|
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, respublika ərazisində internetin təchizatında problem yaranmasının səbəbi beynəlxalq şəbəkəni ölkəyə nəql edən kommersiya provayderi ilə bağlıdır:
“Ölkə ərazisində COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkətlər işlərini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, geniş zolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir.
Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirir. Göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral internet xətlərinə də daim nəzarət edilir. Nazirlik tərəfindən ölkə ərazisində internetlə təminat davamlı şəkildə həyata keçirilir”.
Qafqazinfo” xəbər verir ki, çatdırılma xidməti ödənişsizdir.
Bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.
Vətəndaşlar müvafiq rüsum və sənədlərin hazırlanması üçün xidmət haqqını Hökumət Ödəniş Portalı (https://gpp.az) və ya ödəmə terminalları vasitəsilə həyata keçirə bilərlər.
Report xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Sənəddə deyilir ki, hazırda Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5% azalma deməkdir.
Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişikliklərdən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5% azalma deməkdir.
Qafqazinfo xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri 8103 SMS icazə xidməti ilə bağlı da statistikanı açıqlayıb:
"8103 SMS icazə xidmətinə gəlincə, indiyədək vətəndaşlar tərəfindən 16 milyon SMS göndərilib. Onlardan 72 faizinə müsbət cavab verilib. Ən çox istifadə olunan 2 kodudur. Bu da gün ərzində bir dəfə olmaqla iki saatlıq icazədir. Bu günə qədər, 2,8 milyon vətəndaşımız bu xidmətdən istifadə edib. Gün ərzində orta hesabla sistem 1 milyona yaxın SMS qəbul edir. Gələn SMS-lərin 17-18 faizinə neqativ cavab verilir. Bu isə SMS-i təkrar göndərilməsi və formata uyğun olmamasıyla əlaqədardır".
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri bildirib ki, təşkilatlar icazəni portala daxil etdiklərində və ya icazə dayandırılanda bəzən bununla bağlı əməkdaşlarına ya məlumat vermirdilər, ya da bunu unudurdular. Bu isə əlavə problemlərə gətirib çıxarırdı. F.Cəfərov problemin aradan qaldırılması üçün yeni xidmətin yaradıldığını açıqlayıb:
"Belə olan halda həmin əməkdaşlar icazəsinin olmadığını polis postlarında öyrənirdi və cərimlənirdi. Bu olmasın deyə, icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb. Sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlar vasitəsiylə oxudulmasıyla vətəndaşların daha sürətli şəkildə postları keçməsi təmin olunacaq. Bu, sabahdan qüvvəyə minəcək. My.gov.az-a artıq bildirişlər daxil olub, vətəndaşlar bunu görə bilərlər".
Pravda.az xəbər verir ki, N.Bağırov bir neçə gün öncə karantin qaydalarını pozaraq bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Məlumatda qeyd olunub ki, mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur. N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.
İsmayıllı RİH-dən məsələyə münasibət bildirilməyib.
Qeyd: Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə növbəti dəfə xəbərdarlıq edib. BNA-dan Yol-xeber.az-a verilən məlumata görə, sərnişinlərə sosial məsafə ilə bağlı müraciət edilib.
Müraciətdə deyilir: “Dayanacaqda gözləyərkən və avtobusa minərkən lütfən sosial məsafənizi qoruyaraq növbəlilik prinsipinə əməl edin. Bu, sizin və ətrafınızdakıların sağlamlığı üçün önəmlidir. Xahiş edirik, zəruri olmadan səyahət etməyin”.
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən Yol-xeber.az-a verilən xəbərə görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Avtomobilinə Azərbaycanın bayrağını bağlayıb hərəkət edən sürücünün görüntüsü redaksiyamıza göndərilib. Avtosfer.az xəbər verir ki, 10-MX-402 qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sürücüsü bayrağı avtomobilin damına bağlayaraq paytaxtın Neftçilər prospektində hərəkət edib. Bayraq avtomobilin qeydiyyat nişanının üzərini bağlayaraq onu görünməz edib. Bu cür hərəkət etmək isə qanunvericiliyə zidd sayılır.
Bu xətanın cəriməsi isə nə az nə çox 500 manatdan 800 manata kimidir.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı hər zaman köməyə və qayğıya ehtiyacı olan insanların da yanında olmağa çalışır. Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, idarə əməkdaşları ümumilikdə 150 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yasamal rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Polis əməkdaşları həmçinin baş çəkdikləri ailələrdə bir daha maarifləndirici söhbətlər apararaq onlara karantin rejim qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar veriblər.