Milli Məclisdə Şuşanın 28 illik işğalı qeyd olundu

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün həm kədərli, həm də əlamətdar hadisələr təsadüfən bir gündə keçirilib. “Bu gün Azərbaycanın  mədəniyyət paytaxtı Şuşanın işğalında 28 il keçir. Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı həyata keçirilən  hərbi təcavüzün tərkib hissəsidir.  Qarabağın mərkəzi şəhəri olan Şuşanı işğal etməklə erməni şovinistləri Azərbaycan böyük bir bölgəsində etnik təmizləmə siyasətini başa çatdırmış oldular”- spiker bildirib.

 S. Qafarova onu da bildirib ki, ölkə başçısının yürütdüyü siyasət nəticəsində  işğal altında olan torpaqlarımızı və Şuşa da işğaldan azad olunacaq.

 Bununla da Şuşanın işğaldan azad olunmasını qələbə  kimi qeyd eədcəyik. 

Daha sonra deputatlar Şuşa uğrunda şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Həbsdəki icra başçılarının ortaq cəhətləri: ordenlər, pulsuz ...
“Həbs edilən məmurların harada saxlanması maddənin ağırlığından asılıdır”.

Bu fikri “Yeni Müsavat”a hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi. Onun sözlərinə görə, həbs olunan icra başçılarının hansı təcridxanada saxlanılmasını istintaq müəyyən edəcək:

“Onlar elə bilirdilər ki, sadə adamları çapıb-talayacaqlar, istədiklərini edəcəklər, özlərinə mal-mülk alacaqlar və belə də davam edəcək. Ancaq bu həbslər göstərdi ki, əyalətlərdəki özbaşınalıqlara son qoyulacaq. Həmin məmurlar da bizim kimi sıravi adamlardır, sadəcə, dövlət rəhbərliyi onlara etibar etmişdi, idarəçiliyi tapşırmışdı, amma qiymətləndirmədilər, sui-istifadə etdilər, insanları narazı saldılar”.

S.Qocamanlı qeyd etdi ki, həbs edilən icra başçılarının Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında, yoxsa Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılması onlara qarşı irəli sürülən ittihamlardan, maddələrdən asılı olacaq:

“Hələlik onları Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlayırlar. Məsələ burasındadır ki, həbs edilən vəzifəli şəxslər çoxdur. Sadəcə, onlara qarşı irəli sürülən ittihamlara əsasən kimisi Kürdəxanı təcridxanasında saxlanılır, kimisi DTX-də...”

Hüquq müdafiəçisi bildirdi ki, bölgələrdə həbslərin olacağını çoxu gözləyirdi: “Çünki əyalətlərdən şikayətlər çox idi. Prezidentə məktublar yazırdılar, mətbuatda şikayətlər çox idi, insanlar yerli idarəçilikdən narazılıq edirdilər.

Ona görə aparılan bu “təmizləmə”lər gələcəyə olan pozitiv siqnaldır. Məmurlara göstərmək lazımdır ki, siz “kiçik padşah”lar deyilsiniz, millət üçün işləməlisiniz, təkcə övladlarınızı, varidatınızı düşünməməlisiniz.

Ona görə son dövrlərdə nə qədər vəzifəli şəxs işdən çıxarıldı, yeni təyinatlar oldu. Bütün bunlar müsbət haldır, insanlar da pozitiv qarşılayırlar. Çox istərdim ki, boşalan kreslolara da xalqın dərdini çəkən kadrlar gətirilsin. Eyni zamanda digərləri “gözü çıxmış qardaş”dan nəticə çıxarmalıdırlar. İstənilən halda bu həbslər yerli idarəetmə sistemində dəyişikliklərə səbəb olacaq".

Qeyd edək ki, son 5 ayda beş icra başçısı həbs olunub. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının rəhbərləri rüşvət və korrupsiya faktı ilə kabinetlərində qandallanıblar.

Prezident İlham Əliyev çıxışlarında daim məmurların xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayıb. İcra başçılarının həbsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

Adıçəkilən olaylarda həbs edilən icra başçıları ilə bağlı məqamda məhz bu iki amil qırmızı xətlə keçib. Belə görünür ki, proses İmişli ilə yekunlaşmaya bilər. Qarşıdakı günlərdə hansı rayon rəhbərinin həbs olunacağı maraqla gözlənilir.

