Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Aparılan təmir işləri ilə əlaqədar olaraq, 4-6 oktyabr tarixlərində Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.

 

Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib. Proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir.

Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər.

Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.

Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq.

Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir.

Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir.

Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir.

Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır:

Dəmir yolu vağzalında vətəndaşların qarşılanması;

Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi;

Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi;

 

Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması;

“Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması;

Növbələrin təşkili;

Qatarlarda və vağzallarda sorğuların keçirilməsi.

 

Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.

 

Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq.

 

Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi” vakansiyası üzrə müraciət  edə bilərlər.

Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.

Ardını oxu...

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

Axar.az xəbər verir ki, Qubadlının işğalından 26 il ötür.

Erməni işğalçıları 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər.

Sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

İsveçrənin Sürix Prokurorluğu Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun borclarının qaytarılması üçün onun İsveçrədəki hesablarına həbs qoyub.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb.

Məlumata görə, İsmayılovun hesablarına həbs qoyulması üçün məhkəməyə avqustun 19-da, hazırda Rusiyanın VTB-sinə məxsus olan “BM bank” müraciət edib. Məhkəmə bankın vəsatətini iki gün sonra təmin edib.


Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir.

Ardını oxu...

Hər il Qurban bayramı ərəfəsində bu bayramın mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq bayram geridə qalsa da, bu mövzu ətrafında müzakirələr hələ də davam edir. Bəzi dinşünaslar iddia edir ki, İbrahim peyğəmbərin gördüyü yuxu nəticəsində övladını kəsmək cəhdi vəhy deyil, yuxunun yanlış yozulmasıdır. Deyilənə görə, əslində bu, İbrahim peyğəmbərin yaşadığı dövrün bütpərəstliyinə əyilməsi ilə bağlıdır.

Bu iddialarla bağlı Axar.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Qurban verməyin tarixi çox qədimdir.

“Əslində, Qurban etmək insanlığın, bəşəriyyətin başlanğıcına bağlıdır və Hz. Adəmə qədər gedib çıxır. İlk vəhy oradan bütün insanlığa yayılıb. Quranda Habil və Qabil hadisəsi keçir. İki qardaş arasında olan müəyyən çəkişmədən dolayı Hz. Adəm onlara “Allah kimin qurbanını qəbul edərsə, o, haqqa yaxındır” deyir. Beləliklə, o, iki övlad arasındakı mübahisəyə son qoyur”, - ilahiyyatçı bildirib.

A.Hacıbəylinin sözlərinə görə, Qurani-Kərimdə peyğəmbərlərin həyatında qurbanın olduğu müşahidə edilir:

“Hər bir peyğəmbərin öz qövmünə xüsusi qurbanları olub, amma hökm olaraq nədən kəsildiyi məsələsində fərqlilik ola bilər. Amma Qurban bir ibadətdir”.

İlahiyyatçı İbrahim peyğəmbərin oğlunu qurban etməsinin Allahın vəhyi olduğunu söyləyib:

“Məlumdur ki, Allah Hz. İbrahimin 90 yaşına qədər ona övlad verməyib. “Saffat” surəsində də Rəbbimiz bir daha bu məsələyə qayıdır və İbrahim peyğəmbərin gördüyü yuxudan bəhs edir. Bu yuxudan Nəmrudun qəzəbinə düçar olmuş Həzrəti İbrahim odun-atəşin içərisinə atıldığı zaman dua edir ki, Allahım, sənə gəlirəm, mənə doğru yolu göstərəcək Sənsən. Mənə saleh övlad nəsib et”. “Saffat” surəsinin 104 və 105-ci ayələrində göstərildiyi kimi, Rəbbim ona bir övlad verir. Allah İsmayılı həlim bir övlad, bir peyğəmbər olaraq ona əmanət edir. İsmayıl əleyhissalam 12-13 yaşlarına çatanda Rəbbimiz yenidən İbrahim peyğəmbərin ailəsini sınağa çəkir. Bu zaman qocaman peyğəmbər 3 dəfə yuxuda gördüyü üçün övladını kəsmək istəyir və bunu Hz. İsmayıla söyləyir. Bu hadisə Qurani-Kərimdə də var. Rəbbimiz İbrahim əleyhissalamın gördüyü yuxunu gerçəkləşdirməsini istədiyini Quranın başqa bir ayəsində də ifadə edir. Oğlunu qurban kəsmək istəyən İbrahim övladına deyir ki, səni Allah yolunda kəsəcəyəm. O da deyir ki, Ata, sənə əmr olunanı yerinə yetir. İnşallah, məni səbir edənlərdən görəcəksən.

İsmayıl peyğəmbər hətta atasına gözlərini bağlamağı xahiş edir ki, birdən gözü gözünə toxunar və Allahın əmrini yerinə yetirə bilməz. İbrahim peyğəmbər oğlunun başını bir neçə dəfə kəsmək istəsə də, bıçaq kəsmir. Bu hissə Quranda olmasa da, hədislərdə təkrarlanır. Nəhayət, Qurani-Kərimin verdiyi mesajda deyilir ki, Ey İbrahim, sən röyanı təsdiqlədin! Görünür, bu, bir röya olsa belə, vəhy hökmündədir. Peyğəmbərlərin gördüyü röyalar, yuxular gerçəkdir, haqdır. Bundan sonra Allah İbrahim peyğəmbərin övladına müqabil qoç endirir və o gündən bu günə qədər də bu ibadət gerçəkləşir”.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Ardını oxu...

Xəbər lenti