Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər
Bu barədə İKT üzrə mütəxəssisi Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

"Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.

Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar", - ekspert bildirib.

O.Gündüzün sözlərinə görə, bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.

"Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər", - o deyib.

Sinif otaqlarında dini təhsil adı altında nə baş verdiyi... - Emin Əmrullayev

"Dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq təhsildə dövlət nəzarəti daim olmalıdır. Bu müəssisələrdə həm məzmun, həm də tədris baxımından tədrisə dövlət nəzarəti həyata keçirilir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusunda elmi praktik konfransda çıxışı zamanı deyib.

"Məzmun dedikdə Azərbaycan ümumi təhsilində dünyəvi təhsil və din haqqında təhsil modeli üzərində davam edirik. Yəni ayrı-ayrı dinlər haqqında Azərbaycan vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu isə "Həyat bilgisi" fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əkisini tapıb. Eyni zamanda digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarərində olması olduqca vacibdir. Sinif otaqlarında dini təhsil və ya dini təhsil adı altında nə baş verə bilərsə bununla bağlı dövlət müvafiq qaydada xəbəri olmalıdır. Azərbaycan məktəbləri bu və ya digər niyyətə xidmət edən dini mesajlarla dövlət standartlarını tədris edən bir yerdir. Bunu xüsusi vurğulayım ki, tədris Azərbaycan məktəblərində ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır",- deyə nazir söyləyib.

Nəbatat Bağının istifadəyə veriləcəyi vaxt açıqlandı - FOTOLAR

Mərkəzi Nəbatat Bağında təmir-yenidənqurma işləri başa çatmaq üzrədir.

Bu barədə Ölkə.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, işlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır.

Mərkəzi Nəbatat Bağının ayın sonunda istifadəyə verilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.

 

 

 

 
Kamaləddin Qafarov: “17 oktyabr –Füzuli Şəhəri Günüdür”
“Füzuli şəhəri və rayonunun böyük hissəsi 1993-cü il avqustun 23-də terməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. “

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. “Füzuli rayonu istiqamətində isə xüsusilə möhkəmləndirilmiş istehkamlar daha çox idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin gedişində şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək, oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bu vacib məqamları öz çıxışlarında daim ön plana çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Çünki, bu günə görə biz hamımız onlara borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar və bu fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir.”

Fikirlərini davam etdirən K.Qafarov Böyük Qayıdış Proqramının hazırda uğurla icra olunduğunu diqqət mərkəzinə çəkərək deyib: “Cənab Prezident İlham Əliyevin 2023-cü ilin 17 oktyabr tarixində, Füzuli şəhəri günü münasibətilə Füzuli şəhərində yerli sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında maraq doğuran məqamlardan biri də Böyük Qayıdış Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalar idi. Həmin tarixi çıxışında dövlətimizin başçısı bildirdi ki, 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşaması nəzərdə tutulur. Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını təkcə biz deyil, artıq bütün dünya böyük maraq və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Diqqətəlayiq haldır ki, bütün bu layihələri icra edərkən, məşğulluq məsələlərinə də xüsusi diqqət yetirilir. Müvafiq dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atırlar ki, burada yerləşən insanların daimi məşğulluq imkanları da olsun. Böyük Qayıdış Proqramının icrasından danşarkən xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin öz doğma torpalarına qayıtmaları da böyük və son dərəcə qürurverici hadisədir. Uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda, belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır” .
Qaz limiti artırılır? VİDEO

"Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".

"Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.

Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.

Tarif Şurasından bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Dağlı daha ətraflı "Xəzər Xəbər"in videosunda:

Azərbaycan Ordusunda yeni bölmələr yaradıldıAzərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir:
 
"Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
 
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər".
 
"Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
 
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək", - deyə məlumatda qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir:
"Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər".
"Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək", - deyə məlumatda qeyd olunub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir:
"Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər".
"Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək", - deyə məlumatda qeyd olunub.[center][img]https://olke.az/photo/770x415/2024/10/15/1728983320_1solreqnyhlgozfqp8vf97b50npgolcxkyvxj0m7_1200.jpg[/img][/center]
Azərbaycanda toylarla bağlı hansı ağır cəza və qadağa olacaq? - Açıqlama

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini 73 yaşlı Xudiyev Əzizağa ölüb.

Bir qədər əvvəl də oxşar hadisə eyni rayonda baş vermişdi. Təəssüf ki, xüsusilə rayon və kəndlərdə toy karvanları ölüm saçır. 10-15 maşınla gəlin gətirmək problem yaradırsa, bundan insanlar zərər görürsə, ölüm halı olursa, aidiyyəti qurumlar hərəkətə keçməlidirmi?

