Nişanın olmaması sürücülərə təhlükə yaradır: BNA-nın diqqətinə - VİDEO
Nişanlar qəza zamanı yararsız hala düşüb

Bakının Heydər Əliyev prospektində nişanların olmaması sürücülərə təhlükə yaradır. Bu barədə oxuculardan biri Yol-xeber.az-a məlumat verərək həmin ərazidən video görüntülər göndərib.

Qeyd etdiyimiz prospektin şəhər istiqaməti girişindən üzü Koroğlu metrostansiyasına gedən hissəsində (geriyə dönmə yerində) və əks tərəfdə Gülarə Qədirbəyova küçəsi ilə kəsişməsində yol nəqliyyat hadisəsi zamanı ayırıcı zolağa qoyulmuş 4.2.3 (maneəni sağdan və ya soldan keçmə) nişanları yararsız hala düşüb. Bu səbəbdən yararsız hala düşmüş nişanlar yoldan götürülüb, lakin yerinə yenisi quraşdırılmayıb. Sürücülər nişanların olmamasına görə təhlükəli vəziyyətlə üzləşirlər. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldırmaq üçün lazım olan nişanları həmin əraziyə quraşdıracaq.

 

Azərbaycanda yol çəkilişi zamanı dağı belə partlatdılar - VİDEO
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yol-xeber.az-a qurumdan verilən məlumata görə, bir-neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.  Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə  III  texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılara yekunlaşdırılır. 37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir. Bu çərçivədə Alakol-İbrahimhacılı, Qoçdərə-Çobansığnaq, Çobansığnaq-Sarıtala, Çobansığnaq-Yoğunbulaq, Sarıtala-Dondarlı, Sarıtala-Haçaqaya (ziyarətgah) və Ağacqala-Yanıqlı yolları, həmçinin Əyyublu, Qaraboyunlar, Dönük Qırıqlı və Qırıqlı kəndlərinin giriş yolları çınqıl və asfalt örtüklü olmaqla əsaslı şəkildə təmir edilir. Sözügedən layihənin yalnız Ağacqala-Yanıqlı hissəsinin yenidən qurulması qalıb ki, bu işlər də yekunlaşmaq üzrədir. Belə ki, 8 km uzunluğa malik bu hissədə ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.

Ümimilikdə layihə boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində Yolların torpaq yatağında aşınma və dağılmalar əmələ gəlmişdir. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilib. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılıb, əvəzinə yeni, standartlara uyğun 298 paqon-metr uzunluğunda suötürücü borular quraşdırılıb.

 

Bunun ardınca isə yeni yol əsası inşa edilib. Bunun üçün qum-çınqıl və optimal-çınqıl qarışığından əsasın hamarlayıcı, alt və üst layı salınıb. Daha sonra layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilib, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilib, yol birləşmələri təmir edilib.

Layihənin sonuncu mərhələsində təbii ki, avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkilib. Bununla da Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunda yeni yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə verilir.

 Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə  yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Rahat şəkildə hərəkətin təmini isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə, yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə, həmçinin müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.

Qeyd edək ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. Söhbət 31.9 km uzunluğa malik Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb. 

 

Bakıda bu yollar bağlıdır
25-26 oktyabr 2019-cu il tarixlərdə Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib

Tədbirlər başa çatanadək "Azneft" dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılıb.

Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılıb.

Bakıya gətirilən bu borular Babək prospektində hərəkəti iflic etdi - FOTO
Şəhər istiqamətibdə sıxlıq müşahidə edilir

Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb. Hazırda Babək prospekti şəhər istiqamətibdə sıxlıq müşahidə edilir. BNA-dan Yol-xeber.az-a bildirilib ki, bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.

Image may contain: 2 people, people sitting and indoor
Ali məktəb tələbələri qarşısında "Erməni yalanının beynəlxalq aləmdə ifşa olunmasında gənclərin rolu və məsuliyyəti" mövzusunda çıxış. Tədbirin təşkilatçısı YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızına xüsusi təşəkkürümüzü bildiririk.
Image may contain: 2 people, people sitting and indoor
Image may contain: 15 people, people smiling, suit and indoorImage may contain: 8 people, indoor


“Polis əməkdaşının işdən çıxması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”
“Yayılan məlumatlar həqiqəti əks etdirmir"

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkədə aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

BŞBPİ-nin Mətbuat xidmətindən Yol-xeber.az-a bildirilib ki, məlumat həqiqəti əks etdirmir: "Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Yol polisi beynəlxaq idman yarışından medalla qayıtdı - FOTO
81 kq çəkidə bütünc medal qazanıb

19-24 oktyabr tarixində Ukraynanin Vinnitca şəhərində Universal Döyüş üzrə dünya çempionatı keçirilib. Yol-xeber.az xəbər verir ki, yarişda ölkəmizi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Nicat Əliyev təmsil edib. 35 ölkədən 400 idamançının iştirak etdiyi yarışda həmyerlimiz 81 kq çəkidə bütünc medal qazanıb.

