![]() |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən hazırda ölkədə 2380 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 226 nəfər reanimasiyada, 46 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 33 730 nəfər virusa yoluxub, 30 856 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 6318 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 796 459 test aparılıb.
Qeyd edək ki, bu gün 84 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 214 nəfər sağalıb.
Azərbaycanda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Təhsil Nazirliyindən bildirilib ki, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.
Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək, şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Polislər sanki cinayətkarları təqib edir…
Yox, gördükləriniz amerika kinosu deyil. Görüntülər Baku TV əməkdaşları tərəfindən paytaxtda qeydə alınıb.
Təsəvvür edin bir gün həmişə gedib-gəldiyiniz, hər gün istifadə etdiyiniz yoldan keçirsiz və polis əməkdaşları sizi saxlayıb cərimələyir.
Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi, DYP əməkdaşlarının isə gəlir mənbəyi. Bəli düz eşitdiniz gəlir mənbəyi... Əbəs yerə bu sözü işlətmirik. Çünki gündə yüzlərlə sürücü bu ərazidə cərimələnir. Buna səbəb isə uzun müddətdir ki, yolda düzünə və sola hərəkət istiqaməti bildirən nişanın yenilənərək yalnız düzünə hərəkət nişanı ilə əvəzlənməsidir. Bu zaman isə sürücü döngəyə daxil olarkən, bu nişanı görür. O zaman artıq iş-işdən keçir.
DYP əməkdaşları qarşıda kiçik bir post təşkil edərək, bu istiqamətdə hərəkət edən bütün sürücüləri saxlayaraq 3 bal və 100 manat məbləğində cərimə yazır.
Bu mövzuda ziddiyətli məqamlar çoxdur. Ətraflı videoda:
Türkiyənin Akdəniz Universitetinin azərbaycanlı professoru Tərlan Məmmədov koronavirusun qarşısını ala biləcək vaksin hazırlayır. O, bu işin üzərində 20 nəfərə yaxın bir heyətlə çalışır. O, hazırlanan bitki mənşəli vaksinlə bağlı ilk dəfə olaraq ”XəzərXəbər”ə müsahibə verib.
20-ə yaxın magistr və aspirantla vaksini hazırlayan Milli Elmlər Akademiyasının müxbir üzvü, Akdeniz Universitetinin Professoru Tərlan Məmmədov bildirib ki, COVID-19 qarşı vaksinlərin hazırlanması istiqamətində işlər uğurla davam etdirilir. Bu məqsədlə bir neçə vaksinin nümunəsi hazırlanaraq heyvanlar üzərində test edilib.
Tərlan Məmmədovun sözlərinə görə, ən önəmli məsələlərdən biri COVID-Ə yoluxmuş, lakin sonradan sağalan xəstələrdən götürülən qanda aparılan analizlərdir.Bu istiqamətdə də müsbət nəticələr əldə olunub.
Tərlan Məmmədov onu da qeyd etdi ki, hazırlanacaq vaksinin növbəti mərhələdə insanlar üzərində sınağı keçirləcək və bu barədə də ictimaiyyətə məlumat veriləcək.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gedən şəxslər barəsində tədbirlər görülüb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub. Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.
Bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, xüsusi karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 7-8 avqust tarixlərində keçirilmiş monitorinqlər zamanı Nəsimi rayonunda “Oba Market”də, “Usuplu”, “Ellips-Z” MMC-lərə məxsus ticarət obyektlərində, Zemfira Əliyevaya məxsus şirniyyat mağazasında, Mərifət Alıyevə məxsus tikinti malları, “İnteqral” QSC-yə məxsus telefon mağazalarında, Nərimanov rayonunda “Nur Market”də, “Arzu Market”də, “Çanakkale Seramik” santexnika satışı mağazasında, “Bamboo Tekstil”də, İlkin Novruzova məxsus “Balıq satışı” mağazasında, Arzu Kərimliyə məxsus gözəllik salonunda, Səbail rayonunda “La Room Butik”, “Hit Woman” mağazalarında, “Totu Market”də, “Fatimə Market”də, “Miks Mağazası”nda, Azər Əlizadəyə və Elidə Ağasiyevaya məxsus gözəllik salonlarında, Nizami rayonunda Yousef Manzoriostada məxsus ayaqqabı mağazasında, Bəxtiyar Əliyevə, Şakir Qurbanova, Vidadi Hüseynova məxsus ticarət obyektlərində, Ceyhun Həşimliyə və Rasim Məmmədova məxsus xırdavat mağazalarında, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda “Sulumart” mağazasında, “Shield Aluminium” MMC-yə məxsus plastik materialların satışı mağazasında, Çəmən İsgəndərovaya məxsus emalatxanada, Təliyə Əsədovaya, İsa Mehdiyevə, Saqif Yaqubova məxsus mağazalarda, Xəzər rayonunda “Al Market”də, “Fidan Market”də, Asim Atakişiyevə, Mayil Mustafayevə, Sədaqət Əliyevaya məxsus ərzaq mağazalarında, Ceyhun Məhərrəmova, Nəcib Məlikova məxsus ticarət obyektlərində, Yasamal rayonunda “AMA Market”də, “Lala Şirniyyat Mağazası”nda, Sarvan Bağırova, İradə Məmmədovaya, Şahin İsmayılova məxsus mağazalarda, “VİTA Aptekləri" MMC-yə və “Buta Farm” MMC-yə məxsus apteklərdə, Xətai rayonunda “24 Saat Market Mağazası”nda, Zaur Vəzirova, Vüqar Həsənova, Hafiz Əlizadəyə, Vüsal İsmayılova, Rəşad Mirzəbəyova, Eliza Arzumanovaya, Kənan Lazımlıya, Elçin Səfərliyə, Şəhriyar Cabarlıya, Ramin Əsədova, Sadir Maksimova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Maşallah Market”də, “Araz Supermarket”də, Əntiqə Məmmədovaya, Elnur Musayevə məxsus pərakəndə ticarət obyektlərində, Hikmət Məmiyevə məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində, Qaradağ rayonunda Vahid Zeynalova, Müşkinaz Yusubovaya, Günel Səfərovaya, Saleh İsmayılova, Elçin Məhərrəmova məxsus mağazalarda, Sabunçu rayonunda “Dəniz Market”də, Elçin Axundova məxsus “1001 Xırdavat”da, ümumilikdə, monitorinq aparılmış 1 296 obyektin 132-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Eyni dövrdə nəzarət-yoxlama tədbirləri keçirilmiş 1 296 obyektin 132-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən avqustun 10-dək monitorinq aparılmış 23 004 sahibkarlıq subyektindən 7 950-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Fotolardan aydın olur ki, çimərliklərdə heç bir sosial məsafə gözlənilməyib, karantin qaydalarına əməl edilməyib.
Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib:
“Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb.
Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub.
Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb.
Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır”.
Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir:
“İcra hakimiyyətinin tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur”.
BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur:
“Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin. İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur.
Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar.
İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər.
Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında “ASAN xidmət” könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin, əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar.
Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər”.