Polis məhdudiyyət tətbiq bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, toy karvanları ilə bağlı uzun müddətdir müzakirələr gedir və bu məsələ narahatlıq doğuran bir həddə çatır.

Onun fikrincə, məsələ ilə ciddi formada məşğul olmaq lazımdır:

“Bunun qarşısını almaq lazımdır. Vətəndaşlara desən ki, xahiş edirik, belə yox, elə olsun, əməl etməyəcəklər. Nəzarət, ciddi cəza mexanizmi və s. məsələlər olmayınca, heç kim qayda-qanuna əməl etmək istəmir. İllərdir vətəndaşlara müraciət olunur ki, toy karvanlarında altıdan çox maşın olmasın, diqqətli olun, qayda pozmayın, amma eşitmirlər, başa düşmürlər. Eşitsələr də əməl etmirlər. O zaman çarə qalır inzibatçılığa. Bu günə qədər deyilirdi, küçəyə zibil atmayın, atırdılar, avtobus zolağına girməyin, girirdilər. Cərimə tətbiq olunub deyə, indi qaydalara əməl etməyə başlayıblar. Deməli, nə lazımdır? Ağır cərimə. Hər bir rayonun, kəndin ağsaqqalı, böyüyü, sahə müvəkkili, polisi var. Toy olanda ilk polisin xəbəri olur ki, filan kənddə toy olacaq. Vaxtında yaxınlaşmaq, ağsaqqallarla söhbət aparmaq olar ki, toy karvanında bu qədər maşın olsun, əlavə maşın olsa, cəzası var və s. Lakin buna mütləq qanunvericilik səviyyəsində baxmaq lazımdır”.

Ekspert deyib ki, toy karvanın qanunla qadağan olunmasa, nəticə əldə etmək olmayacaq:

“Çünki sözlə deyilsə, konstitusiyadan bir müddəa tapıb göstərəcəklər ki, burada belə yazılıb axı. Qayda pozurlar, sonra o məsuliyyətdən yayınmaq üçün hər varianta əl atırlar. İllər öncə videoçarxlar hazırlanmışdı və orada tövsiyə xarakterli məlumatlar verilirdi ki, toy karvanında 6 avtomobil olsun, maşınlar yalnız yolun sağ tərəfi ilə hərəkət etsinlər. Bəziləri də baxıb gülürdü ki, belə toy olar? Toyda gərək meymunluq edəsən, adam ölə, toy yasa dönə. Hə, o zaman həmin uşaqlar rahat olurlar. Mütləq cərimə tətbiq edilməlidir. Bu insanlar məsuliyyətlərini başa düşməlidirlər artıq”.

Elməddin Muradlının sözlərinə görə, bu, mənəvi bir məsələdir:

“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə toyunda kiməsə kədər yaşatsın. Baxın, 73 yaşında bir insan ölüb. Düzdür, hər kəsin bir qisməti var. Amma o adam başqa yerdə, başqa vaxt öz əcəli ilə ölə bilərdi. Lakin kiminsə səhvinə, kiminsə axmaq davranışına görə toy günü vay düşdü. Bu, kimə lazımdır axı? Artıq belə hal ənənəyə çevrilib. Get-gedə bu, daha pis məcraya yönəlir. Milli ruhda davranış göstərsinlər, gözəl rəqslər öyrənsinlər. Toyda nə özbaşınalıqdır, nə qudurğanlıqdır belə? Niyə insanlar bir-birinin xeyir işinə bədlik qatırlar? Hesab edirəm ki, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır. Qanunla qadağa olunduqdan sonra görəcəksiniz ki, bəli, artıq dəyişiklik oldu, adamlar öz çərçivələrinə qayıtdılar və məsələ həllini tapdı. Bu cür variantlarla problemin qarşısını ala və yaxşı nəticə əldə edə bilərik. İnsanlar da bir-birini öldürməkdən əl çəkərlər”.

Ucuz və aşağı faizlə ev almaq istəyənlər üçün ŞAD XƏBƏR

Aşağı faizlə ev almaq istəyənlərin nəzərinə
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı son fərmanla ipoteka fondunun nizamnamə kapitalı 87 milyon 700 min manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb. Bu, o deməkdir ki, İpoteka Fondu tərəfindən praktik olaraq güzəştli ipoteka kreditlərinin verilməsinə daha çox vəsaitin ayrılması ilə reallaşacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 87 milyon 700 min manat 2024-cü ilin dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulan vəsaitdir:

"Ümumiyyətlə güzəştli, yəni sosial ipoteka kreditlərinin verilməsinə ayrılan vəsaitin həcmində də artımlar müşahidə olunur. Həm yenidən maliyyələşdirmə, həm də kreditlər üçün büdcədən vəsaitin ayrılması ipotekaya daha çox vəsaitin yönləndirməsinə gətirib çıxar. Ona görə də ipoteka götürüb mənzil almaq istəyən vətəndaşlar üçün yeni imkanlar yaradacaq. Onlar güzəştli, aşağı faizlə kreditləri əldə etmək imkanı qazanacaqlar.

