“Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”.

Bu fikirləri Qazet.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun üçün də xarici ölkə təcrübəsi tez bir zamanda öyrənilməli və Azərbaycanda da tətbiq edilməlidir.

“Təbii ki, dənizdə də sıxlıq olacaqsa, məsafə gözlənilməyəcəksə, çətin olacaq. Dəniz kənarında oturarkən bunu gözləyəcəyiksə, bu zaman dənizə getmək təhlükə təşkil etmir. Dəniz suyunda viruslar çox qısa müddət qala bilir. Demək olar ki, yoluxdurma təhlükəsi olmur. Gərək bunun üçün mexanizm işlənib hazırlansın. Məsələn, Türkiyədə qeyd edilib necə və hansı məsafə saxlanılmalıdır”, – deyə Cəlal İsayev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar çimərliklərdən istifadə qadağandır.

“Koronavirusa qarşı istifadə edilən favipravir qara bazarda 5000 manata satılır”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bu barədə statusu ön cəhbədə vuruşan həkimlərin ünvanladığı məktublar əsasında hazırladığını deyib.
Ekspertin sözlərinə görə, koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarıyır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar.
“Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (Arbidol, Kalitra, Erqferon və Tamiflu ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar “Remdesvir” və “Favipiravir”dir. “Remdesvir”in dünyadakı 3 aylıq anbarını ABŞ alıb, “Favipiravir” isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır.
Həkimlərdən aldığım məlumata görə, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənədfüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsal başlanan “Favipravir” alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı.
Ön cəhbədə gözəgörünməz virusla “vuruşan” digər həkimin məlumatına görə, koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir”.
Ekspert qeyd edib ki, ərizə yazaraq işdən ayrılan həkimlərin sayı artır. Çünki, indiyədək 10-dan çoxu vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub, ən pisi odur ki, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə başqalarından ağır keçirirlər. “Onlardan biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra durumu ağırlaşan ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir. Cavid həkimə də şəfa diləyirəm”. /medicina.az/

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.

COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.

Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.

Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:

“Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”. (trend)

Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha sonra onlara cərimə yazılır.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır.

Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb.

Sərnişinlərin nəzərinə!

Son  2-3 gün ərzində aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib. 

Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

“Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”

“Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir”. 

Bu sözləri “Qafqazinfo”ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib. Bildirib ki, iyun ayının 19-da “Lor Hospital”da həyat yoldaşı və 5 yaşlı qızı ilə birlikdə COVİD-19 testi verib. Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilsə də, 12 gün sonra neqativ olduğu söylənilib:

“Özümüzdə koronavirusun simptomlarını müşahidə etdiyimiz üçün ailəvi olaraq test verdik. Daha sonra nəticəmizlə bağlı xəstəxana ilə əlaqə saxlayanda bildirildi ki, cavab pozitiv olduğundan mesaj göndərilmir və nəticələr e-təbib-ə yüklənəcək. 

103-ə zəng vurduq və onlar da ev şəraitində qalmağımızı, nəfəs darlığı problemimiz olmadığı üçün xəstəxanaya aparılmayacağımızı söylədilər. Biz də ev şəraitində müalicə olunduq, vitamin C, D və hər ehtimal antibiotiklər qəbul etdik. Ərimə sistem vuruldu. 12 gün sonra yaxşılaşdığımız üçün adımızın e-təbib-də sistemdən silinməsi üçün yenidən müraciət etdik. Sistemdə həyat yoldaşımın adı çıxdı, bizim çıxmadı. Yenidən “Lor Hospital”la əlaqə saxladığımız zaman bizə qızımla mənim nəticələrimizin neqativ olduğu bildirildi. Ancaq başda deyilmişdi ki, cavab neqativ olduğu təqdirdə bizə SMS gələcək, pozitiv olduğu təqdirdə isə sistemə adımız əlavə olunacaq. Heç biri edilmədi”.

S. Qəmbərova xəstəxananın nəticələri TƏBİB-in sisteminə səhv təqdim etdiyi üçün, sonradan onların özünə də neqativ göstərildiyini iddia edir:

“Üçümüzə də cavabın pozitiv olduğu deyildiyindən biz bu müddət ərzində eyni evdə qalmışıq. Qızımda da, məndə də eyni simptomlar olub, ikimizin də hərarəti yüksək idi. Necə olur ki, yoldaşımda pozitiv, bizdə neqativ olur? Bir ana kimi övladım üçün mənəvi stress keçirmişəm. İndi deyirlər ki, virusa yoluxmayıb. Poliklinikadan da bizə bildirildi ki, haqqımızda onlara hər hansı məlumat verilməyib. Bu səbəbdən bizimlə maraqlanan olmayıb. 100 manat verib test etdirdik, nəticəsi də belə”.

