Azərbaycanda SMS-icazə sistemi bərpa edilir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilib.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

-ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

Dünya ictimaiyyətinin üzləşdiyi COVID-19 pandemiyasının hazırda növbəti dalğası yaşanmaqdadır. Artıq dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib.

Pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını şərtləndirmişdir. Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən:

• ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır;• 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir;

• Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir;

• 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır;

• 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər;

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.

• 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

-ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

• Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.

• Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır;

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcəkdir. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.

Xatırladırıq ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünüzün və ailənizin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir. Eləcə də xəstəliyin ilkin əlamətlərini hiss etdikdə özünütəcrid tələblərinə ciddi riayət etməyə, zəruri müalicə tədbirlərinin həyata keçirilməsinə çağırırıq.

Təhsilin ağır yükünü şağirdlərə kim yükləyir? "Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər".

Təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

"Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində, öyrənmə başadüşmə ilə bağlıdır. Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır", - deyə o vurğulayıb.

Məlumdur ki, şagirdlərin təhsil yükünün ağır olması illərdir ki, müzakirə mövzusudur.

Orta məktəb proqramlarının uşaqların yaş həddinə uyğun olmaması, məhz bu səbəbdən də keçilən dərslərin şagirdlərin yaddaşında qalmadığı bildirilir.

Digər tərəfdən isə valideynlərin öz övladlarına repetitor təhsili verməsini zəruri edən məqamlardan ən başlıcası qəbul imtahanlarına salınan sualların mürəkkəb olmasıdır.

Təhsil proqramları ilə test sualları arasında uyğunsuzluğun olduğu bildirilir və bu məsələ də dövlət qurumları rəhbərlərinin qarşılıqlı ittihamllarına səbəb olur.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olduğunu bildirir, Təhsil Nazirliyinin rəhbərliyi isə imtahan suallarının mürəkkəbliyindən şikayətlənir.

Xatırladaq ki, sabiq nazir Misir Mərdanov durumu mübaliğəli formada “Bizim məktəbdə qaşıqla verdiyimiz biliyi Məleykə Abbaszadə çömçə ilə amaq istəyir” formasında təsvir etmişdi.

Bu uyğunsuzluğu necə aradan qaldırmaq, pandemiyanın da çətinləşdirdiyi sosial-iqtisadi bir durumda valideyinləri repititorlara “ətək-ətək” pul xərcləmək məcburiyyətindən necə qurtarmaq olar?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Cümhuriyət” qəzetinə açıqlamasında repititorluğu təhsilə arxadan vurulmuş bıçaq zərbəsi kimi xarakterizə etdi:

“Burada artıq təhsil kommersiyalaşmış və kimlərsə gəlir götürmüş olur. Dövlətin mənafeyi kənarda qalır. Dövlətin məktəbin üzərinə qoyduğu funksiyaları repetitor yerinə yetirə bilməz. Məsələn, əgər o kimya müəllimidirsə, yalnız öz fənnini tədris edəcək, uşaqlara vətənpərvərliyi aşılamayacaq. Bu baxımdan da təhsil nazirimizin mövqeyini yüz faiz müdafiə edirəm. Bu Azərbaycanın milli maraqlarına uyğun bir mövqedir. Pepetitorluq təhsil prosesini pozan bir məsələdir. Bu xörək bişirən zaman ikiqat duz tökməyə bənzəyir. Repetitorluq ikinci duz payıdır. Bununla bağlı çox təhlillər aparmışam”.

Qəbul imtahanlarında sualların mürəkkəb olmasına gəlincə, təhsil eksperti deyir ki, əvvəllər ali məktəbləri bitirənlərin işlə təminatı ilə bağlı təyinat var idi:

“Qəbul imtahanları o məqsədlə aparılırdı ki, 100 şagirddən 33 ali məktəblərə və texnikumlara qəbul olsun, qalan 67 nəfər isə işlə təmin olunsunlar. SSRİ təhsil sisteminin məğzi bu idi. İndi isə təyinat yoxdur. Ali məktəblərə qəbulla bağlı universitetlərin korporativ maraqları, o cümlədən də dövlətin maraqları var. İndi təyinat olmadığına görə keçmiş SSRİ-də olduğu kimi qəbul imtahanlarının keçirilməsinə ehtiyac yoxdur.

Bu ona gətirib çıxarır ki, bizim nisbətən zəid şagirdlərimizin bir hisssəsi Gürcüstana, digər bir qismi Ukraynaya, Türkiyəyə gedir, çünki həmin ölkələrdə qəbul imtahanları yoxdur. Biz qəbul imtahanları vasitəsilə öz gənclərimizi özümüzdən uzaqlaşdırırıq. Həmçinin Azərbaycan maliyyə axınına şərait yaradırıq. Qəbul imtahanları yüngülləşdirilərsə və ya tam götürülərsə, həmin gənclər burada qalar, Azərbaycanın ənənələrini, bəşəri dəyərləri mənimsəyər və xalqına faydalı bir insan olar. 30 ildir ki, bunun mübarizəsini aparıram, amma ortada kommersiya maraqları olduğu üçün nail olmaq mümkün olmur. Məleykə xanımın əməyini qiymətləndirirəm, o böyük bir sistem qurub. Amma bu sistemi ali məktəblərin girişində yox, çıxışında qurmaq lazımdır ki, biliyi olmayan şəxslərə həkim, mühəndis, müəllim diplomları verilməsin. Bu işlərin yeri düzgün qurulmayıb”.
Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.

2. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

“COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O bildirib ki, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir. 

E.Hacıyev qeyd edib ki, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir: 

“COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu, dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb.

Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.

Prezident İlham Əliyev "Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır.

Həmçinin, “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etmək tapşırılır.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaradılan yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Son dövrlər cəmiyyətdən gələn müxtəlif təşəbbüslər var. Ayrı-ayrı vətəndaşlar həmin yaralı hərbçilərin və şəhid ailələrinə dəstək olmaq istəyirlər. Məhz bunları nəzərə alaraq şəffaf bir platformanın yaradılması qərara alınıb. Bu, mərkəzləşdirilmiş platforma olacaq. Burada hər kəsin şəxsi kabineti olacaq”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Şəhid ailələri və yaralananların ehtiyacları 4 istiqamətdə müəyyənləşəcək”, - o bildirib.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib.

Report xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib.

O qeyd edib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur".

T.Eyvazov eyni zamanda vətəndaşların hansı qaydalara riayət etməli olduqlarını da bildirib: "Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını risqə atmayaq".

Dünyada və Azərbaycanda Covid-19 infeksiyasına yoluxma həddi indiyə qədər qeydə alınan statistika üzrə ən yüksək göstəricidədir.

Biz bu materialı hazırlayan zaman dünyada 67 milyon 457 min 650 nəfər koronavirusa yoluxan vardı. Bu virusdan ölənlər isə 1 milyon 542 min 910 nəfərdir.

Son 24 saatda dünyada koronavirusa 535 min  8 nəfər yoluxub, 7 min 537 nəfər isə dünyasını dəyişib.

Dekabrın 6-na olan məlumata görə, Hazırkı dövrədək Azərbaycanda 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Son gün ərzində test sayı 19197 olub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.
 

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

Dünyada artıq vaksinasiya prosesi başlayır. Doğrudur, ÜST tərəfindən hələ ki, hər hansı bir vaksin qeydiyyata alınmayıb. Lakin bununla belə ABŞ, İngiltərə, Çin, Türkiyə, Rusiya kimi ölkələrdə mövcud vaksinlərlə könüllü şəkildə insanların peyvəndlənmə prosesinə başlanılır.

Azərbaycanda isə TƏBİB açıqlama verib ki, yalnız ÜST tərəfindən qeydiyyata alınan vaksin alınıb, vaksinasiya prosesi başlanılacaq.

Ekspertlər bildirirlər ki, qeydiyyata alınmayan, yoxlanmayan vaksinin yan təsirləri ola bilər. Bu isə insanların sağlıq durumunun riskə atılması deməkdir. Bəs indiki vəziyyət hara aparır? Ölkədə karantin daha da sərtləşdirilə bilərmi? “Yeni Müsavat”a danışan  həkim Ədalət Rüstəm bildirib ki, hazırkı vəziyyətdə Azərbaycanda sərt karantin rejiminə keçməz zəruridir: “Ölkədə yoluxma sayı durmadan artır. Ailə daxili yoluxmalar geniş yayılıb. Demək olar ki, nəzarət də yoxdur. Lakin hesab edirəm ki, aprel ayında olduğu kimi, sərt karantin rejimi tətbiq edilməlidir. Bu, prosesin yavaşlamasına səbəb ola bilər. Eyni zamanda dünyada istifadə edilən vaksindən ən azı 1 milyon doza alıb, risk qrupuna daxil olan xəstələrə vurmaq lazımdır. Dünyada yaxın günlərdə vaksinasiya prosesi başlayır. Azərbaycanda da bunu tətbiq etsələr, yoluxmanın sayı xeyli aşağı düşər. Hesab edirəm ki, artıq vaksin almağın zamanı çatıb. Bundan əlavə də, dediyim kimi, karantin rejimi sərtləşdirilməlidir. Koronavirusa yoluxanlar da diqqətli olsunlar. 6 ay sonra immunitet olmur və təkrar  yoluxma mümkündür. Sosial məsafə saxlamaq, maska taxmaq və digər karantin qaydalarına əməl etmək hələ ki, ölkəmizdə tək çıxış yoludur və buna əməl edilməlidir”.

Qeyd: Azərbaycanda hərbi vəziyyət dekabrın 12-də ləğv ediləcək.



Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərmana əsasən Fondun vəsaitininin istifadə olunacağı istiqamətlər açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:

- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

- məişət şəraitinin yaxşılaşdırılması;

- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

Xəbər lenti