Bu konteksdən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması birmənalı şəkildə ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminə təsir göstərir. 2025-ci ildə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulur. İpoteka Fondu tərəfindən həm adi, həm güzəştli ipoteka kreditləri təklif olunur.

Güzəştli ipoeta kreditləri 4 faizdən, adi ipoteka kreditləri isə 8 faizdən təklif olunur. 87 milyon 700 min manat güzəştli, yəni dörd faizdən təklif olunan kreditlər üçün nəzərdə tutulmuş vəsaitdir. Bu vəziyyət daha çox kreditlərin təklif edilməsi və təqdim olunmasına imkan yaradır. Ona görə də cənab Prezidentin imzaladığı son sənəd ipoteka kreditləşməsinin həcminə və eyni zamanda ipoteka götürərək mənzil alan vətəndaşlarımızın sayına təsir göstərəcək və bu istiqamətdə artımların olacağı gözlənilir".

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

Kredit Azərbaycan manatı ilə verilməlidir;
Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;
İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri - ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;
Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;
Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
şəhid ailəsinin üzvü (əri/arvadı).
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
Qeyd edək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. İpoteka və Kredit Zəmanət Fonduna əlavə sualları olan şəxslər 1549 qısa nömrəsinə zəng edərək əlaqə saxlaya bilər.

Ezamiyyə qaydaları dəyişdi - Nazirdən yeni QƏRAR

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi
Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.

Qərara əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
Xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq ən gəlirli biznes sahələrindən sayılır. Son illər Azərbaycan vətəndaşlarının da xarici ölkələrin daşınmaz əmlak bazarında fəallığı müşahidə olunur. Azərbaycanlıların daha çox maraq göstərdiyi qardaş Türkiyənin daşınmaz əmlak bazarıdır. Məsələn, Türkiyə Statistika Xidmətinin məlumatına görə, təkcə ötən il bu ölkədə Azərbaycan vətəndaşları tərəfindən 832 mənzil alınıb. Amma statistika onu da deyir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı ilbəil azalır. 2024-cü ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 339 mənzil alıblar. 2023-cü ilin ilk altı ayı ərzində bu rəqəm 395 idi.

Bəs, görəsən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əmlak almasını stimullaşdıran səbəblər hansılardır? Hazırda azərbaycanlılar daha çox hansı ölkələrdən ev alırlar? Ötən illərlə müqayisədə Türkiyədən mənzil alanların sayının azalmasına səbəb nədir?

Ekspertlər bildirirlər ki, hazırda azərbaycanlılar Türkiyə ilə yanaşı, Gürcüstanda, Mərkəzi və Şərqi Avropa ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə daşınmaz əmlak sahibi olmağa daha çox maraq göstərirlər. Xarici ölkələrdə əmlak alanların böyük əksəriyyəti iş adamlarıdır. Onlar həm risklərini bölüşdürmək, həm də əlavə qazanc əldə etmək məqsədilə xaricdə daşınmaz əmlaka investisiya yatırırlar. Bəzi iş adamlarının daşınmaz əmlak aldığı ölkələrdə biznesləri də mövcuddur.

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər


"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Vətəndaşlar bankı yox, əmlakı seçir

Ekspert Vüqar Oruc bildirib ki, daşınmaz əmlaka investisiya yatırmaq səmərəli sayıldığından Azərbaycan vətəndaşları istər ölkə daxilində, istərsə də xaricdə bu sahəyə sərmayə qoymaqda maraqlıdırlar: "Vətəndaşlar öz vəsaitlərini banklarda depozit şəklində də saxlaya bilərlər. Amma bu, mənfəət əldə etmək baxımından səmərəli deyil. Məsələn, vətəndaş vəsaitini depozit formasında hansısa banka yerləşdirərsə, il ərzində maksimum 8-10 faiz gəlir əldə edə bilər. Daşınmaz əmlak isə sürətlə bahalaşdığından il ərzində təqribən 15-20 faiz mənfəət qazanmaq olur. Bu əmlak torpaq sahəsi olduqda gəlir hətta 50 faizə qədər arta bilər. Buna görə də azərbaycanlı investorlar zaman-zaman Türkiyədə, Gürcüstanda, Dubayda daşınmaz əmlaka investisiya yatırırlar".

