Klassik Azərbaycan şerinin ustadı olan Dədə Şəmşirin ermənilər tərəfindən dağıdılmış məzarının grüntüləri yayılıb.

"Bu barədə kadrlar “İTV Xəbər”də yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:

8 il sonra həmin yerdə... - VİDEO

Aprel döyüşlərində Lələ təpəyə bayrağımızı ilk sancan Asim Əliyev 8 ildən sonra həmin əraziyə gedib. 

Bununla bağlı İTV-də süjet yayımlanıb.

A. Əliyev bildirib ki, illər əvvəl burada düşmənlə göz-gözə baxırdı, indi isə azad edilən ərazilərimizə Lələ təpədən baxmaq böyük möcüzədir.

Daha ətraflı süjetdə:

Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir.

Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hisssinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir.

Bildirilib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub.

"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub.

Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

İyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi gözlənilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.

Qurum hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan çəkinməlidirlər.

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd olunub.

Beləliklə, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin olunması ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab olunub.

Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayır.

Nazirlikdən verilən məlumata görə, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:

“İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb”.

Bildirilib ki, elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib.

Yol-xeber.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 21 iyul tarixli 2022-ci il fərmanında dəyişiklik edib.

Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bunun üçün isə dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 26 may 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Ölkə.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Xəbər lenti