Polis Balakəndə vətəndaşlara sanitar rejimin tələblərini izah edib - FOTO

Asayiş keşikçiləri tərəfindən maskadan istifadə etməyənlərə tibbi maska paylanılıb

Balakəndə də vətəndaşların sağlamlığının qorunması, sanitar rejimin tələblərinə riayət edilməsi məqsədilə Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, maddi yardımın verilməsi ilə bağlı rayonda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah olunub, sosial məsafənin qorunması tələb edilib. Həmçinin, Polis Şöbəsinin əməkdaşları tərəfindən maskadan istifadə etməyənlərə tibbi maska paylanılıb.

 

Yol polisi avtobuslarda təbliğat aparıb maska payladı - VİDEO - FOTO
Əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq paytaxt Bakıda, o cümlədən Abşeron rayonu və Sumqayıt şəhərində Dövlət Yol Polisi ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət edib-etmədiyini yoxlayır."

Bunu Yol-xeber.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həm Saray qəsəbəsi ərazisində yerləşən postda, həm də Ekoloji Nəzarət Bölüyünün xidmət ərazisində olan postda avtobuslar saxlanılaraq sərnişinlər yoxlanılır. "Maskasız hərəkət edən sərnişinlərə bu dəfə tibbi maskalar paylansa da növbəti dəfə onların maskasız hərəkət etmələrinə icazə verilməyəcəyi barədə xəbərdarlıq olunur. Bildirilir ki, tələb olunan sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı və ictimai nəqliyyatda tibbi maskadan mütləq şəkildə istifadə edilməlidir."
Şöbə rəisi bildirib ki, bu tədbirlər karantin müddətində gündəlik olaraq davam etdiriləcək. "Əsas məqsəd əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınmasıdır."

 

Texniki baxışa görə cərimə yazılmayacaq
Karantin rejimi müddətində də nəqliyyat vasitələrinə texniki baxış həyata keçirilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Texniki baxışa gətirilən avtomobillərin sürücüləri məntəqəyə daxil olaraq, ara məsafəsini gözləməklə, maşınlarını müayinədən keçirə bilərlər.

Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər

“Bayram günləri və həftəsonlarında sərt karantin rejiminin tətbiq edilməsi operativ qərargaha təklif edilə bilər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, insanların sosial məsafəni qorumasını, maska taxmasını yaxından izləyəcəklər:

“Səyyar maska satışına başlanılıb. Metrolarda apteklərdə də satılır. İş yerləri açıldıqca maska qıtlığı yarana bilər. Evdə parçalardan maskalar hazırlamaq mümkündür”. /oxu.az

Bu şəxslər sosial yardım ala biləcəklər
Krediti olan ailələr də ünvanlı sosial yardım ala biləcəklər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Babək Hüseynov bildirib ki, ünvanlı sosial yardım sistemi üzrə 3 istiqamətdə islahatların aparılması nəzərdə tutulub.

Qanunda digər bir dəyişiklik isə ünvanlı sosial yardımın təyinolunma müddətinin azaldılması ilə bağlıdır. Qanun layihəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən isə, bu müddət 2 il idi.

Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsi nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakı metrosunda ara məsafəsi belə tənzimlənəcək
“Bakı metrosunda sərnişinlərin bir oturacaqdan bir oturması nəzərdə tutulur”.

Oxu.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qatarda sərnişinlərin yalnız oturacaqların sayına görə oturmasını tənzimləmək mümkün deyil:

“Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün bir oturacaqdan bir əyləşməsi nəzərdə tutulub. Ayaq üstdə gedən sərnişinlər üçün də xüsusi işarələr quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik”.

Azərbaycanda ilk dəfə onlayn məhkəmə keçirildi

Dünya ölkələri pandemiya şəraitində vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək, ədalət mühakiməsini dayandırmamaq məqsədilə müxtəlif həll yolları axtarır. Çünki, yeni işlərin daxil olması və icraatda olan müraciətlərə baxılmaması, onsuz da işi ağır olan məhkəmələrin daha da yüklənməsinə gətirib çıxarır. Vəziyyətdən çıxış yolu kimi elektron texnologiyaların tətbiqi yenə köməyə çatır.

