Ermənilər başına külli miqdarda pul qoyduğu qəhrəman, müharibənin gizli qəhrəmanlarından olan Gizir Xanı (Səyyaf Əhmədov) elə bir kəşfiyyatçı olmaz ki, Xanının üzünü görməsə də ən azı adını eşitməsin.

Sonxeber.az xəbər verir ki, o birinci Qarabağ müharibəsində keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, medallarla təltif olunub. Dəfələrlə düşmən tərəfdən əsir tutub. Ermənilər başına küllü miqdarda pul qoymuşdular.

Xidmət etdiyi müddətdə də əsgərlərinə zabit yox, ata, əmi, dayı olub. Xanının rəhbərliyi altında xidmət edənlər bunu təsdiqləyə bilər. İkinci Qarabağ müharibəsi başlayandan Xanı təcrübəli kəşfiyyatçı kimi ilk əlinə silah alıb döyüşə atılanlardan oldu. Bu müharibədə də ermənilərin qorxulu yuxusuna çevrilib.

Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat etməyib.

Bu barədə pravda.az-a 87 saylı Ağsu - İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli məlumat verib.

T.Kərimli bildirib ki, koronavirusa yoluxan V.Tağıyevin müalicəsi Bakıdakı xəstəxanaların birində davam etdirilir.

Qeyd: Kütləvi informasiya vasitələrində V.Tağıyevin vəfat etdiyi bildirilirdi.

undefined

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub. Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər. «Bura bizim ərazimizdir, rədd olun burdan», — Azərbaycan Ordusunun zabiti deyib. Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib: «Onlar (Azərbaycan əsgərləri — red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!»

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

“Vətən yaxşıdır” deyən şəhidimiz 22 yaşlı Xudayar Yusifzadənin döyüş yoldaşları eyni mahnını ona ithaf edib.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, şəhid X.Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı sosial şəbəkədə hər kəsi heyran edib.

Döyüş yoldaşları eyni mahnını oxumaqla şəhidin ruhunu əziz tutublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Oxu.az verdiyi məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti şöbəsi ləğv olunub. 

Faktı DİN mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən verilən məlumata görə, işğaldan əvvəl rayonda bir Mərkəzi Xəstəxana, bir Uşaq Xəstəxanası, yeddi kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

Həmçinin, burada doqquz aptek vətəndaşlara xidmət göstərib. 

Ümumiyyətlə, Kəlbəcər rayonu “yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Artıq Kəlbəcərdə həyat yenidən canlanacaq. Bütün sahələrdə, o cümlədən? səhiyyə sahəsində dirçəlişin və mühüm yeniliklərin şahidi olacağıq. Çünki, biz Kəlbəcərə qayıdırıq.

İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir: 

“Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib. Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir.

Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla, 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur”.

F.Mütəllimov bildirib ki, Böyük Alagölə yeddi çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır.

“Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən iki kilometr cənub-şərqdə yerləşir. Sahəsi 0,9 kvadrat metr, uzunluğu 2000 metr, maksimal dərinliyi dörd metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür.

Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur”.

Nazirliyin əməkdaşı onu da bildirib ki, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır.

“Uzunluğu 200 kilometr olan Tərtərçay Kür çayının Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən, yeraltı sular hesabına formalaşır”.

F.Mütəllimovun sözlərinə görə, Kəlbəcər rayonundakı mövcud su ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.

Konsulluqdan "Ölkə.Az"a bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilib.

N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirib. O, bu xüsusda “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şaraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini və çoxlu sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayıb.

Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxartdığını və videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edib. N.Ağayev bildirir ki, sözügedən videoda Kaliforniya doğumlu erməni terrorist Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.

N.Ağayev qeyd edib ki, Kəlbəcərin işğalından dərhal sonra, 6 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən bəyanat qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin (Jean-Bernard Mérimée) Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayıb. Belə ki, J.-B.Merime ABŞ-ın BMT-dəki səfiri M.Olbrayt və digər BMT TŞ üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq üçün Kəlbəcəri işğal edən tərəf kimi sənədə “yerli erməni qüvvələri” ifadəsinin daxil edilməsinə nail olmuşdu. 30 aprel 1993-cü ildə qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil edilmişdi.

Baş konsul bildirib ki, həmin dövrdə BMT Baş Katibinin Təhlükəsizlik Şurasına məsul köməkçisi erməni əsilli Benon Sevan idi. 2000-ci illərin əvvəllərində Sevan və Merime Səddam Hüseyn rejimindən rüşvət almaqda təqsirkar bilinib.

N.Ağayev Merimenin erməni təəssübkeşliyinin yarım milyonluq erməni icmasının mövcud olduğu Fransanın yürütdüyü diplomatiya ilə də həmahəng olduğunu bildirir. Baş konsul yazır ki, məhz bu səbəbdən Azərbaycan 1997-ci ildə Fransanın Minsk Qrupu həmsədrliyinə gətirilməsinə etiraz etmiş və Qrupda müəyyən tarazlığa nail olmaq üçün ABŞ-ın da həmsədr təyin olunmasına nail olub.

Erməni lobbisinin təkidilə Fransa Senatında qondarma “DQR”in “müstəqilliyi”nin tanınmasını hökumətə tövsiyyə edən qətnamənin qəbuluna toxunan N.Ağayev qeyd edir ki, belə bir tanıma ciddi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı Fransanın Minsk Qrupundakı həmsədrliyi statusuna uyğun gəlməzdi. Baş konsul Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsini də diqqətə çatdırır.

N.Ağayev əlavə edib ki, erməni lobbisi və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, həm Prezident Makron, ondan da öncə Prezident Putinin təkrar etdiyi sadə həqiqəti dəyişə bilməzlər: Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Ölkə.Az"a verilən məlumata görə, Fansa-Azərbaycan Dialoqu Assosiasiyası, "Ulduz" Cəmiyyəti, "Alim" Elmi Assosiasiyası, Fransa–Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir.

Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.

Xəbər lenti