|
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilib.
Qeyd olunub ki, bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.
Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı olaraq “Evdə qal” aksiyası çərçivəsində evdən çıxa bilməyən tənha və yaşlı insanlar, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı yardım tədbirləri keçirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, növbəti bu cür nəcib tədbiri Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları təşkil ediblər.
Biləsuvar RPŞ-nin əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 35 ailəyə baş çəkib, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir. Bu zaman həmin yollarda müəyyən çıxıntılar inşa edilir. Bəs çıxıntıların əhəmiyyəti nədən ibarətdir?
Yol-xeber.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, belə çıxıntıları inşa etməzdən əvvəl həmin yolda müşahidə aparmaq, onların mənfi effekt verməyəcəyinə tam əmin olmaq lazımdır:
“Bəzi küçələrdə təmir işləri bitdikdən sonra bu çıxıntıların yaxşı effekt verdiyini görürük. Çıxıntıların quraşdırılmasında əsas məqsəd parklanma üçün şərait yaratmaqdır. Bu işlər müvafiq qurumlarla müzakirə edilərək, razılaşdırılaraq, müəyyən hüquqi əsaslar üzərində həyata keçirilir. Bunun təbii ki, müsbət cəhətləri daha çoxdur. Çıxıntıları quraşdırmaqla əsasən parklanma üçün şərait yaradılır. Bununla avtomobillərin səkilərdə park edilməsinin qarşısı alınır.
Avtomobillər həmin çıxıntılarda park edilir və insanların səkilərdə rahat hərəkət etməsi təmin olunur. Artıq insanlar istəsə belə səkidən düşüb yol ilə hərəkət edə bilmirlər. Çünki düşsələr, parklanmış maşınların arası ilə getməli olacaqlar. Eyni zamanda, piyada səkidən düşsə belə, o, hərəkətdə olan avtomobilin yoluna çıxmış olmur. Bu metodlar dünyanın bir çox ölkələrində tətbiq edilir və bunları anlayışla qarşılamaq lazımdır. Həmin çıxıntılarda yol hərəkəti nişanlarını da quraşdırmaq mümkündür. Məsələn, sürücüləri xəbərdar etmək üçün bu çıxıntılarda yolun daralmasını bildirən nişan quraşdırmaq olar”.
BDYPİ-nin məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:
“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.
C.Quliyev qeyd edib ki, birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:
“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.
Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.
Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edir.
Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.
Trend xəbər verir ki, İcbari Sığorta Bürosundan bildirilib ki, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.
Dövlət Yol Polisi İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.
Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:
“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin nəqliyyat vasitələrinin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.
Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra bu müddətdə qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:
“Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, - deyə K.Əliyev qeyd edib.
"Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi ilə bağlı bütün məsələləri nəzərdən keçirir".
Bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.
"Agentlik fəaliyyət planları işləyib hazırlayıb və Operativ Qərargaha təqdim edib. Onlar tərəfindən verilən qərara uyğun olaraq, o planlar həyata keçiriləcək", - M.Ağayev qeyd edib.
"Bakı Nəqliyyat Agentliyinin hər bir əməkdaşı ərazidə olur. Həmin vaxt sərnişinlərə ara məsafəsinin saxlanılması ilə bağlı tövsiyələr veririk".
Bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.
"Karantin qaydalarına riayət edənlər azdır. Aprelin 1-də və sonrakı günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi və "Koroğlu" metro stansiyası ətrafında sorğu apardıq. Vətəndaşlarla söhbətdən məlum oldu ki, onların əksəriyyəti ciddi səbəb olmadan evdən çıxır və müxtəlif bəhanələr gətirirlər. Gündüz vaxtlarında avtobuslarda elə bir sıxlıq olmur, avtobuslar boş gedir. Lakin səhər və axşam saatlarında bu sıxlığı yaşayırıq", - M.Ağayev bildirib.