![]() |
|
Bu fikirləri general Yücel Karauz deyərək bildirdi ki, müəyyən ediləcək prinsiplərə uyğun olaraq layihəni həyata keçimək üçün Türkiyə Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq sülhməramlıların başqa ölkələrdə fəaliyyət müddəti bir ildir.
Bəs müddət nə üçün bir il müəyyən edilib?
''Xüsusən sosial şəbəkələrdə bu məsələnin qabardılaraq narahatlığa səbəb olmuşdur. Qeyd edirəm ki, sülhməramlıların Türkiyə qanunlarına görə başqa ölkələrdə fəaliyyətinə bu 1-7 il arasında icazə verilir. Hər bir ilin tamamında növbəti ilə qədər bu müddət uzadılacaqdır.
Qeyd edim ki, Türkiyənin hazırda 13 ölkədə sülhməramlıları var. Hər ölkədə sülhməramlıların fəaliyyət müddəti bir il ərzində tamamlandıqdan sonra növbəti il üçün yenilənir.
Artıq sülhməramlıların tərkibi də müəyyən edilmişdir. Bu gündən etibarən bu məsələ Azərbaycan ilə müzakirə edilərək bölgənin təhlükəsizliyinə tövhə vermək məqsədi ilə icra ediləcəkdir. (metbuat.az)
"Rəsmi Qəzet"dəki TBMM qərarında atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ümumi Mərkəz” yaradılacağı vurğulanıb.
Qərarda dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda apardığı mübarizənin illərdir davam etdiyi ifadə edilib.
"Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb".
Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. (Baku.ws)
Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib.
44 gün davam edən müharibədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən jurnalistlər, fotoqraflar çəkilişlər aparıb.
Onlar arasında dünya şöhrətli fotoqraf Reza Deqati də olub. R.Deqatinin çəkdiyi şəkillər müharibənin, erməni vandalizmi və barbarlığının bariz nümunələri kimi maraq doğurub.
"Ölkə.Az" xəbər verir ki, Reza Deqati Vətən Müharibəsi, ümumən Azərbaycanın zəfərə yürüşü barədə Oxu.Az-ın suallarını cavablandırıb:
- Reza bəy, qanayan yaramızın sağalmağa doğru getdiyi bu günlərdə münaqişənin ilk illərində çəkdiyiniz fotoları paylaşmağa başlamısınız. Zaman fərqi sizdə hansı duyğuları oyadır?
- Mən 30 ildə eyni yerdə iki dəfə müharibəni çəkmişəm. Fikrimcə, bu müharibə tarixə böyük bir dərs olmalıdır. Necə ola bilər ki, bir millətə haqsız yerə zülm versinlər? Nəhayət, 30 ildən sonra həmin millət özünü tapdı və torpağına qayıtdı.
Mən belə deyərdim ki, 30 il əvvəl azərbaycanlıları torpaqlarından ayaqyalın qovdular, indi onlar tankla, dronla geri gəldilər. Hər dövlət, insan, dünya bilməlidir ki, illər əvvəl ayaqları donaraq qaçanlar bu gün qisas aldılar. Fotolarımda da bu məqamlar əks olunub.
- Siz geridə qalan 30 ilə yaxın dövrdə iki dəfə burada müharibə çəkmisiniz. Yaddaşınızdan silinməyən foto varmı?
- Mən hər gün müharibə zonasından çəkdiyim fotoları düşünürəm... Qarabağda olduğum günlərdə çəkdiyim foto məni 30 il əvvələ apardı və təsirləndim. Biz Füzulidə çəkiliş üçün gedən zaman iki avtobus var idi ki, elə bil 30 ildir orada qalıblar...
İçindən də ağac çıxıb, böyümüşdü. Həmin çürümüş avtobusun ətrafında erməni əsgərlərinin çıxarıb atdığı paltarları, ayaqqabıları var idi. Yəni elə qaçmışdılar ki, heç nəyi götürə bilməmişdilər. Onda düşündüm ki, tarixdə ibrət var. Həmin an 1993-cü ildə oradan avtobusla çıxmağa çalışan insanlarla söhbətimi xatırladım.
Füzuli işğal olunan zaman ermənilər həmin insanların oranı tərk etməsini tapşırıblar, onlar da avtobusla getmək istəyən zaman digər tərəfdən yolu bağlayıblar. Qadınları, kişiləri düşürüblər. Özləri ilə nələr aparmaq istəyiblərsə, hamısını alıblar. Hətta qadınların üzüklərini, boyunbağlarını alanda onların sinələrinə, bədənlərinə əl atıblar.
Bir kişi deyəndə ki, qadınlara niyə elə əl atırsınız, onu başından güllə vurub, öldürüblər. Erməni avtobusdan düşürülən adamlara deyib ki, bu adam mənə belə söz dedisə, hamınız ayaqqabınızı çıxarın və ayaqyalın qaçın...
Bəlkə də, həmin avtobus deyil, amma mən Füzulidə o iki avtobusu görən kimi həmin sözləri xatırlatdım... Necə deyərlər, tarix təkrarlanır. Həmin ərazidəki erməni əsgərlər paltarsız, ayaqyalın qaçmışdılar...
- İndi Kəlbəcəri tərk edən ermənilər bizim meşələri, evləri yandırırlar...
- Mətbuatdan bunu izləyəndə də bir xatirə yadıma düşdü. 1992-1993-cü ildə işğal olunan torpaqlardan çıxan insanlar evlərini tərk edən zaman ermənilər əllərindən hər şeyi alıb, üzərilərində nə varsa, götürüblər. Amma evlərin açarını gizlədib, özləri ilə gətiriblər.
