![]() |
|
Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.
Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Yaxın zamanlarda "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir: “Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək”.
R.Bağırov "Baku City Tour"a olan tələbatdan da danışıb: “Mövsümdən asılı olaraq, turizm marşrutuna tələbat dəyişir. Mart ayından oktyabr ayının əvvəlinə kimi tələbat daha çox olur. Həmin aylarda elə olur ki, xəttə əlavə avtobuslar buraxılır”.
Mərkəzin direktoru qeyd edib ki, səhər saat 10:00-dan axşam saat 19:00-a kimi insan sayından asılı olamayaraq, avtobuslar hər gün xəttə çıxırlar. Azadlıq meydanından başlayan tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir.
18 oktyabr tarixindən etibarən Şəki və Mingəçevir istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Yol-xeber.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, avtobuslar kifayət qədər komfortludur. “Bütün reyslər "Neoplan" markalı avtobuslarla həyata keçirilir. Yol boyu sürətli wi-fi, su, çay, qəhvə servisi də öz yerində. Oktyabrın 1-dən Gəncə və Qırmızı Körpü istiqamətində də reyslər fəaliyyət göstərir.
Avtobusların yola düşmə saatları:
• Bakı - Mingəçevir - 23:30
• Mingəçevir - Bakı - 01:00
• Bakı - Şəki - 23:30
• Şəki - Bakı - 23:30
Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.
Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.
Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.
«Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz. Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq»-deyə Ağakərim Səmədzadə bildirib.
Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək: «Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik» – deyə dövlət rəsmisi bildirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verilmişdir.
Sözügedən tədbirlə əlaqədar olaraq, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanmış, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılmış, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılmışdır.
Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunmuş, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilmişdir.
Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyətli qurumlarının bilavasitə iştirakçılığı ilə baş tutan belə görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumatlar verilmiş, maraqlı diskusiyalar, viktorinalar təşkil olunmuş, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilmişdir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən növbəti görüş isə "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunmuşdur.
Məktəb rəhbərliyinin, eləcə də Abşeron rayon Təhsil Şöbəsinin nümayəndəsinin iştirakçılığı ilə keçirilən tədbirdə çıxış edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışmış, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini qeyd etmişdir.
Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çataçağına əmin olduğunu xüsusilə vurğulayan M.Ağayev, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı DİN-in Baş DYP İdarəsi tərəfindən zəruri addımlar atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiqlərlə maraqlı diskusiya şəraitində keçən görüşdə şagirdlərin sualları cavablandırılmış, onların yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı bilikləri yoxlanılmışdır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, eləcə də cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək Respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilməsi barədə Daxili İşlər Nazirliyinin, 28.08.2019-cu il tarixli müvafiq göstərişinin icrası ilə əlaqədar şəhər ümumtəhsil məktəbləri arasında yol hərəkəti qaydaları barədə şeir müsabiqəsi elan edir.
Məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələrin aktiv iştirakçılığa cəlb olunmasıdır.
Müsabiqə Şəki Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış şəkildə 14 oktyabr 2019-cu il tarixdə saat 16:00-da Təhsil Şöbəsinin akt zalında keçiriləcəkdir.
Müsabiqənin şərtləri:
Ümumilikdə, Təhsil Şöbəsi tərəfindən şəhər məktəblərindən 8 şagird seçilərək müsabiqəyə təqdim ediləcəkdir.
Hər məktəbdən 1 nəfər (5-8 sinif şagirdləri arasından seçməklə).
Yarışda yol nişanları, svetofor və ya digər yol hərəkəti qaydaları barədə şeir səsləndiriləcəkdir.
Ən yaxşı şeir səsləndirən 3 şagird (I, II, III yer) Dövlət Yol Polisi tərəfindən mükafatlandırılacaqdır.
Qaliblər, şeirin əzbər söylənilməsi, məzmunu və deyiliş qaydasına görə müəyyən ediləcəkdir.