|
APA məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.
Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.
"Koronavirusinfo.az" saytı məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Onlayn satışlara üstünlük verilməlidir;
• Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;
• Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;
• Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır;
• Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;
• Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;
• İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.
"Yol-xeber.az"“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.
Odur ki, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq.
Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq ediləcək.
Xatırladaq ki, elektrik qatarlarının Abşeron dairəvi dəmir yolu xətti üzrə hazırkı qrafiklə hərəkəti davam edəcək. Məqsəd karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkilidir.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Unikal.org məlumatına görə, O.Şirəliyevin müvafiq əmri ilə, N.Xəlilov yeni yaradılan Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (kemiş Respublika Taun Əleyhinə Stansiya) direktoru təyin olunub.
Qeyd edək ki, Respublika Taun Əleyhinə Stansiya sabiq direktoru Tahir Vəliyev hazırda Azərbaycan Tibb Universitetinin (ATU) ümumi işlər üzrə prorektorudur.
Bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.
Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər... Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək. (Oxu.Az)
Azərbaycan prezidenti İlham Əliyevin yeni Baş prokurorla bağlı təqdimatını Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib. Ə.Vəliyev bildirib ki, Prezident yeni Baş prokuror postuna Kamran Əliyevi təqdim edib. O deyib ki, K. Əliyevin prokurorluq orqanlarında fəaliyyəti yüksək qiymətləndirərək ona belə bir yüksək etimad göstərilib.
Məsələ ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində prokurorluqda geniş islahatlar həyata keçirilib və gənc hüquqşünaslar işə qəbul edilib.
“Bu müddət ərzində 902 gənc hüquqşünas prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Bu gün prokurorluğun 70 faizi gənc kadrlardan ibarət olsa da, peşəkardırlar. Ümumiyyətlə, prokurorluq uğurlu fəaliyyət göstərir və bu fəaliyyətdə K.Əliyevin də rolu olub. Əminəm ki, K. Əliyev ona göstərilən etimadı doğruldacaq”-Ə.Hüseynli bildirib.
Məsələ səsə qoyularaq qəbul edilib.