“Şəhid ailələri, müharibə veteranları, müharibə əlillərə diqqət və qayğı Azərbaycan hökumətinin yürütdüyü sosial siyasətinin ana xəttini təşkil edir. Ötən müddət  ərzində bu kateqoriyadan olan insanlaırn sosial müdafiəsi ilə bağlı lazımi qanunvercilik bazası yaradılıb və buna uyğun olaraq  şəhid ailələri, əlil və veteranlaırn problemləri öz həllini tapıb və tapmaqdadır”.

 Bunu “Ölkə.Az”a açıqlamasında  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, şəhid ailələri, əlil və veteranların  sosial problemlərini həll  etmək üçün müəyyən proqramlar qəbul edilib. “Bu proqramlara əsasən  bu kateqoriyadan olan insanlar mənzil və avtomobillə təmin edilir,  sosial müavinət, pensiya  verilir və müalicəsi dövlət tərəfindən həyata keçirilir. Digər  problemləri həll olunur. Ümumiyyətlə bu kateqoriyadan olan insanlara 20-dək sosial güzəşt nəzərdə tutulub və onlar bu hüquqlardan istifadə edirlər”- komitə sədri qeyd edib.

Komitə sədri əlavə edib ki, bundan sonrakı dönəmdə dəbu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin olunması üçün daha  ciddi addımlar  atılacaq: “Bununla əlaqədar olaraq müvafiq proqramlar qəbul ediləcək. Şəhid ailələri, əlil və Qarabağ qazilərinin sosial problemlərinin həlli cənab Prezidentin daima diqqət və qayğısında olub. Bundan sonra da biz bu istiqamətdə atılacaq  daha ciddi addımların şahidi olacağıq.

Müharibə yenicə bitdiyindən hazırda bu kateqoriyadan insanlarla bağlı hüquqi bazanın  təkmilləşdirilməsi istiqamətində  müvafiq işlər gedir. Bununla bağlı müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar olaraq mövcud qanunlara dəyişikliklər və əlavələrin edilməsi nəzərdə tutulur. Yəni hökumətin bu istiqamətdə kompleks addımlar atması gözlənilir. Bu istiqamətdə  müzakirələr bitdikdən və hansı addımlaırn atılması bəlli olduqdan sonra cəmiyyətə məlumat veriləcək”.

Komitə sədri hesab edir ki, bütün bunlarla bağlı 2021-ci ilin əvvəlində bununla bağlı hansı addımların atılması bəlli olacaq.

Bu kateqoriyadan olan insanların sosial  müdafiıəsinin   gücləmndirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsində hansı məsələlərin nəzərdə tutulduğuna gəldikdə komitə sədri deyib ki,  2021-ci ilin dövlət büdcə zərfi parlamentə daxil olmadığından konkret fikir söyləyə bilmərəm: “Amma işğaldan azad olunan ərazilərdə böyük tarixi   quruculuq abadlıq işlıri ilə bağlı müəyyən layihələrin  həyata keçirilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulacaq. Heç şübhəsiz  şəhid ailələri,  qazi və əlillərlə bağlı məsələlər hər zaman olduğu kimi növbəti ildə də büdcə layihəsində əksini tapacaq.  Mən daha çox bu kateqoriyadan olan insanların sosial müdafiəsnin gücləndirmək üçün daha çox məşğulluq məsələlərinə diqqət yetirilməsini təklif edirədim. Ya onlar yüksək masala işlərlə təmin olunmalı, yaxudda  kişik bizneslərini qurmaq üçün məşğulluq imkanlarından daha geniş formada istifadəsinə şərait yaradılmalıdır. Əminəm ki,  hökumət şəhid aiələri və Qarabağ  qzilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri addımlar atacaq”.

Şəhid Ramil Yusifzadənin cənazə kimi tək bir ayağı ailəsinə gəlib.
 
Bu barədə jurnalist Jalə Mütəllimova sosial şəbəkədə paylaşım edib:
"Yusifzadə Ramil Adəm oğlu. Belə bir şəhidimiz var. Adına heç yerdə rast gəlmirik. Ailəsi çox arzusundadır onun haqqında danışılsın. Onun da şəkilləri paylaşılsın. Lütfən paylaşın və bilin, Ramilin, cənazə kimi tək bir ayağı gəlib ailəsinə. Ruhu da cismi də əbədi olaraq Qarabağda qalıb. Ailə, vətən sağ olsun deyir. Amma gərəkdir ki, biz o vətənin bir parçası kimi, bizə düşəni edək. Bu şəhid balamızı unutmayaq." (sfera.az)

 

 

 

 
 
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.

Bu barədə "Ölkə.Az"a Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti, saxlanılan şəxslər, eləcə də beynəlxalq humanitar hüquq normaları, o cümlədən Cenevrə Konvensiyaları əsasında əsir və girovlarla rəftar, onların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Növbəti başçəkmə zamanı Ermənistandan olan əsir və girovlar fərdi qaydada qəbul olunub, müraciətləri dinlənilib, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Ombudsmanın Mili Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə müraciətləri əsasında əsir və girovlar müayinə olunub. Hər hansı bir fərq qoyulmadan əsir və girovlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi müşahidə olunub.

Hərbi əsirlər, o cümlədən girovlar onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən  bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

- 35 yaşı keçməməli;

- Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

- Həkim-terapevt;

- Həkim-ümumi cərrah;

- Həkim-stomatoloq;

- Həkim-sanepidemioloq;

- Həkim-dermatoloq;

- Həkim-infeksionist;

- Həkim-otolarinqoloq;

- Həkim-laborant;

- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

- Feldşer;

- Feldşer-laborant;

- Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

- Fiziki cəhətdən sağlam olmalı;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Xəbər verdiyimiz kimi Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi şərəfinə hərbi parad keçiriləcək. 

Bununla bağlı AZTV yeni süjet hazırlayıb.

Bildirilib ki, hərbi parada hazırlıq davam edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib.

Bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Respublikası Səhiyyə nazirinin müavini Əminə Alp Meşe ilə görüşdə iki qardaş ölkənin birlikdə vaksin əldə etmə imkanları, vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.

 

 
  •  

 

 
 
 
Azərbaycanda dekabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 5-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Bununla bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etrməyən insanlardır.

Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir.

15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.

Nazirliyin əməkdaşları ailə ilə görüşərək yaşayış vəziyyətlərini öyrənib.

Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.

Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.

Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.

Bu gün Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb.

APA-nın məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Vəhdət namazı A.Paşazadənin rəhbərliyi ilə qılınıb.

Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.

Xəbər lenti