Ölkəmizdə də ilk dəfə olaraq bu vasitələrin köməkliyi ilə onlayn məhkəmə prosesi keçirilib. Bu zaman məhkəmə fəaliyyətinin xüsusiyyəti, proses iştirakçılarının fərdi məlumatlarının qorunmasına xüsusi diqqət yetirilib.

Onlayn prosesdə təqsirləndirilən şəxsin dedikləri audio və video yazı formasında birbaşa protokola köçürülür. İştirakçılar razılıqları əsasında əvvəlcədən təyin olunmuş vaxtda prosesə məhkəmə tərəfindən göndərilmiş elektron keçid üzərindən kompüter və ya mobil telefon vasitəsilə qoşula bilirlər. Bunun üçün “Elektron məhkəmə” informasiya sistemində xüsusi proqram modulu işlənib istifadəyə verilib.

Yenilik vətəndaşın işini asanlaşdırmaqla yanaşı, həm də iqtisadi baxımdan da səmərəlidir. Bunun nəticəsində şəffaflıq təmin olunur, məhkəmə prosesləri vaxtında və daha çevik üsulla həyata keçirilir. Bu səbəbdən onlayn məhkəmə prosesi pandemiyadan sonrakı dövrdə də geniş istifadə edilə bilər. oxu.az

Dünya ölkələri pandemiya şəraitində vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək, ədalət mühakiməsini dayandırmamaq məqsədilə müxtəlif həll yolları axtarır. Çünki, yeni işlərin daxil olması və icraatda olan müraciətlərə baxılmaması, onsuz da işi ağır olan məhkəmələrin daha da yüklənməsinə gətirib çıxarır. Vəziyyətdən çıxış yolu kimi elektron texnologiyaların tətbiqi yenə köməyə çatır.

Ölkəmizdə də ilk dəfə olaraq bu vasitələrin köməkliyi ilə onlayn məhkəmə prosesi keçirilib. Bu zaman məhkəmə fəaliyyətinin xüsusiyyəti, proses iştirakçılarının fərdi məlumatlarının qorunmasına xüsusi diqqət yetirilib.

Onlayn prosesdə təqsirləndirilən şəxsin dedikləri audio və video yazı formasında birbaşa protokola köçürülür. İştirakçılar razılıqları əsasında əvvəlcədən təyin olunmuş vaxtda prosesə məhkəmə tərəfindən göndərilmiş elektron keçid üzərindən kompüter və ya mobil telefon vasitəsilə qoşula bilirlər. Bunun üçün “Elektron məhkəmə” informasiya sistemində xüsusi proqram modulu işlənib istifadəyə verilib.

Yenilik vətəndaşın işini asanlaşdırmaqla yanaşı, həm də iqtisadi baxımdan da səmərəlidir. Bunun nəticəsində şəffaflıq təmin olunur, məhkəmə prosesləri vaxtında və daha çevik üsulla həyata keçirilir. Bu səbəbdən onlayn məhkəmə prosesi pandemiyadan sonrakı dövrdə də geniş istifadə edilə bilər. oxu.az

 
Qusar polisi sakinlərə tibbi maska payladı
Qusar polisi sakinlərə tibbi maska paylayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır, rejim qaydaları barədə məlumatlar verilir.

Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sosial məsafənin qorunmasının zəruriliyi barədə məlumatlar verilir, onlara tibbi maska paylanılır.

DİQQƏT: 190 manat üçün yenidən belə müraciət edilməlidir
Koronavirusla bağlı 190 manat birdəfəlik yardım üçün imtina cavabı alanlar yenidən qeydiyyatdan keçə bilər.

Onlar bunun üçün  yerli məşğulluq idarələrinə, həmçinin e-mail vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, imtina ilə bağlı narazılığı olan hər bir vətəndaşın müraciətinə cavab göndəriləcək:

"Həmin vətəndaşların şikayətlərinə 15 iş günü ərzində cavab verilir. Lakin təkrar yoxlanma tələb olunarsa, bu müddət uzadıla da bilər. Vətəndaşlar müraciət ediblərsə, mütləq onlara cavab gələcək".

Qeyd edək ki, aşağıdakı videoda yenidən müraciət edəcəyiniz elektron ünvanlar göstərilib. redaktor.az

Sabahın havası
Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 9-da gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq

Xəbər lenti