Bir adam ki, evindən çıxanda evin açarını götürürsə, bilir ki, arzusu, xəyalı ora yenidən qayıtmaqdır. Bir adam isə gedəndə evi yandırırsa, demək ki, bu torpaq onların deyil və buraya bir də qayıtmayacaqlar. Evlərinin açarını götürən insanlar mənə o zaman dedilər ki, ermənilər onları qovanda qapını açarla bağlamayıblar ki, ermənilər onların evinə daxil olanda qapını sındırmasınlar. Axı onlar düşünürdülər ki, qayıdacaqlar. 30 il sonra bu baş verdi...
- Son günlər işğaldan azad olunan torpaqlarımızdakı məscidləri çəkirsiniz və oradakı vandalizmdən dəhşətə gəldiyiniz hiss olunur. Eyni şey kilsədə də olsaydı, situasiyaya münasibətiniz eyni olardımı?
- Mənim üçün fərq etməz. Sabah mən işğaldan azad olunan yerlərdə olan kilsədə bu cür hallar baş versə, onu çəkib, dünyaya göstərəcəyəm. Bir dövləti mədəniyyəti ilə tanımaq olar. Mədəniyyətə edilən vəhşilik düzgün deyil. Orada gördüyüm yanlışı da yayımlayacağam.
Mən məsciddə şəkil çəkən zaman oraya iki gözlə - bir fotoqraf, bir də arxitektor gözü ilə baxdım. Məsciddən başqa orada iki bina da var. Düşünürəm ki, o binalar bir zaman necə gözəlmiş... O binaları məhv ediblər, bəlkə də, onlar həmin binaları tövlə kimi istifadə edə bilərdilər ki, məscidlərdə donuz saxlamasınlar.
Bu, mədəniyyətə, dinə olan nifrətdən irəli gəlir. Azərbaycanda mən heç zaman bu cür nifrətə rast gəlməmişəm. Hər bir dinə sitayiş edənlər rahat şəkildə yaşayırlar.
- Çəkilişlərdən yayımlamadığınız fotolar varmı?
- Bu gün gördüyüm şəkilləri çəkirəm. Amma ola bilər ki, oradan bir şəkili beş ay, beş ildən sonra yayımlayım.
- Vətən Müharibəsinin ilk günlərində Şuşadan çəkdiyiniz silsilə fotoları paylaşmağınız böyük rəğbətlə qarşılandı. İşğaldan sonra Şuşada içilən ilk çayı harada çəkmək istərdiniz?
- Mən yenə də Şuşada içilən çayı çəkmək istəyərdim. Onu gözləyirəm ki, ora gedim, çay içim və fotolar çəkim. Mənə söz veriblər, orada çay təşkil edəcəklər (gülür). Səhifəmdə fotolar paylaşanda hər kəs yazır ki, Reza bəy, bizə Şuşanı göstərin. Mən mütləq Şuşanı çəkib, hər kəsə göstərəcəyəm.
- Bir fotonu çəkərkən sizin üçün həlledici kadrı seçmək nədən asılı olur? Hansı halda deyirsiniz ki, məhz axtardığım budur?
- Mən bir yerdən şəkil çəkməyə hazırlaşıramsa, oradan başqa heç nə düşünmürəm. Mən fotoaparatımda onun tənzimləmə yerini də tam bilmirəm. Sadəcə, çəkdiyim yerlə birləşirəm. Sevinc olanda mən də elə bil gülürəm, kədər olanda ağlayıram.
Bu, dərin bir haldır və özümü unuduram. Mən 50 ildir foto çəkirəm, hər dəfə kadra baxanda gözləyirəm, ürəyim sıxılan zaman şəkli çəkirəm. Mənim üçün o fotodur, əgər ürəyimdə sıxılma olmursa, o kadrı çəkmirəm. Yəni mənim üçün foto çəkmək hiss etməkdən ibarətdir.
- Müharibə ərəfəsində azərbaycanlı fotoqrafların çəkdikləri şəkillərdən bəyəndiyiniz oldumu?
- Bəlkə də, mən fotoların hamısına baxmamışam. Amma gördüyüm fotolardan heç biri məni təsirləndirməyib. Ərazilərdə çəkiliş aparan zaman bir onu gördüm ki, fotoqrafların əksəriyyəti adamları yığır ki, burada dayan, bu işi gör və mən çəkim.
Bunu doğru hesab etmirəm. Mənim işimin dünyada tanınmasının özəlliyi də ondan ibarətdir ki, gördüyüm kadrı həmin vaxt çəkirəm. O kadrı çəkə bilməsəm də, o adama demirəm ki, yenidən dayan, çəkim. Çünki çatdırmaq istədiyim uğurlu kadr heç vaxt alınmaz.
- Qarabağ müharibəsinin ilk illərində çəkdiyiniz foto qəhrəmanlarınızdan illər sonra qarşılaşdığınız olubmu?
- Bəli olub. İllər sonra Bakıda sərgi keçirən zaman o yaxınlaşmışdı ki, Şuşada çəkdiyim fotodakı şəxs odur. Bir neçə gün əvvəl 1992-ci ildə Şuşada sakin və hərbçiləri çəkdiyim foto paylaşmışam. Bir qız yazıb ki, Şuşadakı fotolarda olan şəxslərdən biri onun atasıdır. Digər şəxslərin də kim olması barədə məlumat olan kimi bölüşəcəyəm.
- Xudafərin körpülərini çəkəndə əsərlərinizə şərh olaraq yazmışdınız ki, bu torpaqların azadlığını çəkmək arzunuz olub. Bu, cənublu olmağınız və Xudafərin körpülərinin həsrət körpüləri adlanması ilə bağlıdır?
- İllər əvvəl nənəm, babam Xudafərin körpüsü ilə bağlı danışırdılar. O zaman bilməzdim Xudafərin nədir...
Bir də bir şeir var idi, həmişə onu xatırlayırdım:
Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.