Qeyd edək ki, Nicat Əliyev 5 qat dünya, 6 qat Avropa çempionu, Asiya kəmərinin sahibi Əməkdar İdman Ustasıdır. Eyni zamanda iki dəfə Prezident mükafatına layiq görülüb.

Avtosfer.az-a müsahibəsində Nicat Əliyev bildirib ki, onun qələbəsi bütün Azərbaycanın qələbəsidir. “Bu gün bu qələbəni başda Prezident İlham Əliyev olmaqla bu şəraiti yaradan DİN rəhbərliyə borcluyam. Həm idmançı, həm də bir polis əməkdaşı kimi daim dövlətimizin inkişafına xidmət edirəm və bundan sonra da edəcəyəm.”

 

Şəxsi avtomobillə xaricə gedərkən nələri bilməliyik? - ARAŞDIRMA
“Astara ərazisindən daxil olub Naxçıvana getmək istəsəniz belə 150-200, bəzən isə 300 manat ödəniş tələb edirlər”

Hər il Azərbaycandan minlərlə insan müxtəlif məqsədlərlə xarici ölkələrə, əsasən qonşu Rusiya, Gürcüstan, Türkiyə və İrana səfər edir. Statistika göstərir ki, onların arasında şəxsi avtomobili ilə ölkəni tərk edənlər az deyil. Məsələn, 2018-ci ildə 705 min ölkə vətəndaşı dövlət sərhədini şəxsi maşını ilə keçib. Bu isə avtomobil nəqliyyatı ilə səfər edənlərin 22,3%-ni təşkil edir. Avtosfer.az xəbər verir ki, “Report” ölkə xaricinə şəxsi avtomobillə səfər zamanı üzləşə biləcəyimiz xoşagəlməz halları, nəzərə alınmalı olan məqamları araşdırıb.

Şəxsi maşını ilə mütəmadi olaraq qonşu ölkələrə səfər edən paytaxt sakini Orxan Niftiyev deyir ki, bəzən problemlər sərhədə çatmamış başlayır: "Azərbaycanda avtomobil yollarının vəziyyəti əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşı olsa da, yollarda xeyli sayda radar var. Məsələn, görürsən yolda sürət həddi saatda 110 km-dir, amma təqribən 200 metr gedəndən sonra sürət saatda 90 km-ə, 50 metrdən sonra isə 70 km-ə endirilib. Xüsusilə, Balakən gömrük-keçid məntəqəsi istiqamətində olan yolda radarların sayı çoxdur. Bundan başqa, ikizolaqlı yollar var ki, onlarda ötmə qadağası var. Həmin yollarla yük avtomobillərinin hərəkət etməsi minik avtomobillərinin sürücülərini xeyli ləngidir. Məcbur olursan ki, saatda 30-40 km sürətlə həmin maşınların arxasınca sürəsən. Yaxşı olardı ki, böyük avtomobillər üçün ayrıca yollar salınsın. Həmçinin Azərbaycanda yol kənarlarında yeməkxanalar fəaliyyət göstərsə də, onların əksəriyyətində yeməklərin keyfiyyəti və xidmət səviyyəsi çox aşağıdır. Yaxşı yeməkxanalarda isə qiymətlər yüksəkdir. Buna görə də mən harasa gedərkən evdən yemək götürməyə üstünlük verirəm".

Müsahibimizin sözlərinə görə, Azərbaycandan xaricə şəxsi avtomobillə gedənlər ölkəni əsasən “Qırmızı körpü” - sərhəd keçid məntəqəsi vasitəsilə tərk edirlər: "Nəzərə almaq lazımdır ki, bəzən bu gömrük postunda sıxlıq olur, son nəticədə sərhədi keçmək əlavə vaxt aparır. Gürcüstana keçəndən sonra görüləcək ilk iş avtomobilin sığorta olunmasıdır. Orada da yol hərəkəti qaydalarına nəzarət mexanizmi çox ciddidir. Buna baxmayaraq xarici ölkədən gələn sürücülərə yol hərəkəti cərimələri tətbiq edərkən müəyyən qədər güzəştlə davranırlar. Magistral yollarda radarların sayı çox az, yüksək səviyyəli və sərfəli qiymətlər təklif edən yeməkxanalarının sayı isə çoxdur”.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə mövzuya daha geniş aspektdən münasibət bildirib: “Ölkə xaricinə gedərkən ilk növbədə avtomobilin sənədləri qaydasında olmalıdır. Azərbaycanda sığorta şəhadətnaməsi elektron qaydada verilir. Lakin bəzi ölkələr bu şəhadətnaməni kağız formasında da tələb edirlər. Ona görə də sürücü elektron qaydada sığorta şəhadətnaməsini aldıqdan sonra müştərisi olduğu şirkətdən onun kağız variantını da götürə bilər.

Gürcüstana daxil olan kimi sizin avtomobiliniz sərhəddə sığorta olunmalıdır. Bu zaman bizim sürücülərin narazı qaldığı bir sıra məsələlər ortaya çıxır. Məsələn, gecə saatlarında sərhəddi keçən sürücünün sığorta olunmağa imkanı olmur. Çünki həmin saatlarda sığorta edən qurum bağlı olur. Polis isə həmin sürücünü saxlayanda avtomobilin sığorta edilmədiyinə görə cərimə tətbiq edir. Yəni xarici vətəndaşın ölkəyə gecə saatlarında daxil olduğu nəzərə alınmır.

İranda ölkəyə daxil olan kimi “torpaq basdı” xərci tələb olunur. Hətta Astara ərazisindən daxil olub Naxçıvana getmək istəsəniz belə 150-200, bəzən isə 300 manat ödəniş tələb edirlər. Türkiyə ilə bağlı belə bir problemimiz yoxdur.

Əvvəllər bizim sürücülük vəsiqələri ilə bağlı bir sıra ölkələrdə problem yaşanırdı. Belə ki, bizim əlifbada istifadə olunan bəzi hərflər digər ölkələrin yazılarında yoxdur. Ona görə də həmin ölkələrdə bizim sürücülük vəsiqəsinin üzərindəki yazıları oxumağa çətinlik çəkirdilər. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrinin formatına dəyişiklik etdi. Əgər xaricə gedən sürücü getdiyi yerdə vəsiqə ilə bağlı bu kimi problemlərin yaranmasını istəmirsə İdarəyə müraciət edərək, 40 manat ödəməklə beynəlxalq sürücülük vəsiqəsi ala bilər. Kitabça formasında olan bu vəsiqəni alıb istənilən ölkədə rahatlıqla istifadə etmək olar.

Azərbaycandan qonşu ölkələrə gedərkən "Yaşıl Kart" sistemindən istifadə olunur. Bu məsələdə Gürcüstan istisnadır. Lakin yaxın müddətdə Gürcüstanda da "Yaşıl Kart" sisteminin tətbiq edilməsi gözlənilir”.

Ekspert qonşu ölkələrdəki yol hərəkəti qaydalarına nəzarət mexanizmi məsələsinə də toxunub: “Tövsiyyə edirəm ki, vətəndaşlarımız maşınla xarici ölkələrə getməzdən qabaq o ölkədəki yol hərəkəti qaydalarını nəzərdən keçirsinlər. Çünki bizdəki bəzi yol nişanları ilə xarici ölkələrdə olanlar fərqlənir. Məsələn, bir sıra Avropa ölkələrində hospital işarəsi “H” hərfinə oxşar bir simvoldur. Bizdə isə bu işarə fərqlidir. Lakin ümumilikdə dayanma-durma və digər işarələr dünyanın əksər ölkələrində eynidir. Avropa ölkələrində də bizdə olduğu kimi xarici vətəndaş yol hərəkəti qaydasını pozanda ona güzəştlə yanaşılır.

Gürcüstanda yol hərəkəti qaydalarınını pozuntusuna görə inzibati cərimələrin tətbiq edilməsi sistemi çox ciddi şəkildə qurulub. Amma xarici ölkədən gələn sürücü ölkəni tərk edənə qədər qayda pozuntusu barədə bildiriş sistemdə görünməzsə, o zaman sürücü barəsində inzibati protokol tərtib edilir və sürücünün Gürcüstanda avtomobil idarə etmək hüququna müəyyən müddətdə məhdudiyyət qoyulur. Türkiyədə də buna bənzər bir tətbiq mövcuddur. İranda isə yol hərəkətləri qaydalarının pozulmasına nəzarət mexanizmi bir qədər zəifdir. Orada yol hərəkəti qaydalarına bir qədər səthi yanaşılır. Belə ki, çox zaman xırda qayda pozuntularına görə avtomobili saxlayıb sürücüyə yalnız şifahi şəkildə xəbərdarlıq etməklə kifayətlənirlər. Bizdə ciddi qəbul edilib cərimə tətbiq edilən bir çox qayda pozuntuları onlarda elementar yol hərəkəti xətası kimi qəbul edilir”.

