![]() |
|
Biləsuvar rayonunda müddətdən artıq hərbi qulluqçu, şəhid Əliyev Turan Sulduz oğlu dəfn edilib.
Dəfndən əvvəl şəhidin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən ata evində vida mərasimi baş tutub. Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Sonra şəhid Əsgərabad kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Turan Əliyev 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub.
Allah rəhmət eləsin!
Abşeronda məktəb gözətçisi direktor müavini döyərək ona ağır xəsarətlər yetirib. Hadisə bir müddət əvvəl rayonun Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə yaşanıb.
Təhsil ocağında gözətçi işləyən Elşən Ağayevin vaxtlı-vaxtında işə gəlmədiyi üçün vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, o, sözügedən təhsil müəssisəsinə gələrək, pandemiya dövründə fəaliyyətinə qadağa qoyulan idman zalından istifadə etmək üçün məktəbin digər gözətçisi Rəhman Camalovdan və Təsərrüfat İşləri üzrə direktor müavini Soltan Ağayevdən açarları tələb edib. “Yox” cavabı alan Elşən direktor müavini Soltan Ağayevi itələyərək yerə yıxıb və döyüb. Bütün bunlar məktəbin təhlükəsizlik kamerasında anbaan lentə alınıb.
Məktəbin digər gözətçisi Rəhman Camalov deyir ki, Elşən Ağayevin evinə işə gəlmədiyi üçün bir neçə dəfə bildirişlər də göndərilib. Yenə də o, bunlara məhəl qoymayıb. Bununla yanaşı, qeyri-qanuni olaraq pandemiya dövründə idman zalından öz maraqları üçün istifadə etmək istəyib. Rəhbərliyin təlimatına əsasən, ona məktəbin açarları təqdim olunmayıb. Mübahisə də bundan sonra baş verib. Üstündən bir müddət keçməsinə baxmayaraq, Elşən Ağayev təhsil müəssisəsində çalışanlara müxtəlif yollarla təzyiqlər göstərib.
Təhsil müəssisəsindən bildirilib ki, şikayətçi olduqları Elşən Ağayevin qardaşı da məktəbdə bağban vəzifəsində çalışıb. O da işə gəlmədiyi üçün bir müddət öncə vəzifəsindən uzaqlaşdırılıb.
Baku TV məsələdə adı hallanan Elşən Ağayevlə əlaqə saxlayıb. O, haqqında səsləndirilən ifadələrin düzgün olmadığını və məktəbdə gözətçi işlədiyi üçün idman zalından paltarlarını götürmək məqsədi ilə açarları digər həmkarından tələb etdiyini deyib. Nəticədə xoşagəlməz hal yaşanıb.
Qeyd edək ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin rəhbərliyi yaranmış insidentlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.
Son iki gündə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı rekord həddə çatıb. Belə ki, noyabrın 27-də
3 712 koronavirusa yoluxub, 35 nəfər isə vəfat edib. Qardaş Türkiyə və digər ölkələrdə yoluxma sayı kəskin artığına görə bir neçə gün insanların çölə çıxmasına qadağa qoyulmuşdu. Bu təcrübə yoluxma sayı artma dinamikası ilə davam edərsə, Azərbaycanda da tədbiq edilə bilərmi? Yəni Azərbaycanda 4 gün və daha çox insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, nəyinki 4 gün 1 həftə belə qadağa qoyula bilər:
"Çünki yoluxanların sayı heç də ürəkaçan deyil. İnsanların bir neçə gün çölə çıxmasına qadağa qoyularsa, bu yoluxmaların sayına da müsbət təsir edəcək. Çünki hər hansı tədbir görülməsə gündəlik yoluxanların sayı 5000-nə çata bilər. Aprel ayındakı karantin rejiminə geri qayıtmaq lazımdır. Bu gün yoluxma mənbələri avtobuslardır. Aprel ayındakı "evdə qal" karantinə qayıtsaq bu insanların bir-biri ilə ünsiyyətinin azalmasına və avtobuslardakı sıxlığın aradan qaldırılmasına səbəb olacaq.
İnsanlarımız maskalardan düzgün istifadə etmir.Tibbi maskaların qoruması da cəmi 2 saatdır. Amma parça maskaların hər hansı bir virusdan qoruma imkanı yoxdur".
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
Noyabrın 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Noyabrın 29-u gündüzdən 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
İdarədən verilən məlumata görə, hüquqi və fiziki şəxslər nəqliyyyat vasitələrini texniki baxışdan keçirmək üçün həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərən paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Texniki Müayinə Mərkəzlərinə, habelə respublikanın digər şəhər və rayonlarında yerləşən Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyətə cəlb olunurlar.
Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, hərbi vəziyyətə Milli Məclis baxmalıdır və bundan sonra hərbi vəziyyət qüvvədən düşməlidir:
"Hələ ki, hərbi vəziyyət qalırsa, səfərbərlik də, kommendant saatı da qüvvədə qalır. Buna görə, gözləmək lazımdır ki, hərbi vəziyyət ərazilərdə normal rejimlə əvəz edilsin. Ola bilər ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi olsun. Ya da hərbi vəziyyət rejimi işğaldan azad edilən ərazilərdə ola bilər.
Misal üçün Bakıda hərbi vəziyyətə ehtiyac qalmaz. Hərbi vəziyyətlə bağlı konkret şəhərlər göstərilib. Bu şəhərlərin bir qismi saxlana bilər, digər qismindən isə hərbi vəziyyət götürülə bilər.
Dekabrın 1-nə, ərazilər boşalana qədər hansısa bir şəkildə hərbidən tərxis olunma nəzərdə tutulmayıb. Elə şəxslər var ki, hərbi xidmət müddəti başa çatıb, amma tərxis olunmayıblar. Müharibə və hərbi vəziyyət zamanı artıq xidmət etmək nəzərdə tutulur. Faktiki olaraq bu ortadan qaldırıldıqdan sonra tərxis olunmalar başlayacaq.
İndidən konkret hərbçilərin evlərinə buraxılacaq tarixi dəqiq demək mümkün deyil. Hər an insidentlər çıxa bilər".
Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunub.
“Son vaxtlar koronavirusa yoluxmanın artması Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Hazırda Ermənistanda 130 min, Gürcüstanda 115 min, Azərbaycanda isə 98 min insan koronavirusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq”.
Bunu Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, koronavirusla mübarizədə dövlət insanların sağlamlığının qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir:
“Ölkəmizdə koronavirusla əlaqədar işləyən laboratoriyaların sayı 45-ə çatdırılıb və hazırda 1.6 milyondan çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur, şərait formalaşdırıb. Eyni zamanda, bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz ki, Azərbaycan peyvəndi əldə edən ilk ölkələr sırasında olacaq”.
Millət vəkili yoluxma sayının artmasının obyektiv və subyektiv səbəbləri olduğunu bildirib:
“Həyata keçirilən tədbirlərin fonunda isə biz ölkəmizdə gündən-günə virusa yoluxanların sayında artım müşahidə edirik. 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-3000-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. İnsanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir”.
Ali təhsil müəssisəsindən verilən məlumata görə, bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub:
“Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib.
Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.”
Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib. Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib. Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib”.
O, bununla bağlı “Facebook” sosial şəbəkəsində post paylaşıb.
“Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucuları üçün bu müharibə və bu tarixi ərazilər haqqında yazmaqdır.
Fikrimcə, belə daha faydalı ola bilərəm”, - deyə o qeyd edib.