Onun üçün uşaqlıqdan adını eşitdiyim Xudafərini çəkdim. Əvvəl əlimi-üzümü yudum orada, sonra foto çəkdim.
- Siz işğaldan azad olunmuş torpaqları yenidən çəkməyə başlamısınız. Eləcə də, cəbhə xəttindən çox uzaqda düşmən hücumuna məruz qalan, terror qurbanı olmuş insanları lentə almışınız. Belə vəhşəti bundan öncə harada çəkmisiniz?
- Ömrümün 40 ili müharibə zonalarında keçib. Mən, əslində, sülhsevənəm, müharibəyə nifrətim var. Mənim üçün bir müharibə qəbulumdur ki, o xalq evini, vətənini qoruyur. Azərbaycanın da müharibəsi vətən idi. Başqa cür müharibə mənim üçün qəbuledilməzdir, nifrətim var.
İnamım var ki, bir zaman gələcək dünyada müharibə olmayacaq. Əminəm ki, Azərbaycan məcburi köçkünlər üçün işğaldan azad olunan o torpaqlarda gələcək quracaq. İllər sonra ermənilərin məhv etdiyi şəhərlərin yenidənqurma şəkillərini dünyaya göstərmək lazımdır. Necə mədəniyyətə sahib olduğumuzu dünyaya nümayiş etdirə bilərik.
- Ümumiyyətlə, sizin üçün çəkdiyiniz əsərlərdə faciənin müqayisəsi varmı?
- Hər dəfə müharibə çəkməyə gedəndə elə bil ki, ilk dəfədir müharibə görürəm. Orada bir uşaq görürəm ki, ağlayır, ana ki, uşağının meyitinin üzərində ağlayır, mən onu hər dəfə ilk dəfə görmüş oluram. Duyğusuz olsam, fotoları çəkəndə heç bir hiss olmayacaq.
- 44 gün davam edən Vətən Müharibəsinin miqyasını bir foto ilə ifadə etməli olsanız, bu, hansı əsəriniz olar və onu harada çəkmisiniz?
- Bu müharibədə elə bir kadr olmayıb ki, o 44 günün ümumi nəqli olsun. Planım var idi, amma onu tapıb, çəkməmişəm. Çəkəndən sonra mütləq yayımlayacağam.
- Bəs sizin üçün ən sarsıdıcı məqam hansı idi?
- Ermənilər müharibələrdə ən qeyri-insani əməliyyatı Gəncədə və Bərdədə törətdilər. Gəncəni gecə hamı yatanda bombaladılar. Onu edənlər bilir ki, insan gecə yatanda hansı geyimdə yatır. Bunu etmək qeyri-insani hərəkətdir. Bərdədə dinc əhalinin çox olduğu yeri bombaladılar. Bərdədə qadın yemək bişirirmiş, nar lazım olub.
16 yaşlı oğlan deyib ki, mən dərib, gətirərəm. Həmin zaman ermənilər tərəfindən atılan bombadan ölüb. Hərbi zonadan uzaq olan ərazidə qətliam törətmək vəhşilikdir. Bu, hərbi cinayəti Azərbaycan dünyaya sübut etməlidir. Bunlar hamısı sarsıdıcı məqamdır.
- Müharibədən paylaşdığınız şəkillərə görə sizə ermənipərəst şəxslər yazıblarmı?
- Çox yazırdılar. Mənə deyirlər ki, sən bir tərəfi göstərirsən. Gəl, Ermənistan tərəfi də çək. Halbuki dünyanın 80-ə yaxın jurnalisti Ermənistan tərəfdə idi. Mən də cavab verdim ki, necə olur ki, mən tək adam mülki şəxslərin qətlə yetirildiyini göstərmişəm, amma 80-ə yaxın adam Ermənistanda öldürüldüyünü iddia edən bir mülki şəxsin şəklini yaymadı? Avropada ermənipərəst insanlar çoxdur.
- Siz də Fransada yaşayırsınız. Orada da erməni lobbisi güclüdür...
- Elədir. Bu, mənim üçün önəmli deyil. 30 ildir ki, müharibədən şəkillər paylaşıram, məlumat verirəm. Ermənilər sərgilərimə gəlir, şəkillərimi cırırlar, sərgimin qarşısında plakatlarla çıxış edirlər. Mən bunlara fikir vermirəm, çünki işimi görürəm. Çəkdiyimi, gördüyümü dünya çatdırıram. Fransaya qayıdandan sonra bu müharibə barədə fotoları sərgiləcəyəm...
- Dediniz ki, 40 ildir müharibə çəkirsiniz. Bu mənəvi yorğunluğu necə çıxarırsınız?
- Mən hər gün çəkdiyim fotoları görürəm. Gözüm gülsə də, çəkdiyim şəkillərə görə ürəyim ağrıyır. Sadəcə, onları dünyaya çatdırmaqla mənəvi yükümü azaldıram.
Bu fikirləri Birinci və ikinci Qarabağ müharibələrində iştirak edən, “Maştağa” ləqəbli qazi Vidadi Ağagülov deyib.
Onunla müsahibəni təqdim edirik.
- Vidadi müəllim, ilk olaraq vətən müharibəsində qazandığımız qələbədən danışaq. Bu qələbənin iştirakçısı, qəhrəmanı olmaq necə hissdir?
- Əvvəlcə bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə cansağlığı, şəfa arzulayıram. Doğma xalqım unutmamalıdır ki, bu qələbə nəyin bahasına bizə başa gəlib. Qələbənin qədri bilinməlidir. Qazanılan qələbəni əldə saxlamaq üçün böyük islahatlar aparmalıdır. Mən deyən islahatlar "haralısan?" sualını aradan götürməkdən başlayır. İkincisi, şəhidlər bölünməməlidir. Aprel döyüşü, iyul döyüşü, birinci və ya ikinci Qarabağ müharibəsi şəhidi deyilməməməlidir, vətən bölünmədiyi kimi, şəhidlər də bölünməz.
