|
"Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar".
Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib.
Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir: "Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb. Mayın 9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi. Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın".
Onun sözlərinə görə, metroda karantin qaydalarının əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır." Vaqonun içində sosial məsafəyə əməl edilir".
E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-u saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər" əsasında yeni qaydalar hazırlayıb.
Qaydalar daşıyıcı şirkətlər, sürücülər və sərnişinlər üçün nəzərdə tutulub.
Bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özünüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərsiniz.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
“Bütün Respublika üzrə Dövlət yol polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər hansı nəqliyyat vasitəsinin sahibinin hərəkət etmək icazəsi varsa, istər icazə portalında onun haqqında məlumatın yerləşdirilməsi, istrərsə də digər xidməti fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilirsə, həmin şəxslərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti karantin rejimi dövrünə təsadüf edirsə, onlar rahatlıqla gedib texniki baxışdan keçə bilərlər.
Eləcə də digər rayonlarda da, sərbəst hərəkətlə bağlı məhdudiyyət qaldırılmış ərazilərdə də yaşayan nəqliyyat vasitələrinin sürücüləri də rahatlıqla nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər”.
Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb.
Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Lakin karantin rejimi ilə əlaqədar hərəkətə xüsusi icazə alınmalı olan ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarında yaşayan şəxslərin nəqliyyat vasitələrini texniki baxşıdan keçirmələri üçün, onlar nəzərə almalıdırlar ki, bu ərazidə yerləşən qeydiyyat, imtahan və texniki baxış şöbələri faəliyyət göstərir. Və bir avtomobilin həmin proseduru keçməsi üçün maksimum 15-20 dəqiqə tələb olunur. Yəni istənilən şəxs bu müddəti nəzərə almaqla, avtomobilini texniki baxışdan keçirə bilər”.
Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək.
Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.
Qeyd edək ki, texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur.

Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir: "Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər. Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər.
Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır. Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək. Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır.
Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb. Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.
“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.
Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərimə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə edilə bilər.
“Növbəti həftədə koronovirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zalların və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq”- deyə, sədr əlavə edib. (publika.az)
TASS-ın məlumatına görə, məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.
Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb.
Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir.
Oxu.az məlumatına görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.
Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.
“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, - deyə V.Bayramov əlavə edib.
Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.
“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.
Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə sərnişindaşıma sahəsindəki vəziyyətə ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması, həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə istər profilaktiki, istərsə də reyd xarakterli tədbirlər davam etdirilir. Yol-xeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən sərnişindaşıma ilə məşğul olan iri və kiçiktutumlu nəqliyyat vasitələri saxlanılmaqla karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılıb. Karantin qaydalarını pozanlar barəsində inzibati qaydada protokollar tərtib edilib. Marşrutlarda sərnişin sıxlığı hallarına çox rast gəlinməsə də, sərnişinlərin bir çoxunun maskadan istifadə etmədiyi üzə çıxıb. Həmin sərnişinlərə polis əməkdaşları tərəfindən maskalar paylanıb. Reyd zamanı eyni zamanda 2 nəfərdən artıq sərnişin daşıyan taksi sürücüləri də aşkarlanıb. Onlara da karantin qaydalarını pozduqları izah olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Ümumilikdə isə indiyə qədər Lənkəranda yol patrul xidməti əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozan 440-dan artıq şəxs barəsində protokol tərtib edilib.