![]() |
|
Qubadlı rayonunun Yusifbəyli kəndindəki 18-ci əsrə aid məscid erməni vandalları tərəfindən dağıdılıb.
İstisna edilmir ki, vandallar burada heyvan da saxlayıblar. Əldə etdiyimiz özəl görüntüləri təqdim edirik.
"Ölkə.Az"-n məlumatına görə, A.Məmmədov bildirib ki, Şuşadakı döyüşə bıçaq, tapança və "limonka" ilə daxil olublar: "Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər Şuşaya yaxınlaşmalı və o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımız Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi".
Kəşfiyyatçı qeyd edib ki, qayaları dırmaşdıqdan sonra əlbəyaxa döyüşə başlayıblar: "Dəqiq deyə bilməyəcəm, təxmini desəm, həmin hücum anı 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb".(Bakipost.az)
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur “Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır”, - Prezident əlavə edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın", dövlət başçısı vurğulayıb.
Təhsil naziri Emin Əmrullayev Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov şuranın üzvləri təyin edilib.
Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik.
2020-2021-ci tədris ili ərzində rayon üzrə məktəblərin sayı 109-dur. Eyni zamanda, müəllimlərin sayı 1952 nəfər, şagirdlər isə 15666 nəfər təşkil edir.
Həmin infoqrafikanı təqdim edirik:
Report xəbər verir ki, bunları Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
"Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək", - o qeyd edib.
"Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.
Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək", - deyə Vaqif Dərgahlı əlavə edib.
Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olublar”.
Bunları Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xdmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
“Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar”, - o qeyd edib.