|
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə eyni zamanda bütün ölkə üzrə dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunur. azsabah.com
Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.
Məlumata görə, həmin marşrut xətləri və istiqamətləri aşağıdakılardır:
7 A və 7B nömrəli marşrutlar
Z.Bünyadov pr.: Moskva pr. – 20 Yanvar dairəsi – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
67, 83, 92, 119 və 199 nömrəli marşrutlar
3-cü mikrorayon dairəsi: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
79 nömrəli marşrut
M.Əcəmi m.st: Tbilisi pr. – S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
165 və 211 nömrəli marşrutlar
Z.Bünyadov pr.: H.Zərdabi küç. – Qələbə dairəsi – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
M1 və M2 nömrəli marşrutlar
Müvəqqəti olaraq 3-cü mikrorayon dairəsinə qədər fəaliyyət göstərəcək.
92 nömrəli marşrut
M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
193 nömrəli marşrut
Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç. daha sonra öz xətti üzrə təşkil edilib.
165 nömrəli marşrut
A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi – Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə.
211 nömrəli marşrut
Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç. daha sonra öz xətti üzrə.
M4 nömrəli ekspress marşrut
20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç.
M7 nömrəli ekspress marşrut
İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. – Qələbə dairəsi daha sonra öz xətti üzrə. Yenicag.az
Bu haqda Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda məlumat verib.
"Hazırkı vəziyyətdə "bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq”. qaynarinfo
Bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bildirib.
"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, – deyə Ramin Bayramlı bildirib.
Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib. sfera.az
16 mayda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
“Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.
Bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib.
Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır: “Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”.
Nazir müavininin sözlərinə görə, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun Muxtar Respublikada yayılması nəzarətə götürülüb.
Z.Mustafayeva Muxtar Respublikanın səhiyyə müəssisələrində görülən işlər, profilaktik tədbirlər barədə geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar. (modern.az)
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər. Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Həmçinin, RPŞ-nin əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.
Kamran Əliyev baş prokuror seçiləndən sonra ilk islahatlara bəzi rayon prokurorlarını təqaüdə göndərməklə başladı. 6 rayonun prokurorunu, 1 ədliyyə generalını yaşla əlaqədar təqaüdə göndərdi. Əslində, yaşla əlaqədar prokurorluq sistemində çox prokurorlar təqaüdə göndərilməlidir.
Prokurorluq sistemində gedən islahatlarla bağlı 1993-1994-cü illərdə ölkənin baş prokuroru işləmiş Əli Ömərov “Yeni Sabah”a açıqlamasında Kamran Əliyev haqda danışıb: “Mən baş prokuror olanda Kamran Əliyev Rusiyadan mənə ərizə verdi ki, Azərbaycana gəlmək istəyirəm. Mən də onu qəbul elədim, gördüm savadlı oğlandı, hüquq elmlər namizədidir, əmrini verdim Azərbaycana prokurorluq sisteminə işə götürdüm. Həmçinin, Zakir Qaralovu o vaxt prokurorluq sistemindən qovmuşdular, mən onu yenidən bərpa elədim işinə”.
İşdən çıxarılan Xətai rayon prokuroru Yusif İldırımzadə və Nəsimi rayon prokuroru Salman Məmmədli barədə danışan Ə. Ömərov deyib ki, Yusif İldırımzadə savadlı mütəxəssis olub: “Gəncədə bir yerdə işləmişik. Salman müəllimi də tanıyıram, mənim vaxtımda da işləyib. İndi necə işləyib, nə təhər işləyib onu ondan yuxarı orqanlar bilər”.
Ə. Ömərov DTX-nın əməliyyat apardığı rayonlarda işləyən hüquq-mühafizə orqanlarının yarıtmaz fəaliyyəti haqda suala cavab olaraq bildirib ki, qanunu hamı yerinə yetirməlidir: “Vəssalam. İcra hakimi də, rayon prokuroru da, rayon polis şöbəsinin rəisi də hamısı qanunlara əməl eləməlidir. Onların işləyib-işləməməyini camaat yaxşı görür. Mən nə deyə bilərəm. Rayon prokurorları camaatın şikayətləri barədə tədbir görə bilməyiblərsə, özlərindən yuxarı prokurora göndərməli idilər ki, mənə belə şikayət olunub səlahiyyətim çatmır və bacarmıram, xahiş edirəm bir tədbir görəsiniz”.
“Karantin günlərində hərəkətdə məhdudiyyətlərin tətbiqi havadakı zərərli qaz və tullantıların həcminin azalmasına səbəb olub”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında bildirilib.
“Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, Yeni İl tətili günlərində Bakı şəhərinin havasında karbon monoksidin həcmi 40% azalıbsa, karantin rejimində bu azalma 60% təşkil edib. Metan qazının yeni ildə 30% olan həcmi, karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib”.
Mayın 4-ü paytaxtın Ələsgər Ələkbərov küçəsində yol hərəkəti qaydasını pozan sürücü digər avtomobilin sürücüsünə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, 99-TK-063 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü qapını açıb avtomobildən düşən zaman arxadan gələn sürücüyə təhlükə yaradıb. Videonu qeydə alan sürücü maneədən yayınaraq qəzanın qarşısını alıb.
Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, "nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır".
Sürücülərə tövsiyə edirik ki, avtomobilin qapısını açmamışdan öncə arxanı göstərən güzgü ilə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olmadığına əmin olsunlar.