Havaların isti keçməsi ölkə yollarında qəzaların çoxalmasına səbəb ola bilər.

"Xəzər xəbər"in məlumatına görə, mütəxəssislər istilər səbəbi ilə qəzaların baş vermə ehtimalının artdığını bildirir. Belə halla qarşılaşmaq istəməyən sürücülər isə bəzi nüansalara diqqət etməlidir.

Mütəxəssislər bildirir ki, yay aylarında uzaq səfərlərə çıxan sürücülərin sayı artdığından xüsusilə ağır qəzaların sayı çoxalır. Bu fakta istinin də təsiri böyükdür. Xüsusən də şinlərin və alt işlək hissələrin normalara cavab verməməsi qəza riskini artırır.

Bundan başqa, xüsusi ilə uzaq yola kondisionersiz və ya kondisioneri nasaz olan avtomobillərlə çıxmaq tövsiyə edilmir.

Mütəxəssislər tövsiyyə edir ki, uzaq səfərdən əvvəl avtomobil texniki baxışdan keçirilsin. Belə olan halda nasazlıq səbəbi ilə baş verən qəzaların da sayı azalar.

Millət vəkili Aydın Mirzəzadə ali məktəbə qəbul olan abituriyentə böyük jest edib.

Ardını oxu...

Şirməmməd Hüseynov vəfat etdi

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident təqaüdçüsü bu gün 95 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

Bu maşınlar evakuasiya ediləcək

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydaları ilə bağlı məlumat yayıb. 

Ardını oxu...

 

Şamaxıda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun 112 km-də, Şamaxının Mərzəndiyə kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alan sürücü və sərnişinlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

 

 





 

 

Bakı çimərliyində iki nəfər batıb

Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batıb.

Bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

İstanbul İmamoğlunun qələbəsini qeyd edir

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş CHP lideri Əkrəm İmamoğlunun qələbəsini qeyd etmək üçün yüzlərlə şəhər sakini küçələrə axışıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sakinlər CHP namizədinin qalibiyyətini alqışlarla qarşılayıb. Onlar küçələrdə toplaşaraq, əllərində Türkiyə bayraqları tutublar.

Qeyd edək ki, Əkrəm İmamoğlu 54,3 % səslə əsas rəqibi Binəli Yıldırıma qalib gəlib. 

 



 

 

BMT Baş katibinin müavini “ASAN xidmət”də

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

Qonaq iyunun 23-də “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaq, həmçinin "ASAN könüllüləri", "ASAN radio", “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD”ın fəaliyyəti ilə də tanış olub.

Liu Zenmin Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığı və agentliyin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

 









 

Həftənin ilk iş gününə hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.


ABŞ bu gündən miqrantları ölkədən çıxarır

 

ABŞ bu gündən qanunsuz miqrantların kütləvi deportasiyasına başlayır.
Deportasiya Amerikanın mühacirət gömrük polisi tərəfindən ölkənin 10 şəhərində gerçəkləşdiriləcək. Miqrantlar, həmçinin, Hyuston, Çikaqo və los-Ancelesdən çıxarılacaqlar.

Bu əməliyyat təxminən 2 minədək miqrant ailəsini əhatə edəcək.

Xəbər lenti