|
Qeyd edək ki, yeni yarımstansiya Sovet dövründən sonra Bakı şəhərində tikilən ikinci 220 kV-luq yarımstansiyadır.
“Qafqazinfo” yeni tikilən və bu gün açılış həyata keçirilən “Böyükşor” yarımstansiyasından görüntüləri təqdim edir:
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji” ASC-nin, Bakı şəhərində yeni tikilərək istismara verilən 220 kV-luq yarımstansiyasının açılışı olub.
Qeyd edək ki, yeni yarımstansiya Sovet dövründən sonra Bakı şəhərində tikilən ikinci 220 kV-luq yarımstansiyadır.
“Qafqazinfo” yeni tikilən və bu gün açılış həyata keçirilən “Böyükşor” yarımstansiyasından görüntüləri təqdim edir:
Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.
Ağstafa rayonu, Kolxəlfəli kənd sakini, Nazim Əfqan oğlu İsmayılov Tovuz istiamətində gedən döyüşlərdə həlak olub.
Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov bu gün Üçüncü Fəxri Xiyabanda böyük izdihamla dəfn olunub.
"Vətən Oğulları" Cəmiyyətindən Bizimxeber.az-a daxil olan məlumata görə, adını çəkilməsini istəməyən iş adamlarından biri şəhid generalın ailəsinə mənzil hədiyyə edib.
Bu gün mənzilin açarı və sənədləri şəhidin ailəsinə təqdim olunub. İş adamı həmçinin mənzilin təmiri xərclərini də öz üzərinə götürüb.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov və bir neçə hərbçimiz qəhrəmancasına şəhid olub.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən 17 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab olaraq bildirib.
“Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin” -, deyə o əlavə edib.
Ermənilər "Azərbaycanda nə baş verir?" mətni ilə 0505582881, 0552298493, +90 539 507 06 81 nömrələrindən Azərbaycan vətəndaşlarına mesaj göndərməyə başlayıb.
Ermənilər bununla məlumat toplayıb özləri Azərbaycanın planlarını öyrənir və yeni plan qururlar.
Buna görə də, vətəndaşlardan "Snapchat" və "PicsArt" programlarının mobil telefonlardan silinməsi xahiş olunur.
Çünki onların kodlarını qırıb vətəndaşlara aid olan məlumatları götürə bilirlər.
Həmçinin vətəndaşlardan yuxarıda qeyd olunan nömrələrdən daxil olan mesajlara cavab verməmək xahiş olunur.
Qeyd olunur ki, mobil telefonlara göndərilən mesajlar "İnstagram" linki kimi daxil olur. Həmin linkə daxil olmamaq və mesajı dərhal silmək bildirilir.
Həmin linkə daxil olacaqları təqdirdə telefonın içərisindəkilər ermənilərin əlinə keçəcək. (report)
İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı ilə bağlı narahatlıqlar var. Bəziləri təklif edir ki, bu cür situasiyalarda hökumət küçələrdə insanlara maska paylasın. Bununla da təhlükə bir qədər azalmış olar.
Qeyd edək ki, son bir neçə gündə ölkədə koronavirusa yoluxanların sayında stabilləşmə, azalma müşahidə olunurdu. Bəs son olaylar virusun yenidən sürətlə artmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a danışıb:
“Ötən gün Bakıda keçirilən yürüşlər Qarabağla, millətin taleyi ilə bağlı məsələ idi. Lakin bu cür hadisələrdə, izdihamlarda həmişə sui-istifadə halları olur. Yəni yürüşün sonunu gördük. Sonluq bəzi adamların təxribatı, Milli Məclisə girməsi ilə yekunlaşdı. Milli Məclisə girmək təbii ki, təxribatdır. Lakin hesab edirəm ki, bunu həmişə bu cür yönəldib, başqa rəng verməyə çalışırlar.