Üçüncüsü, bizim bacımız, vitse-prezident Mehriban Əliyevanın bir sözü var: "Qazilər mənim qardaşımdır". Cəmiyyət qaziləri elə qarşılamalıdır ki, məmləkət öz qəhrəmanlarının kimliyini bilsin. Bir müddət keçir, qazilər yaddan çıxır, onların haqqı tapdalanır. Hamısı anaların, ailələrin ağrısına çevrilir. Qazilərə qayğı göstərmək lazımdır. Ali Baş Komandanın nümayiş etdirdiyi yumruq xalqın yumruğudur.
Bəziləri deyir, sülhməramlı gəldisə, bu, qələbə deyil. Bizim ordumuz var, Ali Baş Komandanımız var. Biz 44 gündə bütün dünyaya meydan oxuduq, dünya Azərbaycanın gücünü, qüdrətini bildi. Biz birinci xalqıq ki, 21-ci əsrdə dünyaya iki böyük nümunə göstərdik: 21-ci əsrin müharibəsini və kaputulyasiyanı. Bu, tarixə, ensiklopediyalara yazılacaq. Qələbə budur.
- Qazilərə dəstəkdən söz açdınız. Sizcə, qazilərimizə necə dəstək göstərilməli, şəhidlərimizin unudulmaması üçün hansı addımlar atılmalıdır?
- Mən şəhid ailəsindənəm. Ötən il dekabrda Ali Baş Komandan mənə ev verdi. Bir şəhid ailəsinin övladı təzə evlənmişdi, məni toya dəvət etmişdilər. Şəhidin həyat yoldaşı deyəndə ki, uşaqlar kirayədə qalacaq, mənim ürəyim ağrıdı. O evi Ali Baş Komandan, şəhid və qazilərimizin adından həmin şəhid övladına bağışladım. Dedim "bir otaqdır, gedin yaşayın, atanız o dünyadan sizə mükafat göndərib". Bunu tək biz etməməliyik, məmləkət etməlidir. Təkcə dövlətdən gözləməməliyik.
Məmurun oğlu 2 milyonluq saat taxırsa, bütün Azərbaycan xalqı bunu eşidib bilir. Şəhidin balası kirayədə yaşaya bilməz. Cəmiyyətimiz buna reaksiya verməlidir. Şəhidin haqqını, hüququnu özümüz qorumalıyıq, çünki Azərbaycan şəhidi qanı ilə yaşayıb. Üzərimizdə daşıdığımız vəsiqəmiz şəhid qanı ilə yazılıb. İmam Cəfər Sadiqin gözəl bir kəlamı var, "Nahaqqı görüb, ona qarşı çıxmasan, qiyamət günü kafirlərin cərgəsində olacaqsan". Cəmiyyət şəhidlərimizin qədrini bilməlidir. Qazi diri şəhiddir. Prezident də bunu neçə dəfə vurğulayıb.
- Qarabağ geri alırıq, sizcə, bundan sonrakı mərhələdə təbliğatı necə aparmalıyıq? Qarabağı dünyaya necə tanıtmalıyıq?
- Mən bu fikri məmurlara da çatdırmışam. Qarabağı inkişaf etdirmək üçün şəhid ailələrinə, qazilərə, veteranlara orada torpaq verilməlidir. Onlar oraya köçüb yaşamalıdırlar. Ermənilər bizi orda görəndə özləri çıxıb gedəcəklər. Bu, əsas məsələdir. Hansı regiondan olmasına baxmyaraq kim Qarabağda qan tökübsə, hökumət onlara torpaq verməlidir. Hansından soruşsanız, orada qalmaq istədiyini deyəcək. Orada əziyyət çəkən qazilərimiz qanla yazılan tarixin təbliğatını aparmalıdır.
Şou nümayəndələrini gətirib, toy-konsert verməklə Qarabağı yaşatmaq olmaz. Bu, şəhidlərimizin ruhunu incitməkdir. Bəli, orada istirahət etmək, turizim obyektləri açmaq olar, amma sadəcə pullu turizm regionu etməklə Qarabağı yaşatmaq olmaz. Qazilərimiz mütləq orada yaşamalıdır. Bir qarış torpaq verilsin, gedək orda ev quraq.
Mən əslən bakılıyam, burada doğulub böyümüşəm, hər şeyi atıb, Qarabağda yaşayaram. Orada dostlarımın ruhu qalıb, qazi qardaşlarımın əli, qolu qalıb. Azərbaycanımızı belə yaşada bilərik.
- Qarabağın hansı regionunda yaşamaq istəyərsiniz?
- Qarabağın hər qarış torpağı mənim üçün müqəddəsdir. Mən 90-cı illərdə ilk dəfə Qarabağa ayaq basanda ağladım, dedim, ya rəbbim, sən mənə bir məmləkət bəxş etmisən. O məmləkəti düşmənə vermək xəyanətdir.
O torpağa elə vurulmuşam ki... İkinci Qarabağ müharibəsində ilk dəfə oraya ayaq basanda, orada namaz qıldım. Başımı torpağa qoyanda mənimlə torpaq, ağaclar, dağlar-daşlar danışdı. Məni təbrik etdi ki, xoş gəldin, Azərbaycan əsgəri. Xoş gəldin, ana torpağı azad etməyə... Bu, mənim üçün böyük duyğu idi, mən Qarabağ torpağı ilə nəfəs alıram. Qarabağlılar bunun nə demək olduğunu başa düşür.
