![]() |
|
Bunu “Report”a Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: “Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.
Report məlumatına görə, hazırda polis rəisi, polis polkovniki Bəkir Cabbarov Zəngilan şəhərindədir.
B.Cabbarov həm də rayonun müvəqqəti komendantı təyin olunub.
Bu illər ərzində həmin yataqları qanunsuz şəkildə istismar edən, talançılıqla məşğul olan əcnəbi şirkətlər əldə etdikləri haram qazancın bir hissəsini işğalçı dövlətə hədiyyə ediblər, digər hissəsini isə satıblar”.
"Qafqazinfo xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın ölkələrimiz arasındakı dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələri haqda danışarkən deyib.
O bildirib ki, dünyanın ədalət qərarı olarsa, həmin şirkətlərin çox böyük bir təzminata məhkum edilməsi lazımdır:
“Çünki başqasının torpağından bir başqasının icazəsi ilə qızıl çıxarıblar, bu haqqı onlara heç kim verməyib. Ölkələrarası ticarətdə, dünyanın ticarət haqqında qanunlarında, BMT qərarlarında belə icazə yoxdur. Amma təəssüf ki, sıra türk dünyasına gəlincə, dünya susur”.
ATİB sədri qeyd edib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir:
“Bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq. Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm.
Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün Azərbaycan iqtisadiyyatı güclüdür.
Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərin olmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir:
“Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcək. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir.
Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür. Bu bölgələrdə turizm sektoruna da investisiya yatırmaq istənilən iş adamı üçün maraqlı olacaq.
Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır”.
Yol Polisi hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib.
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır:
“Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.
Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu da yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücüləri digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.
Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını da unutmamalıdırlar.
Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.
Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar”.
“Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır”.
Oxu.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.
Z.Oruc bildirib ki, müharibədə qələbədən danışarkən bu amili unutmaq olmaz:
“Azərbaycan ordusunda xidmət edən, vətəni qoruyan hər bir əsgərin, zabitin həyatı bizim üçün önəmlidir, qiymətlidir”.
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları artıq işğaldan azad olunmuş Şuşa şəhərində vəzifələrinin icrasına başlayıb.
Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, rayon mərkəzi olan Şuşa şəhərində yerli Polis Şöbəsinin bərpasına başlanılıb.
Polis əməkdaşları Şuşaya azərbaycanlı əhalinin köçürülməsindən sonra ölkədə tətbiq olunan komendant rejiminin tətbiqində iştirak edəcək.
Yaradılan komendatura rejimində komendant Şuşa Rayon Polis Şöbəsinin rəisi komendant kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, dünən Xocavəndin Hadrut qəsəbəsində Rayon Polis Şöbəsinin fəaliyyətə başlamasına dair xəbər yayılmışdı.
Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir.
Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar. Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələri, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
Məktublardan bəzilərini təqdim edirik.
Mayis Məmmədovdan, Novosibirsk, Rusiya
Cənab Prezident.
Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə Azərbaycan dövlətinin lideri olaraq həyata keçirdiyiniz quruculuq fəaliyyətinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq qazandığınız zəfərlərə görə səmimi minnətdarlığımı bildirirəm.
Sizin müasirlərinizin bəxti onda gətirib ki, biz Sizin rəhbərliyiniz altında həyata keçirilən, Azərbaycanın inkişafına, Azərbaycan xalqının mədəni və tarixi nailiyyətlərinin qorunmasına yönəlmiş yaradıcı fəaliyyətin şahidləriyik.
Cənab Prezident, bütün Azərbaycan xalqı üçün əlamətdar hadisə - Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad olunması ilə bağlı səmimi təbriklərimi qəbul edin.
2020-ci il 8 noyabr Azərbaycan tarixinə əbədilik yazıldı. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu müqavilə regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər.
Hörmətli cənab Prezident, Azərbaycan xalqının bu tarixi qələbəsi, ilk növbədə, Sizin sayənizdə mümkün oldu. Siz dünyamiqyaslı siyasətçi olaraq, öz xalqınızı hər zaman düzgün yola istiqamətləndirirsiniz. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!
