![]() |
|
“ADY Express” MMC-nin yeni xidməti. Çən vaqonların buxarla yuyulması. Proses “ADY Express”-in, regionda yeganə olan, Biləcəri yuyucu–buxarlayıcı stansiyasında aparılır. Yuyulma, buxarlama, deqazasiya prosesləri avtolmatlaşdırılıb və ən qısa zamanda həyata keçirilir.
Xidmətlər: Qara neft məhsulları daşıyan çən vaqonların, açıq neft məhsulları daşımaq üçün hazırlanması.
Qara neft məhsulları daşıyan çən vaqonların, qara neft məhsulları daşımaq üçün hazırlanması.
Açıq neft məhsulları daşıyan çən vaqonların, açıq neft məhsulları daşımaq üçün hazırlanması.
Çən vaqonların buxarla yuyularaq təmirə hazırlanması.
“ADY Express” şirkəti həmçinin yerli stansiya xərcləri, vaqonların yola salınması, dəmir yolu qaimələrin sənədləşməsi xidmətlərini də göstərərik.
Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.
Bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb. Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək.
Bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Bilirsiniz ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq.
Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək.
İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza məlumat veriləcək.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Qeyd olunan işlər çərçivəsində 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edəcək.
Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılaraq, baxış qapaqları yenilənəcək.
İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə veriləcək.
Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.