Siz görürsünüz düşmən oraya necə can atırdı? Düşmən abrı tökülə-tökülə yenə deyir, ora bizimdir, amma millətimiz onlardan üstün olmalıdır. Qarabağı, düşməni bir an unutmaq olmaz.
- Cəbhədən uzaq insanların savaşla, əsgərlərlə bağlı fikirləri, sosial şəbəkədə yazıdqları onlara necə təsir edirdi?
- Mən xüsusi təyinatlı polis dəstəsinin üzvü olmuşam. Biz Azərbaycanda ilk xüsusi təyinatlı polis dəstəsi olmuşuq. İkinci dünya müharibəsində Stalinqrad döyüşü zamanı hərbçilər bir zirzəmi alanda onlara qəhrəman adı verirdilər.
30 il düşmən Qarabağda boş oturmayıb, bunkerlər tikib, nələr hazırlayıb... Ordumuz hər küçəni alanda itki verilib. Hər qarışa girəndə qan tökülüb. Ona görə azad olunan hər addım torpaq döyüşçü üçün müqəddəsdi.
Evdə oturub kəndi alıblar deməyə nə var ki? Kəndə daxil olanda yaşanan ab-havanı görməsəniz, o kəndin dəyərini bilməzsiniz.
- Döyüş bölgəsində vəziyyətiniz, qidalanmanız necə idi?
- Vətən sağ olsun. Bizim gözəl marşımız var: "Yastığımız vətən daşı, yorğanımız qar olsun". Kim vətənini sevirsə, o daş onun üçün yastıqdır. Doğrudur, bəzən yemək yeməyə belə vaxtımız çatmırdı, amma yeməyimiz bol idi. Siqaretdən tutmuş gigiyena vasitələrinə qədər təmin olunmuşduq. Hər şəraitimiz vardı.
Xalqımız cəbhəyə evdə bişirilən sovqat göndərirdi. Məsələn, doğum günümü döyüş zonasında keçirdim, iki tort göndərmişdilər. Biz qələbə qazanmağa gedirdik. Dünyanın bundan böyük naz-neməti varmı?
- Döyüşdə doğum günü qeyd etmək necə idi?
- Ad günümü səngərdə qeyd elədik. O mənim həyatımda yaşadığım ən gözəl gün idi. Bundan gözəl günüm olmayıb. Bu yaşıma qədər belə doğum günü keçirməmişdim.
- 27 ildir ürəyinizdəki erməni gülləsi ilə yaşayırsınız. Bu, sizi hansı çətinliklərlə qarşılaşdırdı?
- Döyüş zamanı düşmən gördü, snayperlə vurdu. Bir tərəfdən taleyimə minnətdaram ki, o güllə ürəyimdə qaldı. 27 il mənə əziyyət verdi, qoymadı yaddan çıxarım ki, torpağım düşmən tapdağı altındadır. 27 ildə hansı ağrıları yaşamışam, bir Allah bilir. Amma Qarabağa ayağımı basandan bu günə qədər bir qram ağrım yoxdur.
Günlərdir ürək ağrısının nə olduğunu bilmirəm. Əsgərlərlə dağa da qalxmışam, onlar "ağsaqqal, dayan" desələr də, cavabında “sizə nümunə mən olmalıyam, siz mənə baxıb irəli getməlisiniz” söyləyirdim. Bircə dəfə də ürəyim məni narahat etmədi, bu da vətənin mənə hədiyyəsidir.
- 55 yaşınız var. Necə oldu İkinci Qarabağ Müharibəsinə yollandınız?
- 1990-cı ildə şəhid generalımız Məhəmməd Əsədov xüsusi təyinatlı polis dəstəsi yaradanda oraya Əfqanıstandan gələnləri, zabitləri dəvət edirdi. OMON dəstəsi yaradıldı, mən də oraya daxil oldum, Xocalını aldıq, Mələşdə, Buzluqda, Çaykənddə, Birkeşdə, Ağdamda, Füzulidə, Salatın körpüsündə, Ağdərədə döyüşüb, torpaqları azad edirdik. Təəssüf, o zamankı siyasi hakimiyyət ölkəyə, orduya rəhbərlik edə bilmədi. Şəhərdə mitinqlər başladı, Qarabağda ordu qalmadı, hərə bir dəstə yaratdı.
Şükür ki, bu gün vahid komanda, həmrəylik var. Bütün bunlar bizi qələbəyə apardı. İkinci Qarabağ Müharibəsində mən geridə qala bilməzdim. Hərbi hissəyə getdim, mənə yaşlı olduğumu, qazi olduğumu dedilər. Cavabında ermənilərə borclu qaldığımı, şəhidlərin haqqını çiynimdə daşıdıımı, şəhidlərimizin qanını almalı olduğumu dedim. Uzun təkiddən sonra istəyimi qəbul etdilər.
- Sizcə, ölkədə vətənpərvərlik mövzusunda hansı təbliğat işləri aparılmalıdır?
- Mən fəxr edirəm ki, Azərbaycanda belə gənc nəsil yetişir. Ürəkdən deyirəm, Azərbaycanımızı gənc nəslə tapşırıb, bu dünyadan gedə bilərik. Gənc nəsli gördüm, döyüş zamanı bizim cavan-cavan, 18 yaşlı uşaqların vətənpərvərliyinin şahidi oldum. Deməyə söz tapmıram. Onların qarşısında baş əyirəm.
- Qarabağla bağlı ən yadda qalan xatirəniz nədir?
- Əziz, ana Şuşada Azərbaycan bayrağının qaldırılması... O saniyə, o dəqiqə Azərbaycan xalqının qeyrəti, namusu, mənliyi qayıtdı. Bəs nə üçün deyirlər ki, Şuşa Qarabağın ürəyidir? İgid oğlanlarımız silahla yox, bıçaqla daxil olub oranı azad etdilər.