Biz – Sizin həmvətənləriniz, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Sizi dəstəkləyir və Sizinlə fəxr edirik, Azərbaycanın rifahı naminə bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik. Tarixi ədalətin bərpası, işğal edilmiş ərazilərin qaytarılması, bütün dünyada Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv fikir formalaşması ilə bağlı Sizin qarşıya qoyduğunuz və uğurla gerçəkləşdirdiyiniz məqsədlər Vətənimizin ən yeni tarixinin formalaşmasına mühüm töhfədir.
Möhtərəm cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Zümrüd Quluyevadan, Goranboy, Azərbaycan
Əziz Prezidentim,
Mən 9-cu sinifdə oxuyuram. Siz həsrətlə gözlədiyimiz ən şad xəbəri – Qarabağın azad olunması xəbərini bizə çatdırdınız. Bu sevinc hisslərini xalqımıza yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq. Sizi min yaşayın.
Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizi və Azərbaycan Ordusunu qorusun!
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!
Şahin İsayevdən, Oğuz, Azərbaycan
Dəyanətli, məğrur Prezidentim, Müzəffər Ali Baş Komandan!
Siz qətiyyətlə haqq-ədaləti bərpa edərək, xalqımızın inamını yenidən özünə qaytardınız. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın tam azad olunması münasibətilə təbrik edirik.
Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Qarabağ bizimdir!
Təbriz Aslanovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonların ərazilərinin işğaldan azad edilməsi üçün yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizin müdrik və uzgörən siyasətiniz nəticəsində torpaqlarımız yağı düşməndən təmizləndi.
Sizə və şanlı Ordumuza təşəkkür edir və Allahdan qüvvət arzulayırıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Səfalı Paşayevdən, Masallı, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz. Bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı Bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayırıq.
Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz.
Allah Sizi qorusun!
Fazil Həsənovdan, İsmayıllı, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik.
Sizə, Ordumuzun əsgər və zabitlərinə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.
Şəhidlərimizin ruhu şad olsun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın
Azərbaycan!
Qarabağ Azərbaycandır!
Fikrət Şərifovdan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Noyabrın 8-də Sizin Şuşa şəhərinin işğaldan azad edilməsi barədə televiziya vasitəsilə bizlərə çatdırdığınız xəbər Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən sevindirir, doğma Vətənimizə daha böyük inamla xidmət etməyə ruhlandırır. Bütün Azərbaycan xalqı kimi idarəmizin mühəndis texniki işçiləri də tarixi torpağımızın erməni işğalından tezliklə azad olunacağına inanırlar.
Xarici ölkələrdən olan jurnalistlərin suallarına cəsarətli və faktlara söykənmiş cavablarınızı idarənin bütün əməkdaşları qürur hissi ilə qarşılayır.
Möhtərəm cənab Prezident, bizə böyük sevinc hissi yaşatdığınız üçün Sizə və rəşadətli Ordumuza ürəkdən təşəkkür edirik.
Qarabağ Azərbaycandır!
Kamil Xudaverdiyevdən, Naxçıvan, Azərbaycan
Hörmətli Prezidentim.
Mənfur erməni işğalçıları üzərində müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə Sizi təbrik edir, əllərinizdən öpürəm. Çünki bu müzəffər Ordunun Ali Baş Komandanı Sizsiniz, hərbi və siyasi zəfərlər Sizin sayənizdə əldə edildi. Son 273 ildə Azərbaycan tarixində heç bir hökmdar, heç bir dövlət başçısı itirilmiş Azərbaycan torpaqlarını geri qaytarmağa nail olmamışdı. Bu missiyanı ulu öndərimiz Heydər Əliyevin oğlu, onun layiqli varisi İlham Əliyev şərəflə yerinə yetirdi.
Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız.
Eşq olsun Azərbaycanın yeni tarixini yazan polad iradəli, cəsur görkəmli sərkərdə, məharətli diplomat, müdrik siyasətçi, xalqımızı yumruq kimi birləşdirən əbədi Prezidentimiz İlham Əliyev cənablarına! Allah Sizi qorusun!
Emin Carçıyevdən, Abşeron, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə öz adımdan, ailəmin hər üzvü adından, Abşeron gəncləri adından təbrik edirəm. Bizə bəxş etdiyiniz bu qələbəyə görə Sizə minnətdarıq, Sizə borcluyuq. Siz hər zaman bizim inanc yerimiz, güvənc yerimiz oldunuz. Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun! Var olun, müzəffər Ali Baş Komandanım!
