|
Oxu.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Xəzər TV-nin efirində bildirib ki, xüsusi karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var.
"Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə post var ki, onlar da hazırda fəaliyyət göstərir. Əsas etibarilə paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət edən postlardır. Lakin Bakı şəhərində bu postların müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən asılı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır".
"Hələlik quraşdırılan postların ləğv edilməsinə zərurət yoxdur. Gün ərzində yalnız nəqliyyat vasitələrinin sürücüləri tərəfindən 2000 qayda pozuntusu halı aşkarlanırsa, postların ləğvi tezdir.
Postlardan əlavə, DYP-nin əməkdaşları hərəkətdə olan istənilən nəqliyyat vasitələrini saxlayıb avtomobildəki sürücünü və sərnişini yoxlaya bilər", - şöbə rəisi qeyd edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyliyə müraciət etdik.
“Ölkə.Az”a açıqlamasında millət vəkili İsa Həbibbəyli Azərbaycan Prezidentinin karantin müddətinin uzadılması ilə bağlı verdiyi qərarı dəstəklədiyini və bunun vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığının müdafiəsi naminə atılan addım kimi dəyərləndirib.
Tədrislə bağlı məsələyə gəldikdə isə İ.Həbibbəyli deyib ki, Təhsil Nazirliyi bütün imkanlardan istifadə edərək qısa zamanda onlayn tədris proqramını tətbiq etməklə tədrisi həyata keçirməyə başlayıb. “Artıq onlayn, distant tədris prosesi geniş tətbiq edildiyindən tədris proqramında gecikmə olmayıb. Hesab edirəm ki, tədris ilini qısa müddət artırmaqla tədris proqramını sıxlaşdırılmış qrafiklə başa çatdırmaq olar.
Bununla da boşluq aradan qaldırıla bilər. Mən belə düşünrəm, ancaq rəsmi qərar necə olacaq deyə bilmirəm. Amma tədris müddətini vaxtı uzadıla bilər”- deputat deyib.
Deputat bildirib ki, vaxtdan səmərəli istifadə etməklə vəziyyətdən çıxmaq mümkün olacaq.
Mayın 4-dən sonra tədrisin başlanıb, başlanmayacağına gəldikdə deputat bildirib ki, bildiyiniz kimi təhsil müəssisələrində insan sıxlığı olduğundan koronavirusa yoluxma halları qeydə alına bilər: “Koronavirus infeksiyasina yoluxma halın yenidən təkrarlanmasın deyə, mərhələli qaydada tədrisən tədrisi bərpa etmək olar”.
Ali təhsil ocaqlarında yay imtahanları ilə bağlı məsələyə gəldikdə İ. Həbibbəyli Dövlət İmtahan Mərkəzi imtahanların vaxtının uzadılması ilə bağlı məlumat verib: “Bu da təbii reallıqdır. Çünki insanların kütləvi şəkildə bir yerə toplaşması koronavirus pandemiyasının yayılmasına şərait yarada bilər. Düşünürəm ki, qısa müddətdə koronavirus bitəcək və imtahanlar təşkil olunacaq. Sözsüz ki, test sualları bir neçə ay əvvəl hazırlanır. Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər. Amma yenə də düşünürəm ki, koronavirus qısa zamanda bitəcək və bunlara ehtiyac qalmayacaq”.
Bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib.
"Müdafiə nazirinin tapşırığına əsasən, ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq. Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır", - nazirlikdən bildirilib.
Daxil olan fətvada deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcəkdir. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:
Möhtərəm qardaş və bacılarımız! Builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz və dünya birliyi böyük səylə çalışır, bütün mümkün qoruma və müalicə tədbirləri həyata keçirilir.
Belə bir mürəkkəb zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi misilsiz tədbirlərə dəstəyimizi ifadə edir, vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.
Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təalanın hökmü belədir: "...(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” (Bəqərə,185). Oruc ibadətini hökm edən Mərhəmətli və Rəhim Allah müqəddəs ayeyi-şərifdə buyurur ki, xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, saglam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər. Uca Allah sizin üçün asanlıq istəyir.
Builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir. Necə ki Allahın Peyğəmbəri (s) "Bu ayda ən yaxşı əməl nədir?" sualına cavab olaraq buyurdu: "Bu ayda ən yaxşı əməl, özünü Allahın qadağan etdiklərindən daha çox çəkindirməkdir."
Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Həzrət Əli Əleyhissəlam buyurmuşdur: «Əgər bəla sizi Allaha yaxınlaşdırarsa nemət, uzaqlaşdırarsa cəzadır». Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.
Ramazan günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edib, xəstələrin şəfa tapmasını diləyirik. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür. Dövlətin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu çətin günlərdə atdıqları addımlar, çıxış və müraciətləri, səmimi münasibət və diqqətləri xalqımıza, millətimizə böyük dəstək, dayaqdır və bizi sabit sabaha ümidləndirir. Azərbaycan dindarları adından dövlət rəhbərliyinə fədakar fəaliyyətinə görə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik! Belə bir mürəkkəb dövrdə gecə-gündüz yorulmadan çalışan Azərbaycan hökumətinin əməyini yüksək dəyərləndirir, zəhməti keçən dövlət, ictimaiyyət xadimlərinə minnətdarlığımızı bildirir, fəaliyyətlərində uğurlar diləyirik. Xəstəliklə mübarizənin ön cəbhəsində vuruşan Azərbaycan həkimlərinin və onların yardımçılarının fədakar zəhmətlərinə xalqımız böyük dəyər verir. Onların bu dövrdə fəaliyyət və mücadilələri əsl qəhrəmanlıq təcəssümüdür. Biz din xadimləri, öz növbəmizdə, bu ağır dövrdə xalqımızın yanında olub, şəriətin buyurduğu şəkildə dini vəzifələrimizi yerinə yetirir, məkrli mərəzdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, xəstələrin tezliklə şəfa tapmaları üçün dualar edirik. Hər bir dərdin dərmanı olduğu kimi, bu bəlanın da çarəsi vardır. Uca Yaradanımıza dualar edirik ki, dünya alimləri tezliklə bu xəstəliyin dərmanını tapsınlar və dünya bu bəladan xilas olsun, inşallah!
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi bu mübarək ayın gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Hazırki vəziyyətdə təqvimlərin kağız formatında yayılmasının çətinliyini nəzərə alaraq, İdarəmizin saytında yerləşdirilmiş təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.
İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcəkdir. Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir. Azərbaycan dövlətinin Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu günlər təqvimdə bayram günü kimi qeyd edilir. Uca Allahın köməyi ilə, mübarək bayram günlərinədək xəstəlik fəsadları aradan qalxar, inşallah! Bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı sizləri əlavə məlumatlandıracağıq.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, həmçinin xəstəlik səbəbi ilə vəfat edənlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. Duaların qəbul olunduğu mübarək Ramazan ayında ən böyük duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızı, dünyanı virus təhlükəsindən xilas etsin, bizləri bu mərəzdən hifz etsin!
Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!".
Bununla bağlı sonxeber.az-a danışan Fazil Mustafa bildirib ki, bu barədə tələsməyə ehtiyac yoxdur: "Mayın 4-dən sonra bəlli olacaq ki, vəziyyət necədir. Bu məsələdə uzunmüddətli strateji qərarlar qəbul olunmur. Qəbul olunması da yalnışdır. Çünki müəyyən dərəcə problemlər yarada bilər. Bu təkcə bizdən asılı olan məsələ deyil. Yəni, biz özümüz qəbul edib, qapalı mühitdə biz bunu həll edək. Söhbət xarici ölkələrdə olan vəziyyətdən gedir. Ona görə də bizim bu məsələdə tələsməyimizə ehtiyac yoxdur. Mayın 4-də ola bilsin ki, karantin rejim yumşaldılaraq nisbətən müəyyən sahələrin fəaliyyətinə icazə verilə bilər. Epidemiya riski olan nəqliyyat ola bilər ki, eyni vəziyyətdə fəaliyyətini davam etdirəcək. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur. İndidən nəyisə söyləmək düzgün olmaz. Rayon sakinlərinin Bakıya buraxılması məsələsi barəsində nəsə söyləmək tezdir. Mayın 4-də yoluxan, sağalan və ölənlərin sayında qaneedici nəticələr olarasa rayondan vətəndaşların Bakıya gəlişinə icazə veriləcək".
Aprelin 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin uzadılmasına qərar verib.
Belə ki, ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.
Bu baxımdan, xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.
"Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir", - deyə məlumatda bildirilib.
Həmçinin xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İranla və Gürcüstanla dövlət sərhədlərinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Qərarda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.
2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.
3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.
5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.