Klinikanın icraçı direktoru Arif Cəbrayılov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məlumat yanlışdır və şikayətçi ilə qızının nəticələri TƏBİB-in bazasına neqativ olaraq yerləşdirilib:

“Neqativ olması ilə bağlı nəticələri hazırdır, gəlib götürə də bilər. Yanlış informasiyadır”.

Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdə koronavirus aşkarlanıb.

Report xəbər verir ki, xəbər verir ki, bu barədə onun tanışları məlumat yayıb.

Qeyd edilir ki, onda virusa yoluxma bir neçə gün əvvəl baş verib. C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-nün koronavirusa yoluxduğu açıqlanıb.

Sənədsiz evlər dövlət təhlükəsizliyinə problemdir - Günahkarlar nə vaxt cavab verəcəklərBir neçə gün öncə, 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edilib.

Əraziyə şirkətin qəza-bərpa briqadası cəlb edilsə də, baxış zamanı boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib.

Boru kəmərinə cəmi 1-2 metr məsafədə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə həyətyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakuumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Qeyd edək ki, son illərədək torpaqlar vətəndaşlar tərəfindən zəbt edilir, həmin ərazilərdə fərdi yaşayış evləri tikilirdi. Həmin dövrdə evlərin tikilməsi ilə maraqlanan xüsusi qurum da yox idi. Yəni, sahə müvəkkilinə "görüm-baxım" edib, ev tikmək mümkün idi. Və bu üsulla tikənlər də çox idi. Dəmiryollarının kənarında, neft-qaz borularının yaxınlığında, su xəttlərinin üzərində, yüksək elektrik xəttləri keçən ərazilər zəbt edilir və qanunsuz evlər tikilirdi.

Elə bu səbəbdəndir ki, bu gün ölkədə 500 mindən çox qanunsuz tikili var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu tikililər sənədsiz olmaqla yanaşı həmin evlərin inşası zamanı tikinti normativləri ciddi şəkildə pozulub.

"Yaşayış massivlərində həyətyanı sahələr tükəndikcə vətəndaşlar digər ərazilərdə evlər inşa edərək öz mənzil problemlərini həll etməyə calışırlar" - deyən ekspert vurğulayıb ki, son illər salınmış yaşayış massivləri neft şirkətinin ərazilərində, vulkanik ərazilərdə dağların ətəyində, yüksək cərəyanlı elektrik naqillərinin altında, qaz və su borularının tam yaxınlığında inşa olunub.

Onun sözlərinə görə, belə ərazilərdə tikinti işlərinin aparılması qadağan edilsə də, belə tikililərin sayı bu gün də artmaqdadır.

Ekspert bildirir ki, tikinüti işlərinin aparılması qadağan olunmuş ərazilərdə inşa olunmuş əksər mənzillərin sahiblərində qanuni, yaxud qeyri-qanuni müxtəlif sənədlər var.

"Nə qədər acınacaqlı olsa da, belə ərazilərdə tikilmiş evlərin mütləq nəsə bir sənədi olur. Bələdiyyə sərəncamı, texniki pasport və s. Reallıq budur ki, istənilən ərazidə hər hansı bir tikinti aparılan zaman ərazi üzrə aidiyyəti olan bütün rəsmi qurumların tikintidən xəbəri olur. Yəni, vətəndaş qanunları özü təkbaşına pozmur", - deyə ekspert bildirib.

Mütəxəssis qeyd edir ki, şəhərsalma və tikinti qanunvericiliyində dəfələrlə tikinti normativlərinin qorunması barədə xəbərdarlıqlar qeyd olunub: "Qaz, su, işıq və digər təhlükəli ola bilən nə varsa qanunvericiliyə uyğun ara məsafələri qorunub saxlanılmalıdır. Hazırda on minlərlə fərdi həyət evləri var ki, onların inşası zamanı həmin normativlərə əməl olunmayıb. Bu səbəbdən də gələcəkdə həmin evlərin sənədləşdirilməsi müşkül məsələyə çevriləcək. Bir-birinə yaxın məsafədə tikilmiş evlərin arasından keçən qaz borularında, yaxud üzərlərindən keçən yüksək cərəyanlı elektrik naqillərində hər hansısa bir qəza baş verərsə, bunun qarşısını almaq çox çətin olacaq. İnsan tələfatı qaçılmaz olacaq".

Ekspert vulkanik ərazilərdə tikilən evlər barədə də danışıb.

O vurğulayıb ki, həmin evlər təhlükəlidir: "Təsəvvür edin, bir gün həmin vulkan püskürsə, nə qədər evə zərər dəyəcək. Bundan başqa, əgər bir gün həmin ərazilərdən vətəndaşların köçürülməsinə qərar verilsə, dövlət büdcəsinə zərər dəyəcək".

