Bu barədə "Ölkə.Az"a xidmətdən məlumat verilib. Qaynar xəttlər vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə yaradılıb.

Yeni nömrələr belədir: Tel: (012)4937914(012)4937926

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.

Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Sabah da yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlayıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Oktyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti olacaq.

DİN fişənglərlə bağlı müraciət yaydı

Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edib. 

“Yol-xeber.az” həmin müraciəti təqdim edir:

“Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, coşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik”. 

Hikmət Hacıyev Gəncə bazarından video paylaşdı

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün səhər saatlarında yenə də Ermənistan ərazisindən atəşə tutulan Gəncədən görüntülər paylaşıb.

H. Hacıyev qeyd edib:

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın nə cür hərbi əhəmiyyəti ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədilə edilib. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”.

Təhsil naziri Emin Əmrullayevin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Həmin təbriki təqdim edirik:

"Əziz müəllimlərimiz,

Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!

Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!

Əziz müəllimlər,

Bu vacib və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram!"

Son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Müdafiə Nazirliyindən bildirilib ki, hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur.

Qeyd edilib ki, Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildirilib ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur.

Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

+994 (012) 406-85-43

+994 (070) 946-51-11

+994 (055) 294-15-30

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb.

Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan xalqı yekdilliklə ordumuzun əks-hücum əməliyyatını dəstəkləyir. Belə ki, on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir.

Məhz bunun nəticəsində Azərbaycan özünü müdafiə edir, ordumuz uğurlu əks-hücum əməliyyatı keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların içində təhsil işçiləri də var:

“Belə ki, BŞTİ-nin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

İnanırıq ki, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. 

Allah Azərbaycan ordusunu və igid oğullarımızı qorusun!

Qarabağ Azərbaycandır!”.

Azərbaycan Televiziyası bu gün – 2 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Ermənistan işğalından azad etdiyi torpaqlardan görüntülər yayımlayıb.

Müxbir Anar Şuşalının hazırladığı reportajda döyüş əməliyyatlarında iştirak edən hərbçilərimizdən müsahibə yer alıb. Döyüşdən çıxmış əsgərlər ailələrinə salam göndəriblər. Onlar orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü qeyd ediblər.
Həmin reportajı təqdim edirik:

Qeyd edək ki, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

2 oktyabr o günlərdəndir ki, Azərbaycandan daha bir parça qoparıldı.

Sahəsi 1428 kvadrat kilometr olan Xocavənd rayonu illərlə erməni təcavüzünə məruz qalıb. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. 

Erməni işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil və 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti dağıdılıb. 

28 il öncə Xocəvənd 13-ü qadın və 13-ü uşaq olmaqla, 145 şəhid verib. İllər öncə bu insanlar yurdlarından didərgin salınsalar da, bu gün xocəvəndlilər hamı kimi ümidlidir. Çünki torpaqlarının azadlığı uğrunda vuruşan güclü ordusu var və bu ordunun parlaq tarixi qələbələri davam edir. 

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşmənə ağır zərbə endirir, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqları geri alır.

Hər dəqiqə qələbə xəbəri gözləyən Azərbaycan vətəndaşları isə bu sevinci yaşamaq üçün səbirsizlənirlər. İnanırıq ki, bir vaxtlar Azərbaycan tarixinə qara həriflərlə yazılan işğal günlərimiz yaxın zamanda zəfər tarixi kimi qırmızı rəngə boyanacaq.

“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir”.

Müdafiə Nazirliyinin məlumatına əsasən, bunu Hərbi birliyin komandiri, general-mayor Hikmət Həsənov deyib.

“Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”, o qeyd edib.

Xəbər lenti