Mən bütün qazilərimizin qarşısında baş əyirəm. Şəhid analarının ayağını öpürəm... Yaşasın Azərbaycan! (Teleqraf.com)
Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 53.5 faiz.
“Qafqazinfo” xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faiz və Naxçıvanda yoluxma 0.06 faiz təşkil edir.
Ölkəxarici yoluxma isə 0.7 faizdir.
Ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.
Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar II Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.
“Qafqazinfo” xəbər verir ki, şəhidlərin anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində bildirib ki, qardaşlar millətini, xalqını çox sevirdi:
“İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”.
Ananın sözlərinə görə, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:
“Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb:
“İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkədaxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
Həmin məktublardan bir neçəsini təqdim edirik:
Fuat Aytandan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident.
Mən bir türk vətəndaşı kimi ata dediyim Azərbaycanla, Sizinlə, ölkənizlə, dövlətinizlə, əsgərinizlə qürur duyuram.
Var olun, sağ olun, müzəffər Ali Baş Komandan!
Ata-baba yurdumun yerləşdiyi torpaqların işğaldan qurtulması məni xoşbəxt etdi.
Azərbaycan üçün nələr edə biləcəyimi bilmirəm. Bir evim, bir az da pulum var. Lazım olsa, onları böyük məmnuniyyətlə Azərbaycanın gələcəyi üçün fəda etməyə hazıram. İnşallah, azad olunmuş torpaqları ziyarət etmək, həmin torpaqları öpmək arzum da həyata keçər.
Sizin kimi müzəffər Ali Baş Komandanın qarşısında baş əyirəm.
Hakan Yağmurdan, Antalya, Türkiyə
Hörmətli cənab Prezident.
Qarabağın azadlığı üçün göstərdiyiniz əzmkarlıq, qətiyyət və cəsarət Azərbaycan xalqı kimi bizi də qürurlandırdı.
Sizi kimi qardaşlarımız olduğu üçün biz xoşbəxtik. Azərbaycan xalqı isə Sizin kimi Lideri olduğuna görə xoşbəxtdir. Və hamımız ona görə xoşbəxtik ki, eyni qanı daşıyır, eyni tarixə malikik, ürəklərimiz eyni həyəcanı paylaşır.
Mən Türkiyə Respublikasının vətəndaşı olaraq ən səmimi hisslərlə bildirirəm ki, canımızla, qanımızla Sizlərin yanında olmaqdan qürur duyuruq.
Heç bir qarşılıq gözləmədən hər zaman Azərbaycan xalqının yanındayıq. Bütün cəbhələrdə Sizinlə çiyin-çiyinə dayanmaq, əlimizdən gələni etmək bizim borcumuzdur.
Sizə və Azərbaycan xalqına sonsuz sevgi və ehtiramımı çatdırmaq istəyirəm. Unutmayaq ki, bizlər bazara qədər deyil, məzara qədər qardaşıq.
Zəfər Azərbaycan xalqınındır!
Emil Cəfərovdan, Omsk, Rusiya
Müzəffər Ali Baş Komandan.
Sizi Rusiya Federasiyasının Omsk şəhərindən salamlayıram. Bu məktubu yazmaqda məqsədim bir Azərbaycanlı kimi öz səmimi duyğularımı Sizə bildirməkdir.
Əziz Prezidentim, xarici dövlətdə yaşamağımıza baxmayaraq uzun illər boyu Rusiya Federasiyasında məskunlaşan mənfur qonşularımızın vətəndaşları ilə qarşılaşdıqda içimdən utancverici bir hiss keçirdi, bu hissin adı Qarabağ idi. Əslində bu hissləri hər bir Azərbaycan vətəndaşı yaşayıb. Mən bu hissləri büruzə verməsəm də, düşmənə hiss etdirməsəm də qəlbimdə böyük əzab çəkirdim. Qarabağda itirilmiş torpaqlarımız, qətlə yetirilmiş vətəndaşlarımız, körpələr, qocalar, bacı və qardaşlara edilmiş zülmlər bizi çox sarsıtmışdı. Nəhayət o gün yetişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hər şey dəyişdi. İşğalda olan şəhər, rayon, qəsəbə və kəndlərimizin Ordumuz tərəfindən ard-arda azad edilməsi xəbərlərini verdiyiniz hər çıxışınızı səbirsizliklə gözləyirdik. 30 ildən sonra üzümüzə təbəssüm bəxş etdiniz, əzmkarlıq hissini yaşatdınız. Böyük işlər gördünüz, ölkəmizi dünya səviyyəsində təmsil etdiniz. Dünyaya sübut etdiniz ki, biz birlikdə güclüyük. Azərbaycan xalqı Sizinlə qürur duyur, hər zaman yanınızdayıq. Şəxsən öz adımdan və Omsk vilayətində yaşayan bütün azərbaycanlılar adından 2020-ci il noyabrın 10-da böyük Qələbə sevincini bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Yaşasın xalqımız və şanlı Ordumuz! Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirəm.
Qarabağ Azərbaycandır!
Ömər Cengizhanoğlu və başqalarından, Bolu, Türkiyə
Hörmətli cənab Prezident.
Sizi uca Alalhın adı ilə salamlayır, gözəl Türkiyəmizdən, türk xalqının adından sevgi və ehtiramımı bildirirəm.
Zəfəri zəfərə calamaqla tarixə düşən Azərbaycan Ordusunu səmimi qəlbdən təbrik edir, hər əsgərin alnından öpürük. Çanakkale, Sakarya döyüşləri ilə türk və dünya tarixinə qızıl hərflərlə yaxan türk ordusunun qardaşı olan, ermənilərə tarixi dərs verən Azərbaycan Ordusu bu gün cəbhədən Qələbə ilə qayıdır.
