Səhiyyə naziri Oqtay Şirəliyevdən koronavirusla
"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".

Azərbaycanda bu şəxslərə işləmədəyi üçün 250 manat verilir
Peşə hazırlığına cəlb olunmuş, lakin pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranmış 520 nəfər işsiz və işaxataran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

Ümumilikdə bu ilin əvvəlindən Nazirlik yanında Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib. Onlardan pandemiya ilə əlaqədar 520 müdavimin peşə hazırlığında fasilə yaranıb.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Xidmət tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 tibb işçisinə, 2 372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

"Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2. Təcili tibbi yardım xidməti göstərən 4 967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

SƏRT KARANTİN QAYIDIR?
"Qonşu Türkiyədə belə bir təcrübə var ki, həftəsonu xüsusi rejim tətbiq olunur. Ramazan bayramında Azərbaycanda rejim necə olacaq, hələlik bunu bilmirik, müzakirə olunur”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bayram günlərində tətbiq oluna biləcək xüsusi rejimi şərh edərkən bildirib.

Onun sözlərinə görə, qərarlar statistikaya əsaslanır:

"Ramazan bayramında rejimin necə olacağı ictimiayyətə bildiriləcək. Ola bilər ki, bəzi qaydalar tətbiq edilsin. Müvəqqəti olaraq bəzi sərtləşmələr olsun. İş günləri başlayandan sonra bunlar aradan qaldırıla bilər. Hər şey görəcəyimiz dinamikadan asılıdır. Biz addım-addım yumşalmağa gedirik. Görsək ki, rəqəmlər idarə olunacaq səviyyədədir, o zaman heç bir problem olmayacaq. Gözlənilmədən ciddi artım olsa, məcburən məhdudiyyətlərə gedəcəyik”. sfera.az

İşsiz vətəndaşlar iyunda 190 manat ala biləcək?
Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib. Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.

Qazet.az-ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir.

"Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir", - deyə Fazil Talıbov bildirir.

190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.

"Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir", - nazirliyin sözçüsü qeyd edib. demokrat.az

Karantinin yumşaldılmasından sonra Bakı metrosu
Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar bir aydan çox müddətdə fəaliyyətini dayandırmış Bakı metrosu mayın 9-dan yenidən sərnişinlərin istifadəsinə verildi.

Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.

Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.

Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar bir aydan çox müddətdə fəaliyyətini dayandırmış Bakı metrosu mayın 9-dan yenidən sərnişinlərin istifadəsinə verildi.

Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.

Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.

Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:

 

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxmanın yenicə artmağa başladığı mart ayında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın çoxaldığı vaxtda niyə yumşaldılır?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib:

“Bununla da başqa ölkələrlə müqayisədə yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Bu müddətdə ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub”.

Hökumət rəsmisinin sözlərinə görə, ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb:

“Koronavirusla bağlı situasiyanı idarə etmək üçün təşkilati təcrübə artıb, əhalidə özünüqoruma vərdişləri və təcrübəsi yaranıb”.

İ.Məmmədov qeyd edib ki, bütün dünya karantin rejimindən çıxma mərhələsinə qədəm qoyub:

“Belə bir maddi-texniki, təcrübə və biliklər bazasını daha da genişləndirmək və onun üzərində karantin rejimindən tədricən çıxmaq imkanları yaranıb.

Bununla belə, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanılır və vətəndaşlarımızın yüksək məsuliyyət nümayiş etdirməsinə də inamımız var. Karantin rejimi dövründə vətəndaşlarımızın əksəriyyətinin yüksək  məsuliyyət nümayiş etdirməsi buna əsas verir.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara müraciətlərində vətəndaşlara situasiyaya məsuliyyətli yanaşmağa dair çağırış edilib. Vətəndaşlar da indiyə qədər dövlət başçısının bütün çağırışlarına həmrəylik nümayiş etdirməklə cavab veriblər”.

Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir?
Azərbaycanda həbs olunan məmurların topladığı var-dövlət hər kəsi heyrətə gətirəcək qədər çoxdur. Ötən ildən başlayaraq həbs olunan icra başçılarının gizli kamera ilə çəkilmiş "fəaliyyətlərindən” aydın olur ki, onlar bir həftə ərzində 200-300 min manat arası qanunsuz var-dövlət əldə edə bilirlər. Təsadüfi deyil ki, hətta hazırda vəzifədə olan icra başçılarının da xaricdə milyonlarla dollarlıq əmlak və biznesi üzə çıxır.

Həbs olunan məmurların xalq və dövlətdən soyub taladıqları sərvətin bir qismi müsadirə olunaraq dövlətə qaytarılır. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən çıxan 5 milyon dollardan yuxarı vəsait göstərir ki, orta ranqlı bir məmurdan dövlət nəfinə on milyonlarla manat vəsaiti geri almaq mümkündür. Bəs bu vəsaitlər, müsadirə olunan əmlaklar dövlət nəfinə necə alınır?

 "Yeni Müsavat” qəzeti bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğuya verilən cavabda çox maraqlı məlumatlar açıqlanır. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən cavaba görə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən. məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.

Bu vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir və büdcənin hansı maddəsində əks olunur?

Bununla bağlı qeyd olunur ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin əmlaklarının müsadirə edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir.

Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.

Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.

Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür:

"Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci "Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.

Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə

- 2015-ci ildə - 6 milyon 777 min manat
- 2016-cı ildə - 2 milyon 785 min manat
- 2017-ci ildə - 605 min manat
- 2018-ci ildə - 9 milyon 144 min manat
- 2019-ci ildə - 14 milyon 720 min manat daxil olub.

Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.

Yeri gəlmişkən, son 5 ilə dair rəqəmlər böyük ehtimalla "MTN işi”, "Rabitə İşi” və "Beynəlxalq Bank işi” üzrə müsadirə olunmuş əmlak və vəsaitləri əks etdirir.

Sürücülərə XƏBƏRDARLIQ
“Xatırladım ki, martın 21-dən aprelin 30-dək olan aralıqda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının az olmasını nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulmasına görə inzibati tənbeh tədbiri görülmüşdü. Mayın 1-dən yumşaldılmalar sayəsində artan nəqliyyat axını fonunda məlum qayda pozuntularının ictimai nəqliyyatın hərəkətinə xüsusi ilə çətinlik yaratdığından cərimə tətbiqinə başlanıldı”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə qeyd edib.

Məsələ ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğludan gələn şikayət üzərinə açıqlama verən mətbuat katibi bildirib ki, dayanacaqda “parkovşik” adlanan şəxslərin vətəndaşlardan pul alması məsələsi ilə bağlı BNA dəfələrlə KİV və sosial media vasitəsilə mövqeyini bildirib: “Bir daha bildirim ki, o şəxslərin fəaliyyəti qanunsuzdur. Şəhərimizdə küçə parklanmasına görə tariflər hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu səbəbdən də parklanma yerlərindən istifadə ödənişsizdir. Bu barədə sürücülərin yerində məlumatlandırılması məqsədi ilə parklanma nişanlarının altında məlumat lövhəsi də qoyulub.

Həmçinin, qeyd etdiyiniz kimi BNA tərəfindən müvafiq qurumlara da bu barədə müraciət olunub.

Sürücülərimizə səslənərək bildirirəm ki, qanunla icazə verilən yerlərdə və qaydada avtomobilinizi park edərkən kimlərəsə vəsait ödəməyin. Eyni zamanda, bu şəxslərin sözünə güvənib qadağan olunan yerlərdə və qaydada avtomobilinizi park etməyin”.

Bulvarda bu xidmətlər bərpa olunmadı
Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, adları çəkilən qurğuların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb: "Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.

Xəbər lenti