“Ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov belə təkliflə çıxış edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır.

“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”, – deyə V.Bayramov məlumat verib.

Ünvanlı sosial yardımın müəyyənləşdirildiyi müddət bir ildir. Deputat isə bu müddətin iki ilə qədər uzadılmasını təklif edib:

“Yəni, aztəminatlı ailəyə bir illik sosial yardım müəyyənləşir. Həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda zaman uzadılsın və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun”.

Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir. Həmin dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edəcək. Təkliflər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsinə hesablanıb.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub. (oxu.az)

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri Mehman Talıbov vəfat edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, 60-65 yaşlarında olan şəxs ötən gün dünyasını dəyişib. 

Allah rəhmət eləsin!

Karantin rejimi nə vaxt bitəcək?
Son iki gündə postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Hətta sosial şəbəkələrdə karantin rejiminin bitdiyi ilə bağlı iddialar da irəli sürülür.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov Sonxeber.az-a açıqlamasına karantin rejiminin hələ davam etdiyini bildirib: "Azərbaycanda karantin rejiminin nə zaman bitəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Hər şey yoluxanların artma və azalma dinamikasından asılıdır. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".

İcra başçısı bahalı maşınlarını təcili satdı
Bu gördüyünüz təmtəraqlı ev Lənkəran rayonunun icra başçısı Taleh Qaraşova məxsusdur. Xətai rayonunda Həzi Aslanov qəsəbəsində yerləşir. Bu villanın qonşuluğunda başçının bacısına məxsus başqa bir villa da yerləşir.

 Bizimyol.info saytı yazır ki, son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər. 

Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.

Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib. İcra başçısı bahalı maşınlarını təcili satdı – Taksiyə keçdi  İcra başçısı bahalı maşınlarını təcili satdı – Taksiyə keçdi

Azərbaycanın baş infeksionistindən
Azərbaycanın karantin rejimindən tamamilə çıxması və karantin rejiminin yumşaldılması vətəndaşların koronavirus infeksiyasından qorunması ilə bağlı tətbiq edilən qaydalara ciddi riayət etməsindən asılıdır.

 Bunu “Ölkə.Az”a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, tövsiyyələrə əməl etmək çox vacibdir.

“Çünki hələ də virusa yoluxma halları qeydə alınır. Virusa yoluxma halları minimum həddə enməlidir ki, daha geniş karantin rejimindən çıxma tədbirləri həyata keçirilsin. Daha çox sahələrdə iş yerləri fəaliyyətlərini bərpa etsin. Biz də istəyirik ki, yoluxma halı olmasın və karantin rejimi ləğv edilsin. Həyat yenidən öz məcrasına dönsün. Ona görə də gözləmək lazım deyil ki, epidemiya öz-özünə qurtaracaq. Bunu biz insanlar həll edəcək. Biz də ancaq qaydalara və tövsiyyələrə ciddi əməl etməklə koronavirusa qalib gələ bilərik. Dövlət və dövlət qurumları üzərlərinə düşən tədbirləri həyata keçirir, qalır vətəndaşın ona riayət etməsi”, - deyə baş infeksionist bildirib.

İkinci dalğa ilə bağlı məsələyə aydınlıq gətirən baş infeksionist onu da eyd edib ki, ikinci dalğa gözlənilmir:

“Epidemiyanın dalğavari enib-qalxma kimi özünəməxsus xüsusiyyəti var. Azərbaycanda ümumiyyətlə epidemiyanın pik həddi olmayıb. İnşallah da gözlənilmir. Bununla belə insanlarımızda səhlənkarlıqlar var. Məsələyə dırnaqarası yanaşma var. Hesab edirlər ki, onlar ya yoluxa bilməz və yaxud da orqanizmləri tab gətirə bilər. Ola bilsin virus bir insana təsir etməyə bilər və heç özü hiss etməz ki, o koronavirusa yoluxub. Amma başqasına zərər verib, ona ötürə bilər ki, həmin insan üçünsə xoşagəlməz nəticəyə gətirib çıxara bilər. Odur ki, məsələyə qlobal yanaşmalı və təkcə özümüzü düşünməməliyik. O baxımdan da qaydalara nə qədər ciddi riayət etsək, bir o qədər vəziyyətdən tez çıxacağıq. Havaların qızması da koronavirusun aradan getməsinə öz müsbət təsirini göstərəcək. Virusa qalib gəlmək ehtimalımız daha yüksəkdir”, - C.İsayev bildirib.

O qeyd edib ki, yoluxma halları minimuma enərsə, yaxın günlərdə karantin rejimində daha ciddi yumşalmaların şahidi ola bilərik: “Daha çox məüssisələrin, fəaliyyət sahələrinin fəaliyyətini bərpasının şahidi olarıq. Bir daha qeyd edirəm ki, bu bizdən asılıdır”.

Müəllimlərin çoxdan gözlədiyi QƏRAR
Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli 1016 nömrəli Fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olunub.

MİDA-dan verilən məlumata görə, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək.

Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
• ibtidai ümumtəhsil məktəbi;
• ümumi orta ümumtəhsil məktəbi;
• tam orta ümumtəhsil məktəbi;
• lisey;
• gimnaziya;
• ümumtəhsil internat məktəbi;
• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
• xüsusi məktəb;
• xüsusi internat məktəbi;
• inteqrasiya təlimli internat tipli gimnaziya;
• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
• digər məktəblər.

Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 735 nəfərə çatdı
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1735 nəfər müalicə olunaraq sağalmış, 33 nəfər vəfat etmiş, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ehsan Zahidovdan saytlarda yayılan məlumatla bağlı AÇIQLAMA
“Qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə yayılan məlumatla bağlı açıqlama verib. DİN-dən Yol-xeber.az-a verilən məlumata görə, xidmət rəisi bildirib: “Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb.

Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.

Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.

 

Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”.

Tərtər polisi koronavirusa qarşı mübarizə tədbirləri aparır - FOTO
Vətəndaşlara tibbi maskalar paylanılır

Ölkəmizdə bütün şəhər və rayonlarında olduğu kimi Tərtərdə də vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və onların sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyyələr verilir. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.

 

Siyəzəndə polis sürücülərə tibbi maska paylayıb - FOTO
Polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı və gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara 2 metr sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.

Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsindəki vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə profilaktiki tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılır.

Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər.

 

Xəbər lenti