Reallıq isə budur ki, bu gün paytaxtın rayonlarında tikinti normativləri pozularaq yüzlərlə ev tikilir.

Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərsalma və tikinti qanunvericiliyinə görə, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir: "Bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Həmçinin Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Yəni qeyd olunan ərazilərdə tikinti aparmaq qanunla qadağandır".

Mütəxəssislər hesab edirlər ki, qeyri-qanuni tikintilərin qarşısının alınmasında ərazi üzrə dövlət qurumlarının birbaşa rolu var. Belə ki, vətəndaş tikintiyə başladığı zaman bununla bağlı bütün qurumların məlumatı olur.

Tikinti işlərinə başlayarkən vətəndaşların sənədlərinin qanuniliyi yoxlanılmalı, ərazinin təhlükəsizliyi nəzərə alınıb, sonradan tikintiyə icazə verilməlidir.

Bəzən vətəndaşlar müxtəlif yollarla sahibləndikləri torpaqlara sənəd ala bilirlər. Bu isə müvafiq qurumların əməkdaşları tərəfindən həyata keçirilir. Sonradan isə mühafizə olunan əraziyə zərər dəyəndə və yaxud vətəndaşa zərər dəyəndə anlaşılmazlıq yaranır.

Bütün buna baxmayaraq, dövlət vətəndaş üçün güzəşt edir. Bəzi qeyri-qanuni tikilmiş fərdi evlərə sənəd verilir və yaxud vətəndaşlar ərazidən köçürülən zaman onlara kompensasiya ödənilir.

Məsələn, "Şanxay" adlanan ərazidə dəmir yolunun kənarında evi olmuş yüzlərlə vətəndaş kompensasiya verilərək köçürüldü.
 
Похожие статьи:
 
Bir neçə gün öncə, 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edilib.

“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY
Bakıda “Leyla Medical Center / keçmiş Leyla Şıxlinskaya Klinikası”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

“Saqlamheyat.az” xəbər verir ki, vətəndaş sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi pozitiv çıxıb.

Lakin özündə heç bir əlamət hiss etməyən şəxs yenidən başqa inanılır klinikada test verib cavab neqativ çıxıb. Bu boyda böyük səhvə görə cavab verilməlidir…

Şikayəti və analiz cavablarını oldiğu kimi təqdim edirik…

Qarşı tərəfin fikirlərini də dəqc etməyə hazırıq…

“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY
“Tək günlərdə dərslərə 1, 3, 5, 7, 9, 11-ci sinif, cüt günlərdə isə 2, 4, 6, 8, 10-cu sinif şagirdləri gəlməlidirlər” - ÇIXIŞ YOLU
Pandemiyanın sürətlə yayılması problemi hələ gündəmdə olsa da, artıq dünyanın əksər ölkələrində yeni tədris ilinə hazırlıq gedir. Qardaş Türkiyə avqustun 31-də dərslərə başlanacağını açıqlayıb. Bir çox ölkələrdə distant təhsil proqramları hazırlanıb. Azərbaycanda isə hələ ki bu sahədə bir hərəkətlilik yoxdur. Valideynlər də məktəb yaşlı uşaqların dərs hazırlığı ilə bağlı qeyri-müəyyənlik içindədir. Distant təhsilin tətbiqi ilə bağlı müzakirələr getsə də, qanunvericilik bazası və maddi-texniki baza mövcud olmadığından qısa müddətdə həyata keçirilməsi real görünmür.

Bəs görəsən, Azərbaycanda yeni dərs ili hansı formatda başlayacaq? Valideynlər virusa yoluxma baxımından narahat olarsa, hansı hallarda övladlarını məktəbə göndərməkdən imtina edə bilərlər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycan bu məsələdə gecikir: “Dünyanın bir çox ölkələri yeni tədris ilinin başlanması ilə bağlı qərar qəbul edib. Koronavirusun ikinci, üçüncü dalğası daim gündəmdə olsa da, artıq dünya ölkələri mövcud pandemiya şəraitində yaşamağın və qorunmağın qaydalarını müəyyənləşdiriblər. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə ötən aylar ərzində heç bir plan yoxdur. Bu da kifayət qədər çox sayda insanı öz ətrafında birləşdirən təhsil cameəsi barədə narahatlıq yaradır. Bu gün valideynlər çox narahatdırlar. Təkcə 1-ci sinfə gedəcək 165 min uşağın valideyni narahatdır ki, onların övladlarının tədris ili necə olacaq”.

