Tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı TƏKLİFLƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.

"Ölkə.Az" xəbər verir ki, beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil sisteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

1-ci ssenari  tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. 

2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini tutur.  Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsil alanlar kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır. 

Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Məqalədə məktəblərin qismən də olsa açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxara bilməsi bu ssenarinin əsas riskləri kimi qeyd olunur.

Təhsil Nazirliyi tərəfindən Teledərslər və Virtual Məktəb layihələrinin davam etdirilməsi məqsədəuyğun fəaliyyət olaraq vurğulanır. Belə ki, 11 mart 2020-ci il tarixindən etibarən ölkənin iki telekanalında əksər fənlər üzrə dərslərin yayımına başlanılan teledərslər qısa müddət ərzində təhsilalanlar üçün faydalı vasitəyə çevrilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə  təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari  üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:

Məktəbəqədər təhsil:

Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.

Məktəbəhazırlıq qruplarında (ümumi təhsil müəssisələrində) tədrisin təşkili.

Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilib.

Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Ümumi təhsil:

COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.

Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər.

Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.

Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.

Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.

Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.

Özəl ümumi təhsil müəssisələrinin fəaliyyəti

“Sarı” zonalarda özəl məktəblərin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən müəyyən edilən nümunəvi tədris planlarına uyğun həyata keçirilməlidir. Bu zonalarda uşaqların qidalanması və digər tədbirlərin həyata keçirilməsinə icazə verilə bilər.

“Narıncı” zonalarda uyğunlaşdırılmış tədris planına uyğun tədrisin təşkilinə icazə verilsə də, qidalanma, dərsdənkənar fəaliyyət və digər fəaliyyət növlərinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.

Peşə təhsili

Tədris məzmunu məsafədən (Virtual Məktəb və teledərslər vasitəsilə) çatdırılması, bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində baş tutması tövsiyə edilir.

Ali və orta ixtisas təhsili

Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində distant formada davam etdirilməsi təklif olunur. Distant təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə edilir.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təqdim etdiyi məqalənin tam mətni ilə burada tanış ola bilərsiniz.

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əlverişlidir.

Otellər bu qaydalarla işləyəcək
Otellər bundan sonra yeni qaydalarla işləyəcək.

Bu barədə AZTV-də xüsusi süjet hazırlanıb. Nazirlər Kabineti otellərin yeni fəaliyyət qaydasını təsdiqləyib.

Yeni qaydalara görə, mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, otelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.

Qaydalara əsasən, otelin işçiləri hər həftə COVİD-19 testindən keçməlidirlər. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.

80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Otellərin hər tərəfində dezinfeksiya ləvazimatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, otellərdə həmçinin fitnes və hovuzlar da olacaq.

“Otellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”, - deyə qurum rəsmisi bildirib.

Onlardan ödənişsiz istifadə ediləcək. Təması azaltmaq üçün qonaqlarla işçilərin e-mail, telefon və digər vasitələrlə ünsiyyətinə üstünlük veriləcək.

Ödənişlərə gəlincə, ödəmədə üstünlük nağdsız şəkilə veriləcək. Terminalların isə hər əməliyyatdan sonra dezinfeksiyası təmin ediləcək.

Daha ətraflı süjetdən tanış ola bilərsiniz.

“Azərbaycanda ikinci dalğa olmayacaq” — Tanınmış həkim 
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ qaranlıq tuneldə qəfil yanan işıq effekti verir. İnsanlar, nəhayət ki, sevinməyə başlayır və ağrılı-acılı günlərin geridə qaldığına ümid edirlər.

Mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri vəziyyətin tədricən düzələcəyini deyir, bəziləri isə payızda baş verəcək ikinci dalğadan danışırlar.

Tanınmış oftalmoloq Paşa Qəlbinur bu barədə “Sherg.az”a münasibət bildirərkən nikbin proqnoz verib: “Azərbaycanda ikinci dalğa olmayacaq. Buna coğrafi mövqeyimiz imkan verir. Əlbəttə, proqnozum səhv də ola bilər. Lakin mən falçı deyiləm, fikrimi elmi araşdırmalara, təcrübələrimə uyğun deyirəm. Hələ aylar əvvəl demişdim ki, koronavirusdan ən az əziyyət çəkən ölkə Azərbaycan olacaq. Proqnozumun özünü doğrultduğunu gördünüz. Payız üçün isə yaxşıya ümid edək”.
Sürücülərə XƏBƏRDARLIQ
Bakıda iki küçədə hərəkətin istiqamətində dəyişiklik edilib.

"Ölkə.Az" Xəzər TV-yə istinadən xəbər verir ki, Sabit Orucov və Mehdi Mehdizadə küçələri əsaslı təmir edildikdən sonra hər iki küçədə hərəkət birtərəfli olub.

Yolda bütün nişanların qoyulmasına baxmayaraq hələ də qaydalara əməl etməyən sürücülər var. Belə sürücülər də ərazidə xidmət aparan yol polisləri tərəfində cərimə edilirlər.

İndi ki, Mehdi Mehizadə küçəsi ilə hərəkət edən sürücülər Yusif Səfərov küçəsinədən keçməklə ordan birbaşa 28 may küçəsinə daxil ola biləcəklər.

Qeyd edək ki, 28 may metrostansiyasından gələn sürücülər də Sabit Orucov küçəsinə daxil olamaqla üzü Nobel prospektinə doğru hərəkət edə bilərlər.Atıq yolda işlərin 90 faizi yekunlaşıb və hər iki küçədə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün yol nişanları quraşıdırılıb.

Hətta küçə boyu kəsişmələrdə də qadağanedici nişanlar qoyulub ki,sürücülər daha aydın görsünlər. Amma hər iki küçədə hərəkət birtərəfli olsa da bəzi sürücülər yenə həmin istiqamətdə hərəkət edirlər. Ərazidə xidmət aparan yol polisləri belə sürücüləri cərimələyir.

Hər iki küçədə hazırda son tamamlanma işləri görülür. Yol cizgi xətləri çəklib və hazırda səki daşları vurulur.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov deyir ki, işlər tam yekunlaşdıqdan sonra Yusif Səfərovla, Sabit Orucov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində işıqforlar da quraşdırılacaq.

Gələn həftədən iri ticarət mərkəzləri açılır?

Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarla yanaşı iri ticarət mərkəzləri də açıla bilərmi?

Bununla bağlı KONKRET.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı onda heç bir məlumatın olmadığını bildirib:

“Harda necə davranılması ilə bağlı qaydalar var. Bu qaydalar bizim saytımızda və koronavirus.az saytında da var. İri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı bir söz deyə bilmərəm”.

Bu yolda xətlənmə işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində (hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

AAYDA-DAN verilən məlumata görə, sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Bu barədə elektron satınalmalar portalına istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Mərkəz 2020-ci ilin fevral ayında ofis yerinin icarəsi üçün tender elan edib. Avqustun 11-də açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək. R.Heydərova məxsus və Mərkəzin yerləşdiyi bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür. 

Təhsil naziri Rusiya səfiri ilə görüşdü

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Təhsil Nazirliyi xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 


 
Bu gün 20 minə yaxın abituriyent imtahan verəcək

Avqustun 13-14-də cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə, eləcə də I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.
İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar respublikanın 35 şəhər və rayonunda keçiriləcək.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Avqustun 13-də keçiriləcək imtahanlarda 19 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Xəbər lenti