“Düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəli ərazilərdir”.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, insanların öz ata-baba yurdlarına qayıtması ilkin mərhələdə olacaq:

“İkinci mərhələdə isə əkin yerləri təmizlənəcək, Daha sonra isə ucaq yerlər minalardan təmizlənəcək. 3-5 il ərazində insanların öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulur”.

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib:

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Bu, ilk Qarabağ xanı Pənahəli xanın yay sarayı olan 18-ci əsrin tarixi və memarlıq abidəsidir.

Ölkə.Az xəbər verir ki, abidə işğal zamanı erməni əsgərlər üçün sığınacaq və tövlə kimi istifadə edilmişdir.

Pənahəli xanın yay sarayının hazırki fotolarını sizlərə təqdim edirik:

 

 
  •  

 

 
 
 
Azərbaycanda son 15 gündə koronavirusa rekord sayda, 3-4 min nəfərin üzərində yoluxma qeydə alınır. Tendensiya göstərir ki, bu rəqəm daha da arta bilər. Bu isə onsuz da gücləndirilmiş rejimdə işləyən səhiyyə sisteminin imkanlarını aşır.

TƏBİB-in infeksion xətəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, koronavirusdan ona qarşı tədbirlər almadan qurtulmaq mümkün deyil. Hətta bir dəfə yoluxan şəxslər də arxayın olmasınlar ki, artıq COVID-19 onlardan yan keçdi. Təkrar yoluxma halları artıq bütün dünyada təsdiqlənib.

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Əvvəlki aylara nisbətən yoluxma sayı 4 min nəfərin üzərində qeydə qalınır. Rəqəmlərin gələcək həftələrdə daha pik həddə çatacağı gözlənilir. Bu vəziyyət isə səhiyyə sisteminin imkanlarını üstələyə bilər.

Yoluxma sayı onu göstərir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini və mövcud qaydaları qulaq ardına vurur. Koronavirusla savaşmağın yeganə yolu birlikdə, hamılıqla bu mübarizədə dövlətin tələblərinə riayət etməkdir.

Yoluxmanın artmasına səbəb mövsümi respirator xəstəliklərin çoxalması, həmçinin insanların qapalı məkanlarda daha çox olmalarıdır. Yayılma riski daha çox olduğundan virusdan qorunmaq tədbirləri daha da gücləndirilməlidir.

Vasif Əliyev koronavirusa yoluxub sağalanların da təkrar yoluxa biləcəyinə diqqət çəkərək bildirib ki, təkrar, dəfələrlə yoluxma halları artıq təsdiqlənib. Ona görə də bu, virusdan sağalan insanları arxayın salmamalıdır.

"Koronaviruslar ən çox bizə burun yolu ilə yoluxur. Virus burun keçidinə yerləşdikdə, bu bölgədəki sinir hüceyrələrinə təsir edir və ilk növbədə qoxu duyğumuz yox olur və dad alma duyğumuza da təsir edir".
"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, bunu ölkənin Koronavirus Tibbi-Elmi Komitəsinin üzvü, professor Həsən Tezər deyib.

O qeyd edib ki, virusdan qorunmaq üçün maskadan düzgün istifadə etmək lazımdır: "Viruslar burundan daxil olur və əvvəlcə oradakı hüceyrələrə çatır. Sürətlə boğaza və oradan ağciyərlərə doğru hərəkət edir. Maskalardan düzgün istifadə virus ötürülməsinin qarşısını alır. Maska taxmadan əvvəl əllər təmizlənməlidir, üz ilə maska arasında boşluq olmamalı və nəm olduqda maska yenisi ilə əvəz olunmalıdır".

Professor bildirib ki, yolda ağzımızda maska gəzərkən, burnumuz açıq qalır: "Virus burundan ötürüldüyünə görə ən yaxşı qorunma burunun örtülməsidir. Virusa tutulanlar ən çox qızdırma, öskürək və nəfəs almaqda çətinlik çəkirlər. Son vaxtlar dad və qoxu itkisi artmağa başlayır. Yaxşı xəbər isə budur ki, bu problem müalicədən sonra iki-üç həftə ərzində düzəlir".

Astara rayonunda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlərlə qarşı reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, noyabrın 21-dən etibarən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarla yanaşı açıq məkanlarda da tibbi maskadan istifadə məcburidir. Tibbi maskadan istifadə ilə bağlı tələblərə nəzarət məqsədilə Astara rayonunda reyd təşkil olunub.

Polis əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Edilən xəbərdarlıqlara rəğmən qayadalara laqeydlik nümayiş etdirənlər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.

Reyd yol polisi əməkdaşları tərəfindən də təşkil olunub və taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barəsində müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

“Sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-dək Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb.

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı deyib.

Onun sözlərinə görə, həmin hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb: “Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb”.

Polis polkovniki Nəriman İmanovun Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsindən azad olunaraq, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazovun bir neçə gün əvvəl imzaladığı əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki  işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən  biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir?

 News.am saytının yaydığı məlumata görə,  “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq  üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin  kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana  veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki,   azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir. Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib.

“Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir"- deyə  Zabuxdakı  çiynində avtomat silah olan erməni arvad bildirir.

Zabuxun qanunsuz “mer”i  Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək...(Moderator)

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüntüləri təqdim edirik.

Xəbər lenti