![]() |
|
Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başlayıb.
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Bu gün “Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin təşkil etdiyi “Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.
Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Fonddan Axar.az-a verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.
Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.
Ötən ilin noyabr ayında İstanbulun Zeytunburnu rayonunda inkassator avtomobilinə hücum edib MP-5 avtomatı və tapança ələ keçirən qrupun üzvlərindən biri Azərbaycandan olan leytenantdır.
Virtualaz.org xəbər verir ki, həmin hücum zamanı soyğunçu qrup iki təhlükəsizlik əməkdaşını bıçaq və dəyənək zərbələri ilə yaralayıb, silahları götürərək qaçıb. İstintaq araşdırıb ki, soyğunçular özlərinə “Çeçenistan canavarları” adını verən baykerlər qrupunun üzvləridir. Onlardan biri Azərbaycandan olan leytenantdır. Həmin şübhəlinin evində aparılmış axtarış zaman MP-5 avtomatı, iki tapança və bir qaz qumbarası ələ keçirilib. Baykerlər qrupunun həbsdəki lideri Nazmi A.-nın isə bir müddət Çeçenistanda döyüşdüyü məlum olub.
İstintaq materiallarına əsasən hadisə 2018-ci il noyabrın 11-də axşam saat 18.45 radələrində baş verib. Banklara və marketlər şəbəkəsinə nəğd pulların daşınması xidmətləri göstərən “L. Güvenlik Hizmetleri AŞ” şirkətinə məxsus inkassator maşını Zytunburnunda bir marketin qarşısında dayanıb. Avtomobildəki təhlükəsizlik əməkdaşı Erkan Bekir T. yerə düşərək sürətlə marketə daxil olub, bir neçə dəqiqə sonra içərisində pul olan üç paketlə marketdən çıxıb və maşına tərəf yönəlib.
Sürücü qapını açıb, təhlükəsizlik əməkdaşı maşına minmək istərkən iki maskalı şəxs ona hücum edib. Dəyənəklə və bıçaqla onu yaralayıblar. Təhlükəsizlik əməkdaşı yaralı halda pulla dolu paketlərin üstüna yıxılaraq paketləri qorumağa çalışıb, sürücü isə qışqıraraq kömək istəyib. Pulu götürə bilməyən soyğunçular Erkan Bekir T.-nin tapançasını və maşındakı MP-5 avtomat silahını götürərək qaçıblar. Hadisə yerinə polis və təcili yardım gəlib. Hadisədən 3 gün sonra şübhəlilər tutulub.
Həbs edilən şübhəlilərdən Azərbaycan vətəndaşı Elvin İ.-nin (28 yaşında) evində çoxlu sayda silah ələ keçirilib. Bu silahların arasında “Kalaşnikov” markalı avtomat, 2 tapança və bir qaz qumbarası və inkassator maşınından ələ keçirilən MP-5 avtomatı da olub.
Azərbaycanda leytenant olaraq qulluq etdiyi məlum olan Elvin İ. polisə və prokurorluğa ifadəsində silahların müdiri-avtomobil yuma məntəqəsinin sahibi Nazmi A.-ya aid olduğunu bildirib. Şübhəlilərin bir çoxu baykerlər klubuna üzv olduqlarını, Nazmi A.-nın həmin klubun başqanı olduğunu deyiblər.
Polis həmin ifadələr əsasında Nazmi A.-nı və ondan silah alan Muharrem Y. adlı şəxsi həbs edib. Habelə Elvin İ. ilə birlikdə inkassator maşınına hücum edən Ufuk M. həbs edilib. Həmin şəxsin peşəkar futbolçu olduğu, amma zədələndiyi üçün futbolu buraxdığı bildirilir. Soyğunçuluq işi üzrə cəmi 7 nəfər həbs edilib.
Prokurorluqda şübhəlilərdən bəziləri ifadələrini dəyişdirib. Elvin İ. və Ufuk M. soyğun planını yaraladıqları Erkan Bekir T. ilə birlikdə qurduqlarını deyiblər. İstintaq Erkan Bekir T.-nin telefonundan Elvinin nömrəsini aşkar edib, prokurorluq onun həbsini istəyib.