![]() |
|
Bu barədə sözügedən teatrın aktrisası, əməkdar artist Sənubər İsgəndərli məlumat verib.
Allah rəhmət eləsin!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar veriləcək.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.
“Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik”, - deyə məlumatda bildirilir.
“Mən 2,5 ildir ki, millətçiliyə, məğlubiyyətə qarşı mübarizə aparıram və aparmaqda davam edəcəyəm”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Respublika partiyasının rəsmisi, sabiq vitse-spiker Eduard Şarmazanov deyib.
O bildirib ki, hakimiyyət həbs etsə də, geri addım atmayacaq: “Bizi həbs edərək qorxuda bilməyəcəksiniz. Bu hökuməti erməni xalqı tarixinin zibilliyinə göndərəcək. Qələbə vəd edən, ancaq müharibə və məğlubiyyət gətirən populist könüllü olaraq getməlidir".
Xatırladaq ki, Şarmazanov və digər müxalifət nümayəndələri İrəvanda təşkil etdikləri etiraz aksiyasına görə həbs edilmişdilər. Onlar dünən gecə həbsdən azad olunublar.
Bunu Milli Mıclisin bu gün keçirilən iclasda millət vəkili Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, bu qələbə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində mümkün oldu. Bizə belə bir qələbə sevincini bəxş edən Ali Baş Komandana və ordumuzə minnətdarıq. Qısa zamanda işğal altında olan torpaqlarda həyat qaynayacaq”- deputat qeyd edib.
"Bakı Metropoliteni" QSC-nin hüquq idarəsinə yeni rəis təyin edilib.
Report məlumatına görə, qurumun sədri Zaur Hüseynovun əmri ilə bu vəzifə Babək İsmayılova həvalə olunub.
O, indiyə qədər həmin idarədə hüquqşünas kimi çalışıb.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov xəbəri “Report”a təsdiq edib.
Xatırladaq ki, bu ilin sentyabr ayında hüquq idarəsinin keçmiş rəisi Adil Atakişiyev 2014-cü ildən tutduğu bu vəzifədən azad edilib və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin edilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət yetirməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Çünki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səhər işə piyada gedərkən çəkilmiş görüntüləri yayılıb.
Daim öz sadəliyi ilə seçilən H.Hacıyev bu dəfə də sakinlərin diqqətini çəkib.
Onlar Prezidentin köməkçisi ilə salamlaşıb, onu Azərbaycanın tarixi qələbəsi münasibətilə təbrik ediblər.
Bu barədə "Ölkə.Az"a Agentlikdən məlumata verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 9 nəfər tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 19 min manat məbləğində, 13 nəfər tibb işçisinə isə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 66 nəfər könüllüyə avqust ayı üzrə ümumilikdə 16.5 min manat, 95 nəfər könüllüyə isə sentyabr ayı üzrə ümumilikdə 23.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Noyabrın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq hissi yarada bilər.