Bir yumruq kimi birləşmiş Azərbaycan Ordusu qazandığı qələbələrlə ulu öndər Heydər Əliyevin və minlərlə şəhidin ruhlarını şad etmişdir.
Dəyərli Prezidentimiz, bütün sahələrdə apardığınız uğurlu siyasətlə tarixə ad salmış türk fatehlərinin davamçısı olduğunuzu dünyaya göstərdiniz.
Mən təqaüddə olan müəlliməm. İnşaat mühəndisi olan və Gülhanə Tibb fakültəsində oxuyan oğlumla birlikdə Azərbaycan Ordusu üçün əlimizdən gələn köməyi etməyə hazırıq.
Dünyanın hələ də unutmadığı Çanakkale zəfərindən sonra Sizlər Qarabağ zəfərini tarixə yazdınız. Bütün türk xalqları Sizin bu qəhrəmanlığınızı unutmayacaqdır.
Heç şübhəm yoxdur ki, Qarabağdan zəfərlə dönən şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlar kimi qarşılanacaq. Onlara bir daha Azərbaycan xalqına və bizlərə yaşatdıqları sevinc və xoşbəxtliyə görə minnətdarlıq bildirirəm. Qarabağın azad olunması münasibətilə keçiriləcək şənliklərdə iştirak etmək ümidi ilə müraciətimi ən ülvi hisslərimi ifadə edən sözlərlə bitirmək istəyirəm:
Salam olsun qızıl qəlbli rahbərimiz İlham Əliyevə!
Salam olsun Qarabağ yolunda dastan yazan şanlı Azərbaycan Ordusuna!
Salam olsun ordusu ilə milli birlik göstərən qardaş Azərbaycan və türk xalqlarına!
Elxan Şabanovdan, Zaqatala, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Noyabrın 8-də Siz Şuşamızın alınması xəbərini verməklə xalqımıza qələbə sevincini yaşatdınız. Otuz illik böyük bir yükü çiyinləri üzərində gəzdirən, ağrıdan-acıdan qovrulan xalqımız məhz Sizin sayənizdə indi sevinc, zəfər salnaməsinin himni altında qürurla addımlayır.
Yaşım əlli altını haqlamasına baxmayaraq, bu dəqiqə igid övladlarımızla birlikdə düşmənə qarşı vuruşmağa hazıram.
Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Tahir Cəbrayılovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Müharibə başlayandan hər gün Sizə məktub yazıb ürək sözlərimi çatdırmaq istəyirdim. Amma böyük günü – Şuşanın işğaldan azad olunması gününü gözləyirdim.
Mən Azərbaycanın bir vətəndaşı olaraq ailəmlə birlikdə həmişə Sizə inanmışıq və güvənmişik.
Yaşasın müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu!
Elimin şanlı, qəhrəman oğlu, bu böyük Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Dilrubə Behbudovadan, Ağdam, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Əzəli və əbədi torpaqlarımız olan Qarabağın düşmənlərdən azad edilməsi haqqında verdiyiniz əmri eşidəndə çox sevindim. Siz bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdiniz. Mənim bu gün sevincimin həddi-hüdudu yoxdur.
Mənim oğlum Zəngilan rayonu uğrunda gedən döyüşlərdə - 1992-ci ildə itkin düşüb. Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə çox qəhərləndim, çox sevindim ki, oğlumun uğrunda vuruşduğu torpaq alındı, qisası yerdə qalmadı.
Sevimli oğlum, Sizi dünya durduqca yaşayasınız. Siz mənə bu yaşlı vaxtımda bu sevinci yaşatdınız. Allah Sizi və övladlarınızı qorusun. Allah şanlı və qüdrətli Ordumuzu qorusun. Siz biz məcburi köçkünlərin 30 ilə yaxın olan Vətən-torpaq həsrətinə son qoydunuz. Mən ürəyimdən gələn xoş arzuları Sizə çatdırmağı özümə borc bilirəm. Arzu edirəm ki, bütün Qarabağ torpaqlarımız düşmən işğalından tamamilə azad olunsun, Azərbaycanımızın bütövlüyü təmin edilsin və mən Sizi öz torpağımda - Ağdamda öz evimdə çay süfrəsinə qonaq edim. Mən Sizin sözlərinizi çox böyük fəxrlə təkrar edirəm: Qarabağ Azərbaycandır!
Sayad Cəbrayılovadan, Bakı, Azərbaycan
Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirik. Qarabağımızın 30 illik işğalına son qoyuldu. Qazandığınız hərbi-siyasi uğurlarla qürur duyuruq. Allah Sizi, Ordumuzu və millətimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Ümummilli Qələbə təbrikləri Sizindir. Qarabağ Azərbaycandır!
Nilay Cahangirlidən, Beyləqan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim adım Nilaydır. 10 yaşım var. Mən çox xoşbəxtəm, çünki Sizin komandanlığınız altında torpaqlarımızı geri aldıq. Sizin kimi Prezidentimiz olması ilə, azərbaycanlı olmağım ilə fəxr edirəm. Mən bilirdim ki, Azərbaycan Ordusuna qarşı heç bir ordu qalib gələ bilməz. Mən və ailəm hər zaman Sizə dəstəyik. İnşallah tezliklə bütün həmyerlilərimiz öz ata-baba yurdlarına geri dönərlər. Qələbəmizə görə Sizə təşəkkür edirəm. Sizi və ailənizi də bu qələbə münasibətilə təbrik edirəm.
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan!