Ekspertin sözlərinə görə, digər siniflərdə və ya kurslarda təhsil alanları müəyyən qədər məsafədən distant təhsilə cəlb etmək mümkün olsa da, ibtidai siniflərə, ilk dəfə birinci sinfə gedəcək uşaqlara bunun tətbiq edilməsi mümkün deyil: “Çünki məsafədən təhsilin həyata keçirilməsi üçün ən azından uşaqlarda vərdişlər, bacarıqlar olmalıdır. Yazma və oxuma qabiliyyəti olmalıdır. Birinci sinfə başlayacaq uşaqların yazıb-oxuması mümkün olmayacağına görə ciddi problemlər qaçılmazdır. Orta ümumtəhsil məktəbləri və ali məktəblər yeni tədris ilində dərsə başlamalıdır. Mən gözləyirəm ki, sentyabr ayında Azərbaycanda dərslər başlanacaq. Bu artıq realdır. Çünki ölkə başçısı tərəfindən çoxlu sayda modul tipli xəstəxanalar tikilib, yoluxma sayından asılı olmayaraq xəstələrin nəzarətə götürülməsi mümkündür. İkincisi ona görə dərslər başlanacaq ki, baş nazir tərəfindən orta ümumtəhsil məktəblərində sinifdə şagird sayı ilə bağlı qərar qəbul edilib. Yeni tədris ilindən başlayaraq, biz siniflərdə şagird sayının çox olmasını müşahidə etməyəcəyik. Əvvəllər 35-40 nəfər şagird bir auditoriyada olurdusa, yeni tədris ilində bunlar olmayacaq. Ona görə məndə sentyabr ayında dərslərin başlanacağı ilə bağlı müsbət fikir var”.

K.Əsədov onu da vurğuladı ki, Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan şagirdlər üçün kitab çapının sifarişinə başlayıb: “Yeni dərs ili üçün dərsliklər çap olunmağa başlayıb. Müsbət tərəfi ondan ibarətdir ki, şagirdlərin istifadəsinə verilən dərsliklər 4-5 illik yox, 1 illik olacaq. Yəni hər hansı yoluxma hadisəsi olarsa, o birindən başqasına keçməyəcək. Onlayn tədrisi də tam ləğv etmək olmaz. Dərs ili yeni qaydada başlamalıdır. Belə ki, orta ümumtəhsil məktəblərində 1, 3, 5- ci günlər və 2, 4, 6-cı günlərdə dərslər olmalıdır. Tək günlərdə olan dərslərə 1, 3, 5, 7, 9, 11- ci sinif şagirdləri, cüt günlərdə olan dərslərə isə 2, 4, 6, 8, 10- cu sinif şagirdləri gəlməlidirlər. Çünki növbəti ildə şagirdlərin sinifdə sayı əvvəlki illərdəki kimi olmayacaq. Bu səbəbdən əlavə siniflərə ehtiyac var. Yəni bir gün dərslər normal siniflərdə keçirilməlidir, ikinci gündə isə onlayn qaydada keçirilməlidir. Birincidə dərslər izah edilib, keçilməli, ikinci gün onlayn qaydada yoxlanmalıdır. Buna görə də 2014-cü ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə dərsliklər uşaqlara pulsuz olaraq verilir, planşetlər də eyni qaydada paylanmalıdır ki, onlar dərslərə qoşulub onlayn resurslardan istifadə edə bilsinlər”.

Ekspert hesab edir ki, orta məktəblərdə epidemioloji-gigiyenik qaydalara riayət etməklə dərslərin başlamasına ehtiyac var: “Biz bu gün bu zərurəti görürük. Maskalardan istifadə olunmaqla, məsafə saxlamaqla dərslər başlamalıdır. İnsanlar artıq kifayət qədər qaydalara riayət edirlər. Mart-aprel aylarında olduğu kimi artıq kor-koranə şəkildə deyil, daha bilgili şəkildə qaydalara riayət etməklə, həm qoruyucu maskalardan istifadə edir, həm də ara məsafəni gözləyirlər. Ona görə Azərbaycanda da sentyabr ayında dərslərin başlaması mümkündür. Dərslərin həm ənənəvi formada, həm də onlayn qaydada keçirilməsi üçün mütləq şəkildə qanunvericilik bazası hazırlanmalıdır. Milli Məclis 5 aydan çoxdur ki, fəaliyyət göstərir, ancaq distant təhsil haqqında qanun layihəsi hazırlanmayıb, qanunvericilik bazası formalaşmayıb. Vaxt çox az qalıb, müəllimlərin dərs bölgüsü məsələsi var, bunlar həyata keçirilməlidir. Düşünürəm ki, sentyabrda Azərbaycanda tədrisin hansı formada başlaması ilə bağlı qərarlar qəbul edilməlidir”.

Xəbər lenti