|
Bakıda xüsusi karantin rejiminin pozulmasına görə, 18687 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bakının Suraxanı rayonunda toyuq oğurladığına görə iki qardaş tutulub.
Oxu.az” xəbər verir ki, əməliyyat Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat zamanı aprelin 9-da axşam saatlarında 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan tutulub.
Onlar Yeni Suraxanı ərazisində saxlanılıblar. Onları paytaxt sakini Könül Əhmədovanın şikayəti əsasında tutublar.
Qadın şikayətində bildirib ki, həyətində saxladığı səkkiz toyuq və iki ördək oğurlanıb. Eyni zamanda həmin ərazidə Firdovsiyə məxsus həyətdən 6 toyuq oğurlanıb.
Saxlanılan qardaşlar törətdikləri əməli etiraf ediblər. Həmçinin araşdırmalar zamanı qardaşların 2019-cu ilin dekabrın 31-də evlərdən toyuq oğurladığı da məlum olub.
Saxlanılanların erməni əsilli olması məlum olub. O da müəyyənləşib ki, Rövşən azərbaycanlı qadınla evlənib və onun soyadını götürüb. Bir müddət sonra o həyat yoldaşından ayrılsa da, onun soyadında qalıb.
Faktla bağlı araşdırma aparılır.
Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil:
“Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.
İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: “Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsilini bitirə bilsinlər”.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib:
“Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul etdi.
Belə ki, Azərbaycanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
1.1. ünvanlı dövlət sosial yardımı alanlar;
1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar.
Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar”.
Müşavir qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 40 milyon AZN vəsait ayrılacaq:
“Onu da qeyd edim ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir”.
Bununla İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməsi nəzərdə tutulub. Məcəlləyə ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub və parlamentin növbəti pelnar iclaslarında müzakirəyə çıxarılacaq.
Təklif edilən dəyişikliyə əsasən iqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır (20 min manatdan 50 min manata). Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir.
Bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib.
Mustafa Abbasbəylinin sözlərinə görə, hətta şöbə müdirinin həyat yoldaşı və digər ailə üzvləri adına birdəfəlik ödəmə almaq üçün müraciət etdiyi üzə çıxıb.
Dövlət rəsmisi bəyan edib ki, belə hadisələr digər ehtiyacı olan insanların hüquqlarını pozur. oxu24.com
DİN-dən bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
Bir daha diqqətə çatdıraq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan bu xidmətdən sui-istifadə hallarına yol verməmələri tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real TV”nin efirində deyib.
O bidlirib ki, bu heç də asan mexanizm deyil:
“SMS üzərində qurulan sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi vasitəsilə onun ilk dəfə, yoxsa təkrar göndərildiyini müəyyən edə bilir. İlk günlər çağrı mərkəzimizə çoxsaylı zənglər gəlirdi. İlk olaraq SMS-lərin cavablandırılması üçün təxminən bir saata qədər vaxt nəzərdə tutmuşduq. Bəzi şəxslərdə cavab SMS-i bir qədər gecikə bilirdi. Amma bir dəqiqə ərzində cavablandırılan SMS-lərin sayı daha çox olub.
Qeyd edim ki, aprelin 5-dən bu günə qədər bir dəqiqə ərzində cavablandırılan SMS-lərin ümumi sayı 91 faizdir. Bu kifayət qədər ciddi rəqəmdir. Toplam iki dəqiqə ərzində cavablandırılan SMS-lər ümumi cavablandırılan SMS-lərin 97 faizinə bərabər olub”.
F.Cəfərli günün müəyyən saatlarında sistemin müəyyən qədər yükləndiyini də qeyd edib:
“Aprelin 5-dən bu günə qədər olan dinamikaya nəzər salsaq, günün müxtəlif saatlarında sistemdə yüklənmələrin olduğunu da demək lazımdır. Bu, əsasən, səhər saat 10:00-dan-12:00-a, 14:00-dan-17:00-a, eyni zamanda axşam saat 19:00-dan 21:00-a qədər olan bir dövrü əhatə edirdi. Bu da insanların hərəkət intensivliyi ilə, işə gediş-gəliş saatları ilə əlaqəli olub. Həmin dövrlərdə müraciətlərin sayı 1,1 milyona qədər qalxmışdı. Artıq son günlərdə müraciətlərin sayı xeyli azalıb. Dünən üçün qeydə alınan statistikaya görə, müraciətlərin sayı 880 minə yaxın olub. Həmin müraciətlərin təxminən 80 faizinə (710 minə yaxın müraciətə) müsbət cavab verilib.
İcazələrlə bağlı qeyd etdiyim rəqəmlər ümumi olaraq bütün respublika ərazisini əhatə edir. Lakin təbii olaraq, onların təxminən 50 faizi Bakının payına düşür. Bu rəqəmlər Azərbaycan üçün yaxşı göstəricidir. Vətəndaşlar ilk günlərlə müqayisədə son dövrlərdə evdə qalmağa daha çox üstünlük verirlər. Bu da çox yaxşı haldır”.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları;
- yaşa görə sosial müavinət alanlar.
Sənədlə bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilib.
Qeyd olunub ki, Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidirlər.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir.
Maliyyə Nazirliyi Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etməlidir.