Nəticə nə oldu? Doğrudur, bir tərəfdən səngərdə duran əsgərlərimizə dəstək ifadə olundu. Lakin bir tərəfdən də karantin davranışları ciddi şəkildə pozuldu".
Adil Qeybulla qeyd etdi ki, artıq sərt karantin rejiminə ehtiyac yoxdur, ləğv olunmalıdır:
“Karantin ləğv olunmalı, əvəzində sosial məsafənin saxlanılmasına, maska taxılmasına ciddi nəzarət olunmalıdır. Bununla bağlı ciddi işlər aparılmalıdır. Artıq ayın 20-si yaxınlaşır. Bununla bağlı tibb işçiləri olaraq bir yerə toplaşdıq, rəy verdik ki, növbəti vaxtlarda nə etmək mümkündür.
Hesab edirəm ki, karantin qaydaları yumşaldıqdan sonra da vəziyyətə ciddi nəzarət etməliyik. Dövlət özü bu haqda təlimatlar hazırlamalıdır".
Adil Qeybulla qeyd etdi ki, Bakıda keçirilən yürüş konkret olaraq nə qədər dəyərli olsa da, vətənpərvərliyi əks etdirsə də, karantin qaydaları pozuldu və bu da xeyli sayda yoluxmalara gətirib çıxaracaq: “Öncə onu qeyd edim ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı dəqiq deyil. Yəni göstərilən rəqəmlər heç də real say deyil. Real yoluxma sayı elan edilən rəqəmlərdən 5-6 dəfə çoxdur. Gündə 2000-2500-ə yaxın yoluxma olur. Onların əksəriyyəti evdə ambulator, həkim nəzarəti altında və yaxud özbaşına müalicə alır. Qeydiyyata düşməyən adamlar yetərincədir. Ona görə də vəziyyət elə də ürəkaçan deyil”.
İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu isə məsələyə bu cür mövqe bildirdi:
“Şəxsən mən də həmin yürüşdə iştirak etdim. Deyə bilərəm ki, emosional vəziyyətdə insanların müqavimət gücü o qədər artır ki, koronavirusa yoluxma ehtimalı aşağı düşür.
Virusa yoluxma artsa da, artmasa da, hazırda ölkə, Vətən təhlükə qarşısındadır. Birinci Dünya müharibəsində 100 minə yaxın insan qarın yatalağı xəstəliyindən vəfat edib. Buna görə əsgərlər müharibəyə getməməli idi? İndi bizim üçün daha çox təhlükəli vəziyyət yarandığına görə virusla bağlı təhlükə o qədər də diqqətdə deyil. Camaat öz torpağını qorumaq, orduya dəstək vermək üçün iradəsini nümayiş etdirdi. Bunu, sizcə, başqa cür necə həyata keçirmək olardı?"
Sərdar Cəlaloğlu yürüşlərdə insanlara maska paylanılması ilə bağlı təklifə də münasibət bildirib:
“Deyim ki, ötən gecə yürüşdə təxminən 100 minə yaxın insan var idi. Hökumətin bu qədər insana maska paylamağa gücü çatmazdı. Həm də caamat o qədər xaotik, dəstələr şəklində gəlib-gedirdi ki, inanmıram ki, hökumət onu tənzimləyə bilərdi. Bu baxımdan düşünürəm ki, insanlara maska paylanılması təklifi ağlabatan deyildi.
Vətəni qorumaq üçün gərək heç bir şərt qoşmayasan. Hər kəs öz həyatını, sağlamlığını nəzərə almadan o yürüşlərə qoşuldu, ordunun yanında olduğunu bildirdi".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçulara baş çəkib.
Bu barədə "report"a Ombudsman Aparatından məlumat verilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.
Onun sözlərinə görə, bu, yanlış məlumatdır: “Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün PUA-lar sıradadır, itki yoxdur".
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Nazirlik rəsmisi Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
"Bu yanlış məlumatdır".