Əmlak kimi otel otaqları da satılır

V.Orucun sözlərinə görə, xarici ölkələrdə daşınmaz əmlak kimi otel otaqları da satışa çıxarılır: "Bu tendensiya, əsasən, Dubayda və Batumidə geniş yayılıb. Bu şəhərlərdə yerləşən otellərdə otaqlar satışa çıxarılır. Başqa ölkə vətəndaşları kimi, azərbaycanlılar da həmin şəhərlərdəki otellərdən otaq almağa böyük maraq göstərirlər. Cəlbedici olduğundan və yüksək mənfəət gətirdiyindən bu istiqamətdə investisiyalar indi də davam edir".

Bununla yanaşı, ekspert vurğulayıb ki, son illər daşınmaz əmlakla bağlı xarici ölkələrə investisiya axını azalıb. Hazırda yerli investorlar Azərbaycanın daşınmaz əmlak bazarına investisiya yatırmağa maraq göstərirlər: "Bunun müxtəlif səbəbləri var. Həm ölkədə iqtisadi sabitlik hökm sürür, həm işğaldan azad olunmuş ərazilərdə böyük investisiya qoyuluşları həyata keçirilir, həm də daşınmaz əmlak sahəsində müəyyən bürokratik əngəllər aradan qaldırılıb. Bütün bunlar yerli investorların marağını daxili bazara yönəldir. Hazırda vətəndaşlar tərəfindən daha çox Bakı və ətraf ərazilərdə, eləcə də ölkənin turizm bölgələrində daşınmaz əmlaklar alınır".

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər


"Bəzi ölkələrdə əmlak almaq…"

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, xaricdə daşınmaz əmlak almağın əsas üstünlüyü bir çox hallarda oturma izni əldə etmək və vətəndaşlıq almaq üçün imkan yaratmasındadır: "Bəzi ölkələrdə əmlak almaq həmin ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək deməkdir. Hazırda Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var. Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama hüququ qazanırsan. Bu limit ölkədən asılı olaraq 200 min dollardan 500 min dollara qədər dəyişir. Son illər ən çox limiti artıran ölkə isə Türkiyədir. Bunun da səbəbləri var. Türkiyədə bu limit əvvəl 250 min dollar idi. Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə xaricdə yaşayan rusların öz bizneslərini Türkiyəyə köçürmək cəhdinə görə bu ölkəyə axın çoxaldı. Buna görə də Türkiyə hökuməti həmin limiti 500 min dollara qədər artırdı. Amma Küveyt kimi ölkələr də var ki, xarici vətəndaşların həmin ölkədə mənzil alması qadağandır".

Zəlzələ əmlak bazarına inamı azaldıb

Son illər Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alışının azalması səbəblərinə aydınlıq gətirən ekspert bildirib ki, bu, 2023-cü ilin fevralında qardaş ölkədə baş verən zəlzələ ilə bağlıdır: "Türkiyənin 11 vilayətini əhatə edən təbii fəlakət nəticəsində xeyli sayda binanın yerlə-yeksan olması bu ölkədə daşınmaz əmlak bazarına ciddi zərbə vurdu. Həmin dağılan binaların əksəriyyəti yeni tikililər idi. Nəticədə Türkiyədə mövcud binaların keyfiyyətinə inam azaldı. Artıq nəinki Azərbaycan, digər ölkə vətəndaşlarının da bu bazara investisiya yatırmaq istəyi aşağı düşür".

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər


Türkiyə, ərəb ölkələri və Şərqi Avropa

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, hazırda azərbaycanlılar daha çox Türkiyə, ərəb ölkələri və Şərqi Avropa ölkələrində daşınmaz əmlaklarla maraqlanırlar: "Lap əvvəllər azərbaycanlılar Londonda daşınmaz əmlak almağa meyl edirdilər. İndi bu proses dayanıb. Çünki o təbəqə artıq Londonda əmlaka sahib olub. İndi xaricdə ev alan azərbaycanlılar, əsasən, orta təbəqəni təmsil edir. Onların da bir qismi Türkiyəyə, bir qismi ərəb ölkələrinə, digər qismi də Şərqi Avropa ölkələrinə meyllidir".

Ekspert deyib ki, insanlar daşınmaz əmlaka təkcə uğurlu yatırım növü kimi baxmırlar: "Vətəndaşlarımız son illər həm istirahət, həm də təhsil almaq üçün daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa imkanı olan insanlar birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb isə risklərin bölüşdürüməsidir".

Xəbər lenti