Parka giriş qadağan olunsa da...

Məlum olduğu kimi, martın 29-dan ölkə ərazisində insanların sıxlığını tənzimləmək məqsədilə bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb.

Qafqazinfo” xəbər verir ki, cari ayın 4-dən etibarən bölgələrdə bu qadağalar ləğv olunsa da, paytaxtda hələ də parklara giriş-çıxışda məhdudiyyətlər var.

Mərkəzdə yerləşən parklara nəzər saldıqda qadağalara əməl olunduğunu görsək də, binaların həyətyanı sahəsində yerləşən istirahət guşələrində məhdudiyyətlərə əməl edilmədiyinin şahidi oluruq.

Belə məkanlardan birində - “Neftçilər” metrosunun yaxınlığında lentə aldığımız kadrlardan göründüyü kimi, vətəndaşlar uşaqları bağlı olan, lentlərlə əhatələnmiş həyətyanı parka oynamağa aparır, sosial məsafə qaydalarını ciddi şəkildə pozurlar.

Sözügedən kadrları təqdim edirik:

Polis həyəcan təbili çalır
Son günlər Bakıda polis nəzarəti daha da gücləndirilib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.

“Karantin rejimi bir neçə sahədə yumşaldılıb və bir sıra obyektlərin açılışına icazə verildi. Təbii olaraq polisin də sayı ikiqat artmalıdır. Tutaq ki, bərbərxana və gözəllik salonlarında çox insanın toplaşmaması üçün polis nəzarət edir. Polis nəzarəti gücləndirib ki, insan sıxlığı yaranmasın, sosial məsafə gözlənilsin, açılan məntəqələrdə qayda pozuntularına yol verilməsin”, - deyə məlumatda vurğulanıb.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xahiş edir ki, hər kəs özünün polisi olsun: “Hər bir vətəndaş məsuliyyətli olmalı, həmrəylik göstərməlidir. Bu, ümumdövlət tələbidir. Yəni bütün məsuliyyət həkim və polisin üzərində qalmamalıdır. Hər kəs özünü səngərdəki əsgər kimi göstərməlidir, hədəfdən yayına bilməlidir.

Əslində hər şey inzibati yollarla tənzimlənməməlidir. Xüsusi karantin rejimində ümumi tələblər var, hamı ona əməl etməlidir. Dəfələrlə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB rəsmiləri əhaliyə tövsiyə ediblər ki, qoruyucu və gigiyenik vasitələrdən istifadə etsinlər. Dövlət də buna xüsusi qayğı göstərir.

Polis gecə-gündüz ölümün tuşunda xidmət aparır. Bildiyiniz kimi, həkim və polislər arasında koronavirusa yoluxanlar var. Hər kəs bundan ibrət götürməlidir. Vətəndaş məsuliyyətli olmalıdır”.

SMS icazə sistemi ilə bağlı VACİB XƏBƏR
“Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin”.

Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:

“Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir”.

Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər. (qaynarinfo.az)

Mayın 9-da metro açılır?
"Mayın 9-da metronun açılmas ilə bağlı bizə rəsmi şəkildə heç bir məlumat daxil olmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mayın 9-da metronun açılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb:

"Heç bir qərar gəlməyib. Amma sonda metronun aşılması ilə bağlı qərarı Operativ qərargah verir. Biz hər həftə hazlrlıq komandası veririk, işçilərin hazırlığı yoxlanılır, daxildə hazırlaşırıq. Metro bir az mürəkkəb nəqliyyat növüdür. Onun öz hazırlıq mexanizmi var”. 

Bəxtiyar Məmmədovun bildirdiyinə görə, metronun nə vaxt açılacağına dair rəsmi olaraq, bu ana kimi "Bakı metropoliten”inə hər hansı məlumat daxil olmayıb.

Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır?
Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında - iyun, iyul aylarında da karantin rejiminda qalacağı deməkdir?

Suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev  koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

"Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejiminda qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək". / Milli.az

Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxıb.

Unikal.org məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə  Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.

Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək
"Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:

"Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq".

Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

Bakıda bu işçilərin maaşı 20 faizdən çox artıb
2020-ci ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz artaraq 958,0 manat təşkil edib.

 Trend xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında isə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz azalaraq 1 milyard 224,3 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizini təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında isə paytaxtda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz azalaraq 187,8 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 104,4 milyon manat olub.

Xəbər lenti