Rüstəm Qüdrətovdan, İmişli, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Qarabağımızın 30 illik işğalına son qoyuldu. Sizə edilən çoxlu təzyiqlərə baxmayaraq torpaqlarımızı işğaldan azad etməyi bacardınız. Uzun müddət apardığınız siyasi-diplomatik səyləriniz hərbi güclə tamamlanaraq öz bəhrəsini verdi.
Imişli rayon kommunistləri olaraq Sizin və qəhrəman Ordumuzun əsgərləri qarşısında baş əyirik. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.
Fərid Əsgərovdan, Tərtər, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Bu günlər xalqımız tarixi bir dönəm yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz Qarabağ torpaqlarını erməni işğalından azad edir. Hər gün döyüş bölgələrindən şad xəbərlər gəlir. Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm, qəlbim riqqətə gəlir.
Cənab Prezident, Siz xalqın sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir çıxışınızı səbrsizliklə gözləyir və dərin vətənpərvərlik hissi ilə dediyiniz sözlərdən mütəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim Sizə minnətdarlıq hissi ilə döyünür. Əvvəllər mətbuat sahəsində işlədiyimə görə mən özüm də bu tarixi günlərdə xalqımızın qələbə ruhunu yüksəltmək üçün müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edirəm. Hazırda işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən idarəmiz, o cümlədən yaşadığım Tərtər rayonu Köçərli kəndi tez-tez erməni faşistlərinin atəşlərinə məruz qalırdı. Bu cür təhlükəli şəraitdə mən öz işimi vicdanla yerinə yetirirəm. Qorxmadan, çəkinmədən doğma Qarabağda yaşamaqdan və işləməkdən zövq alıram. Daim ürəyimiz dədə-baba yurdlarımıza qayıtmaq hissi ilə döyünür.
Hörmətli Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm. Bütün sahələrdə Sizə sədaqətlə xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram. Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman Siz bizim hərbi hissənin açılış mərasiminə gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin görüş və çıxışınız hafizəmdə və qəlbimdə daim yaşayır, məni dövlətim üçün daha faydalı işlər görməyə sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə apardığınız daxlili və xarici siyasəti daim dəstəkləmişəm, bunu özümə mənəvi borc və vətəndaşlıq vəzifəsi hesab edirəm.
Cənab Prezident, indiki Vətən müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də, müharibə şəraitində də ölkəni məharətlə idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara, müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim işimiz haqq işidir, Allahın mərhəməti üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər, elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza yardımçı olsun!
Qarabağ Azərbaycandır!
Elbrus Abdullayevdən, Ağdam, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Şuşa şəhərinin işğaldan azad olunması, cəbhədə qazandığımız qələbələr münasibəti ilə Sizi və xalqımızı təbrik edir, qarşınızda baş əyirəm.
Biz həmişə inanırdıq ki, Siz torpaqlarımızı mənfur erməni işğalından azad edəcəksiniz.
Sizin xalça üzərində toxunmuş şəkliniz evimizdən asılıb. Hər dəfə şəklinizi görəndə Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür arzulayıram. Dualarımız Sizinlədir.
Var olun, cənab Prezident!
Sərvinaz Qurbanovadan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən bir zəhmətkeş Azərbaycan qadını kimi, Sizinlə fəxr edirəm. Eşq olsun Sizə, əziz Prezidentim! Hər zaman var olasınız! Siz bizim dayağımızsınız. Biz xalq olaraq hər zaman Sizin arxanızdayıq.
Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Yaşasın Azərbaycan xalqı!
Video 1993-cü ildə lentə alınıb. N.Ağayev “Twitter”də paylaşdığı videonu belə şərh edib:
“1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edilib. Budur, Kaliforniya əsilli terrorçu Monte Melkonyan erməni əsgərlərlə oradadır. Onlardan biri Azərbaycanda mühasirədə olan sivil vətəndaşlara deyir: Ermənistanın ordusu Kəlbəcərə girib, mühasirədəsiniz. Sizə 10 saat vaxt veririk”.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
General-polkovnikin sözlərinə görə, hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir:
"Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxtəlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir"