Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər

"Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur".
Baku.ws xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: "Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.

Bu günlərdə yoluxma sayları 200-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər".

Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti yeni tədris ilindən məktəblər açılacağı təqdirdə təhsil müəssisələrində əməyin təhlükəsizliyinin hansı qaydalar əsasında təmin edilməsinin vacibliyini açıqlayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-ə bildirilib ki, dərslərin başlanılması ilə bağlı qərar verilərsə, insanlar arasında məsafənin saxlanılması qaydasına riayət olunmalıdır.

Gigiyena qaydalarına əməl olunması da vacib şərtlərdəndir, iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin yetərli sayda olması şərtdir.

İş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. nəzarətdə saxlanılmalı məsələlərdəndir:

"Həmçinin qeyd edək ki, işə cəlb olunmuş bütün işçilərin (müəllim və digər işçi heyətin) pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması rəhbərlik qarşısında əsas məsələlərdən biri olmalıdır.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun (qeyd olunan məsələdə "məktəb - işçi heyət - valideyn - uşaq dialoqu") əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir".

Yürüş gecəsindən sonra həbs olunanlarla bağlı daha bir

“14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

İstintaq zamanı lentə alınan videoda Fuad Qəhrəmanlı, Seymur Əhmədov və digər AXCP üzvləri yer alıb.  

Polad Həşimovun adı verilən küçə ilə bağlı

Qəbələ Rayon İcra Hakimiyyəti şəhid general-mayor Polad Həşimovun adı verilən küçə ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib:

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə məlumatlar əsassızdır. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. 

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır. 

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”. 

Nazirlər Kabinetinin "İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə" qərarına görə,  İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

Həmçinin "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda da dəyişiklik edilib.

                    Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.

Şəhid polkovnik İlqar Mirzəyevin barelyefi hazırlanır

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.
Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünə ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.

Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan gənc heykəltəraşın vətənpərvərlik hisləri ilə ərsəyə bu işlər heç də ilk deyil. Daha əvvəl - 2012-ci ildə şəhid Mübariz İbrahimovun kompazisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın partret heykəlinin, Səməndar Rzayevin büstünün də müəllifidir.

Abşeron dairəvi dəmir yolu xətti üzrə ən çox sərnişin fevralda daşınıb - RƏSMİ

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar karantin rejiminin şərtlərinə uyğun müəyyənləşdirilmiş qrafiklə işləyir. Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşınıb:

"Bakı-Pirşağı-Sumqayıt istiqamətində fevral ayı ərzində 89 mindən çox, Bakı-Xırdalan- Sumqayıt istiqamətində isə 243 mindən artıq sərnişin hərəkət edib. Ümumiyyətlə, qurum olaraq sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini daima diqqətdə saxlayırıq. Odur ki, mayın 4-dən və 18-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişinlərin sayında artım müşahidə edildi. Bunu nəzərə alaraq, pandemiya dövrünün tələblərinə əməl olunmasını təmin etmək məqsədilə xətdə qatar sayı artırıldı. İyunun 5-dən də sərnişin sıxlığı nəzərə alınaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırıldı və qrafik dəyişildi. Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən qatarların sayı azaldıldı və qrafik yeniləndi".
QSC-dən əlavə ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində iyun ayı ərzində daşınan sərnişin sayı 43 mindən çox olub. Bakı-Xırdalan-Sumqayıt istiqamətində isə iyun ayı ərzində 66 mindən artıq sərnişin xidmətdən istifadə edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 31-dək uzadılması ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq. (Trend)

İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir
Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün Qazax rayon icra hakimiyyəti yeni ev tikdirir.

Bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, tikinti başa çatmaq üzrədir: "Gözəl əməldir, Namiqin ailəsi adından minnətdaram". 

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi
Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 100-dən çox şəxsin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Bu barədə AZƏRTAC-a ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib.

O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib.

Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyyə edilib və onlar da heç bir xəsarət almayıb.

Karantində məhkəmələrə bu işlərə baxmağa icazə verildi

Ali Məhkəmə avqustun 5-dən 31-dək ölkə üzrə məhkəmələrin fəaliyyətinin tənzimlənməsi barədə qərar verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2020-ci il 05 avqust saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax  şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyə edilib ki:

1. Ali Məhkəmədə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması davam etdirilsin.

2. Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:

2.1 Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

2.2 Cinayət işləri üzrə - 2 nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

2.3 İnzibati xətalara dair bütün kateqoriya işlərə;  

2.4 İnzibati mübahisələr üzrə  - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

2.5 Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.

3. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər  Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

4. Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

5. Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

Xəbər lenti