi qəbul etməməliyik. Xüsusən, sosial şəbəkələrdə bu məsələdən özlərinə xal qazanmaq üçün istifadə edib, insanları qızışdıran populistlərə də meydan verməyək”-deyə, B. Məhərrəmov sözlərinə əlavə edib.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.
“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsini "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq sizinlə 2 qənaətimi bölüşmək istərdim.
1) Xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir.
2) Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun.
Odur ki, bilin ki, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”, - deyə Qubad İbadoğlu bildirib.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.
Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.
4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirlərin davam etdirildiyini müsbət dəyərləndirib.
Onun sözlərinə görə, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması və xüsusi karantin rejiminin mərhələli qaydada yumşaldılması, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir:
"Bu mənada yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqsədəuyğun hesab edilir. Əlbəttə, vətəndaşlarımız da başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər və bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcək. Payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Koronavirus ilə birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir".
Millət vəkilinin sözlərinə görə, başlıca vəzifəmiz koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir: “Kimliyindən və statusundan asılı olmayaraq hər kəs atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməlidir. Lazımsız ifadələr, sözlər işlədib ictimai rəyi də çaşdırmaq bu günün məqsədlərinə uyğun deyil”.
Tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdə bizim ən əsas vəzifələrimizdən biri və birincisi övladlarımızı bu xəstəlikdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir.
Doğrudur, bu gün bəzi vətəndaşlarımız gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük nümayiş etdirirlər. Amma onlar yolların açılmasından çox insanlarımızın, cəmiyyətimizin, özlərinin və ailəsinin sağlamlığını, təhlükəsizliyini düşünməlidirlər.
Hətta, bu gün elə insanlar da tapılır ki, yumsalma tədbirləri çərçivəsində muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsinin lazımsız olduğunu iddia edirlər.
Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir.
Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir”.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Sentyabrın ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.
Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.
Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.
Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib.
Belə ki, çalışmanın yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib.
"Yol-xeber.az" xəbər verir ki, BNA rəsmisi çıxışında “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” sözlərini işlədib. parla.az