![]() |
|
Gördüyünüz bu şəkil sosial şəbəkələrdə rastıma çıxdı. Vətəndaş gördüyünü maraqlı şəkildə izah edir və düşüncələrini bölüşürdü. Yazırdı ki, polis tərəfindən atılan bu xoşməramlı addım ara-sıra törədilən xırda talamaların və digər cinayət əməllərinin qarşısını almaq üçün həm də bir çağırışdır, uyarıdır.
Əslində, hər birimizin gördüyü, bildiyi, lakin əməl etmədiyi həqiqətləri polis yenidən gözlər önünə sərmişdi.
“Əməl etmək üçün tanış olmaq və həyata keçirmək lazımdır”. Bu fikri də sosial şəbəkə istifadəçisi yazmışdı.
Bu dəfə də polis vətəndaşı düşünmüşdü və illərlə əziyyət çəkib, min bir zəhmətə qatlaşıb yığdıqlarını bir göz qırpımında kimlərinsə aparmasına göz yuma və bu məsələyə laqeyd qala bilməzdi.
Və təəssüflər olsun ki, bizlər bu nüansları görməzlikdən gəlir, “Əşi heç nə olmaz”larla özümüzü aldadırıq. Hadisə baş verəndə isə “polis hara baxır” deməklə onu hətta ittiham belə edirik. Burda atalar gözəl deyib: “İşini ehtiyatlı tut, qonşunu oğru bilmə”.
Gəlin, indi polis nəyi, necə xəbərdar edir, ona diqqət edək. Polis deyir ki, evdən çıxarkən qapınızı asma qıfılla bağlamayın. Bu o deməkdir ki, siz evdə yoxsunuz. Oğrular da bundan istifadə edib oğurluğa cəhd edə bilərlər. Pul və qiymətli əşyalarınızı ailə üzvlərinizdən kənar şəxslər bilməməlidir. Azyaşlı ailə üzvlərinin, qohum və qonaqların evdə olduqları vaxt pul və qiymətli əşyaların saxlanc yerinə qoyulub-götürülməsi hallarına yol verilməməlidir. Evlərinizi və obyektlərinizin daimi stasionar qaydada mühafizəsini təmin etmək üçün mühafizə polisi ilə müqavilə bağlamaq, bu mümkün olmadıqda isə evlərinizn və obyektlərinizin ətrafına kamera quraşdırmaqla mühafizəni təmin etməyiniz məsləhət görülür.
Məsələyə aydınlıq gətirən Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov sözügedən çağırışın şöbənin qarşısında, insanların daha gur toplaşdığı yerlərdə, bazarlarda, böyük marketlərdə, məktəblərdə vurulduğunu dedi. Şöbə rəisi bu istiqamətdə kəndlərdə təbliğatın qurulmasında sahə rəisləri ilə ictimai şura üzvlərinin də fəallığını diqqətimizə çatdırdı. "Vətəndaş bunları oxuduqdan sonra onun həyatını, əmlakını cinayətkar qəsdlərdən qoruyan polisini daha da sevəcək və ona öz köməkliyini əsirgəməyəcək. Vətəndaş məmnunluğu üçün görülən hər bir iş, fəaliyyət cəmiyyətdə təqdir olunur və bu da bizi Vətənə, xalqa xidmət etməyə, işimizdə dönüş yaratmağa ruhlandırır." Bunları da H.Həsənov qeyd etdi.
Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə polis də bu yolu seçib, arxasında dayanan Gücə-Xalqa arxalanaraq, təbliğ etdiyi fikrin faydalı olacağına şübhə etmir. Bir sözlə, polis ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın Xalq olacağına inanır.
Hafiz Təmirov,
polis mayoru
Əksər inkişaf etmiş ölkələrdə metrodan pulsuz istifadə edən vətəndaşlar var.
Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər.
Bəs Azərbaycanda kimlər metrodan pulsuz istifadə edə bilər?
"Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:
"7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər”.(moderator.az)
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin avtomobil sahiblərinə və sürücülərə müraciət edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, 25-26 oktyabr 2019-cu il tarixlərdə Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.
Belə ki, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Odur ki, 24 oktyabr tarixindən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusi ilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.
Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar.
Kanadada çəkilmiş görüntülər izləyənlərlərdə maraq doğurub. Yol-xeber.az xəbər verir ki, şagirdləri məktəbə gətirən avtobus saxlayan zaman avtomatir olaaq təhlükəsizlik qaydaları işə düşür. Avtobusun yolun hərəkət hissəsində olan tərəfindən “STOP” nişanı çıxır. Yol kəsişməsində olan bütün avtomobillər həmin an dayanaraq gözləyir. Eyni zamanda şagirdlərin düşdüyü qapının yolun hərəkət hissəsinə çıxışında da xüsusi şlaqbaum avtomotik olaraq işə düşür. Bununla da şagirdlərin yola qaçmasının qarşısı alınır. Düzdür “STOP” işarəsi ilə bütün avvtomobillər dayansa da əlavə təhlükəsizlik şlaqbaumu bütün ehtimallara qarşıdır.
Videodan da göründüyü kimi təhlükəsizlik qaydalarına ciddi şəkildə həm avtobus sürücüsü, həm də digər sürücülər əməl edir. Eyni zamanda məktəbli avtobusu bütün zəruri təhlükəsizlik avaddanlıqları ilə təhciz edilib.
Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir. Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib: "Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib".
A.Nəcəfli bildirib ki, yeraltı keçiddə həm eskalator, həm də lift quraşdırılacaq ki, bu da əlil vətəndaşların keçiddən istifadəsini asanlaşdıracaq.
Xatırladaq ki, Bakıda lift və eskalator olan daha bir yerüstü keçid paytaxtın Moskva prospektində, "Şamaxı yolu" adlanan ərazidə inşa edilir.
Türkiyədə bələdiyyə sədrinin xidməti avtomobillə gəzintiyə getməsinə vətəndaşlar etiraz edib. Yol-xeber.az xəbər verir ki, bələdiyyə sədrinin bu özbaşnalığını vətəndaşlar videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Onlar bələdiyyə sədrinə istirahət günü xidməti avtomobildən istifadə etdiyinə görə irad bildirib.
Sədr vətəndaşların iradının qarşısında bir söz tapıb deyə bilmir.
Qeyd edək ki, bizim ölkədə də bir çox məmurlar xidməti avtomobilləri ilə istədikləri yerə gedirlər. Bəzən ailə avtomobili kimi də istifadə edərək məişət problemlərini həll etməyə həmin xidməti avtomobillə gedirlər. Bu isə birmənalı olaraq qadağandır. Adından göründüyü kimi "xidməti avtomobil" yalnız işlə bağlı xidmətdə isifadə oluna bilər.