Jurnalist-səyyah Azər Qərib da xarici ölkələrlə müqayisədə bizdə yol kənarlarında infrastrukturun zəif olduğunu qeyd edib: “Mən xarici ölkələrə gedərkən adətən orada avtomobil kirayələyib sürməyə üstünlük verirəm. Burdan avtomobillə getmirəm. Sonuncu dəfə uzun müddət bundan əvvəl avtomobillə Gürcüstana getmişdim. O zaman da həm yolun uzaq olması səbəbilə, həm də sərhəddə xeyli gözləməli olduğum üçün narahatlıq yaşadım. Ona görə də uzun müddətdir ki, xaricə avtomobillə getmirəm.

Şəxsi avtomobillə xaricə rahat şəkildə getmək üçün ölkə hüdudları daxilindəki yollarda da müəyyən işlər aparılmalıdır. Belə ki, bizdə yollar yaxşı olsa da, infrastruktur bərbad vəziyyətdədir. Yol kənarlarında tualetlərin olmaması bir nömrəli problemdir. Xarici ölkələrdə yol qırağında böyük dayancaq, tualet, kafe və dükanlar olur. Təəssüf ki, ölkəmiz bu sahədə Avropa ölkələrindən bir qədər geri qalır. Bundan əlavə biz sürücü mədəniyyəti baxımından da çox geridə qalmışıq. Xüsusən də axşam hava qaralandan sonra bəzi insanlarda yol mədəniyyəti çox aşağı səviyyədə olur. Sürücülər avtomobilin işıqlarından istifadə qaydalarına riayət etmirlər. Bəzi yol kənarlarındakı nişanlar isə kifayət qədər hündürdə olmadığı üçün yaxşı görsənmir”.

Məlumat üçün qeyd edək ki, Azərbaycandan Rusiyaya avtomobillə gedərkən sürücülərin keçməli olduğu gömrük məntəqələri Xaçmaz gömrükxanası üzrə “Samur” gömrük postu və “Xudat” gömrük postu, İrana gedərkən Naxçıvan MR Gömrük Komitəsi üzrə “Culfa” gömrükxanası və “Şahtaxtı” gömrük postu, Astara gömrükxanası üzrə Astara gömrükxanası, Biləsuvar gömrükxanası üzrə “Biləsuvar” sərhəd keçid məntəqəsi, Xudafərin gömrükxanası üzrə “İmişli” gömrük postu və “Horadiz” gömrük postu, Gürcüstana getmək üçün Tovuz gömrükxanası üzrə “Sınıq körpü” gömrük postu və “Sadıxlı” gömrük postu, Balakən gömrükxanası üzrə “Mazımçay” gömrük postu və “Muğanlı” gömrük postlarıdır.

Sığorta məsələsinə gəlincə, bu sahədə Azərbaycanla bir sıra ölkələr arasında “Yaşıl kart” sistemi tətbiq olunur. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında beynəlxalq sazişdir. “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Bizimlə qonşu ölkələrədən olan Gürcüstan “Yaşıl Kart” sisteminin üzvü olmadığından sürücülər bu ölkənin ərazisinə daxil olarkən yerli sığorta şirkətinin icbari sığorta müqaviləsini əldə etməlidirlər. “Yaşıl kart” üzrə sığorta haqqı nəqliyyat vasitəsinin növündən, səfər edilən ölkədən və səfərin müddətindən asılı olaraq dəyişir.

Bakıda bu yollar bağlıdır
Bu gün səhər saat 08:30-dan Bakının Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılıb.

Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.

Buna səbəb 25-26 oktyabrda Bakı şəhərində "Qoşulmama Hərəkatı"na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsidir.

Belə ki, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş "Heydər Əliyev Mərkəzi", "Bakı Konqres Mərkəzi", "Hyatt Regency" oteli və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Qeyd edilən istiqamətlər üzrə yollar tədbirlər tam başa çatanadək bağlı olacaq.

http://olke.az/uploads/1571897905/yolbaglanir.jpg
Şəki DYP tələbələrlə görüş keçirib - FOTO - VİDEO
Gəncləri maraqlandıran suallar cavablandırılıb

Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun,eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu dəfə, Şəki DYP orta məktəb şagirdlərini  deyil Kollec tələbələrini maarifləndirdi.
23 oktyabr 2019-cu il tarixdə Şəki Dövlət Texniki Kollecində keçirilən tədbir zamanı, Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu

 

 

Xəbər lenti