Natiq Məmmədovdan, Naftalan, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən bu məktubu Sizə fəxrlə, dolu ürəklə və göz yaşı ilə yazıram. Şuşa şəhərinin azad edilməsi bu hissləri keçirməyimə səbəb oldu. Öncə Ulu Öndərimizin ruhu qarşısında baş əyirəm. Məhz onun səyi ilə Orduda vahid Ali Komandanlıq yaradıldı, ölkədə hərc-mərciliyə son qoyuldu. Əldə olunmuş uğurlar gələcək böyük Qələbənin təməlini qoydu. Siz də atanız kimi cəsarətli siyasət yürüdərək Ordumuzu gücləndirdiniz, onun siyasətini davam etdirərək Vətən müharibəsində bu uğurlara nail oldunuz.
Allah Sizi heç vaxt Azərbaycan Respublikasının Ali Baş Komandanlığından əskik etməsin! Daim ölkəmizin qoruyucu mələyi olasınız.
Brilyant Quliyevadan, Şəmkir, Azərbaycan
Hörmətli Prezidentimiz cənab İlham Əliyev.
Hamımıza məlumdur ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Xalqımızın tarixdə üzləşdiyi ən böyük fəlakətlərdən biri XX əsrin 90-cı illərinin əvvəlində mənfur düşmənlərimiz olan ermənilər tərəfindən işğala, soyqırımları və vəhşiliklərə məruz qalmasıdır. İki əsrdir torpaqlarımız yadellilərin işğalına məruz qalmış, zaman-zaman torpaqlarımız işğal olunmuşdu.
Cənab Prezident, bu gün mən özümü xoşbəxt sayıram. Siz müdrik və uzaqgörən siyasətinizlə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdınız. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdınız. Xalq Sizi sevir və ürəkdən dəstəkləyir.
Hörmətli Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, Sizə Kəlbəcər, Şuşa dağları, Zəngilan, Laçın çinarları kimi ucalıq, uzunömürlülük arzulayıram.
Məlahət Cəfərovadan, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Sizin rəhbərliyinizlə doğma torpaqlarımızın öz həqiqi sahiblərinə - bizə qaytarılması uğrunda başladığımız haqq mübarizəsində Qələbə bizim oldu. Azərbaycan xalqının necə igidlər yetirdiyini bütün dünya gördü.
Qalibiyyəti bizə bəxş edən Sizi və müzəffər Ordumuzu Allah daim qorusun!
Qarabağ bizimdir!
Telman Hacıyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,
Rəhbərliyiniz altında şanlı Ordumuzun işğal altında inləyən torpaqlarımızı azad etməsi və Vətən müharibəsinin bizim Qələbəmizlə başa çatması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Qarabağımızı bizə qaytaran Müzəffər Ali Baş Komandan, Allahdan Sizə uzun ömür, cansağlığı diləyirəm.
Yaşasın Azərbaycan!
Elxan Mövlamovdan, Xaçmaz, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Azərbaycanın könüllülərindən ilk şəhid Mövlamov Elçinin ailəsi adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Siz bu böyük Qələbə sevincini bizə yaşatdınız.
Cənab Prezidentimiz! Biz Mövlamovlar ailəsi hər il şəhidimizin anım gününü böyük üzüntü və kədərlə keçirirdik. Lakin bundan sonra oğlumuzu qürurla ana biləcəyik. Çünki Elçinimizin və bütün şəhidlərimizin qanı Siz və rəşadətli Ordumuz sayəsində yerdə qalmadı. Rəbbim Sizi və şanlı Ordumuzu qorusun.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış xristian albanlara məxsus Xudavəng monastrı üzərində ən böyük saxtakarlığı ermənilərin özləri ediblər:
“İlk növbədə, qeyd etmək lazımdır ki, burada hələ xristianlığaqədərki dövrdə də məbəd olub. Bunu 2007-ci ildə ermənilərin özlərinin monastr ərazisində apardığı qazıntılar zamanı aşkarlanan xüsusi oturacaqlarda oturmuş formada heykəllər də sübut edir. O zaman ermənilərin özləri də etiraf etmişdilər ki, bu cür heykəllər erməni xristianlığına xas deyil. Digər tərəfdən, kilsənin adını guya erməni dilində yüksəklik, təpə mənasını verən “xota” ilə əlaqələndirməklə ermənilər daha bir saxtakarlığa yol veriblər. Əslində, ad bu gün də dilimizdə olduğu kimi Xuda-vəngdir. Xuda/Quday isə xristanlığa qədərki dövrdə Turan və İran arealında "tanrı, yaradıcı" mənasında işlədilib”.
E.Kəlbizadə əlavə edib ki, XIII əsrdə monastrın ən böyük tikilisini inşa etdirən hökmdar xanımının adının Arzu-xatun, atasının adının isə kitabədə Qurd olaraq qeyd olunması da təsadüf sayılmamalıdır.
Onun sözlərinə görə, ermənilər 2004-cü ildən etibarən erməni əsilli Amerikan biznes-ledisi Adel Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də saxtalaşdırma işlərinə başlayışlar. Bərpa işlərində Tehran ermənisi olan Edik Abramyan da fəal iştirak edib:
“Bu günlərdə yayılan videolarda gördüyümüz ermənilərin daşıyaraq apardıqları kilsə zəngi də 2005-ci ildə asılıb və o, heç bir tarixi mahiyyət daşımır. O dövrdə saxtalaşdırma işlərini həyata keçirən ermənilər 2017-ci ildə guya buradakı “qədim” - əslində isə ermənilər tərəfindən bir müddət öncə basdırılmış tapıntıları aşkarlamaq və hansısa yazıları bərpa etmək üçün italiyadan mütəxəssislər dəvət etmişlər”.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət yetirməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Çünki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, ermənilər Dilqəm Əsgərovu əvvəlcə Ermənistanın Gorus rayonuna, oradan isə Şıraka aparıblar:
"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Gorusa aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".
K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".
Qeyd edək ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından aparıldığı noyabrın əvvəlində məlum olub. Şahbaz Quliyevin harada olması ilə bağlı məlumat yoxdur.