Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

Bu, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Kamaləddin Qafarov: “Ermənipərəst qüvvələr xam xəyala düşüblər”
“Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bu əlamətdar gün münasibətilə cari ilin oktyabr ayının 4-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, öz dədə-baba yurdlarına daimi yaşayış üçün qayıdan sakinlərlə görüşən dövlət başçsı tədbirdə çıxış edərək cəbrayıllıları və bütün xalqımızı bu böyük bayram günü münsaibətilə təbrik etmişdir. “Cənab Prezident bu gün həm Cəbrayılda, həm də bütün digər azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyini bir daha diqqətə çatdırdı və bildirdi ki, bütün bu işlər bu torpaqlara buranın əsl sahiblərinin qayıtdığını göstərir. Çünki yadelli düşmən zəbt etdiyi torpaqlarda heç nə qurub-yaratmaz. Ermənilər isə 30 il ərzində bu əraziləri ancaq dağıdıb, talan ediblər. Dövlət başçımızın dediyi kimi, Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşdirilmişdi. Bütün bunlar bir daha sübut edir ki, ermənilər özləri də bu torpaqların heç vaxt onlara məxsus olmadığını və bundan sonra da olmayacağını hamıdan yaxşı bilirlər.”

K.Qafarov daha sonra Prezident İlham Əliyevin bir çox Qərb ölkələrinin yürütməkdə olduqları ikili standartlar siyasəti barədə səsləndirdiyi ifşaedici fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Cənab Prezident hər zaman olduğu kimi, Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında da prinsipial mövqe nümayiş etdirərək bəzi dünya güclərinin öz hərbi və iqtisadi potensiallarına arxalanaraq daha kiçik ölkələrin hüquqlarını pozmaq cəhdlərini sərt şəkildə tənqid etdi. Dövlətimizin başçısı Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətlərini gözlərini geniş açmağa və erməni vandalizminin vəhşi əməllərinə diqqətlə baxmağa çağırdı. Bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi üçün, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyi üçün, BMT qətnamələrinin icrasını təmin etdiyinə görə sanksiyalara məruz qoyulur. 30 il ərzində torpaqlarımızı işğalda saxlamış və bu ərazilərdə olmazın cinayətlər törətmiş, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuş Ermənistana isə milyard dollarlarla yardımlar edilir, bu ölkə yenidən silahlandırılır. Bu davranışlar əlbəttə ki, bütün işğal dövründə Qərb ölkələri tərəfindən yürüdülən ikili standartlar siyasətinin davamıdır. Əgər o dövrdə də ermənipərəst qüvvələr öz istəklərinə nail ola bilmədilərsə, bundan sonra artıq onların hansısa nəticə əldə edə bilmək ehtimalı yoxdur. Azərbaycanın öz maraqlarını, öz təhlükəsizliyini qorumaq və bütün xarici təhdidlərə dərhal layiqli cavab vermək gücünə sahib olduğunu artıq bütün dünya bilir” .
Almaniyada Azərbaycanın 1875 xəritəsi – Foto

Maks Frans Quido Freyher von Telman (Max Franz Guido Freiherr von Thielmann) - alman diplomat, siyasətçi və səyyah. Onun 1875-ci ildə Leypsiq şəhərində yerləşən “Duncker & Humblot” çap evində “Qafqaz, Persiya və Asiya Türkiyəsinə səyahət” (Streifzuge im Kaukasus, in Persien und in der asiatischen Turke) adlı kitabı çap edilib. Kitabda gəzdiyi və gördüyü yerlər barədə ətraflı məlumatlar var.

"Bu barədə tarixçi alim Zaur Əliyev məlumat yayıb.

O bildirib ki, müəllif öz kitabında bir xəritə də təqdim edir:

“Xəritədə Azərbaycan adı xüsusi qeyd edilir, sərhədləri və şəhərləri açıq yazılır. Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərin adı tam aydın şəkildə göstərilir. Xəritədə Ermənistan adına, təbii ki, rast gəlmək olmur. Bu xəritə ermənilərin “Azərbaycan adını Stalin qoyub” iddialarına tutarlı cavabdır. 1875-ci ildə nəşr edilən kitabda yerləşən bu xəritə erməni yalanlarını yerlə-yeksan edir”.

476425

Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”
“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”

Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
Soyuq qışa hazırlaşmağa ÇAĞIRIŞ

Avropalıları soyuq qışa hazırlaşmağa çağırıblar.

Lent.az xəbər verir ki, “Bloomberg“ yazır ki, La-Nina təbiət hadisəsi səbəbindən havanın temperaturu keçən illə müqayisədə aşağı olacaq.

La-Nina, mərkəzi və şərq ekvatorial Sakit okeanın səthinin soyumasıdır və Yerin bəzi hissələrində temperaturun aşağı düşməsinə səbəb olan bir fenomendir.

Maxar Proqnoz Mərkəzinin meteoroloqu Metyu Dross deyib: "Mövsüm 10 illik normaldan və 30 illik normaldan daha isti, lakin keçən ildən daha soyuq olacaq".

Noyabr-yanvar ayları arasında La-Nina'nın meydana gəlməsi şansı 83 faizə qədər yüksəkdir. Bu o deməkdir ki, Qərbi Avropaya normadan aşağı temperatur gələcək.

Qitənin bəzi yerlərində meteoroloqlar anomal yağıntıların, o cümlədən qar yağacağını proqnozlaşdırırlar. Eyni zamanda, La-Niña küləyin sürətini azalda bilər ki, bu da külək elektrik stansiyalarında enerji istehsalına mane ola bilər.

Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR

Marketlərdə satılan su məhsulları, pH səviyyəsi, mineral tərkibi və qablaşdırma keyfiyyəti baxımından təhlükəli ola bilər; sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, bu suların xərçəng və digər sağlamlıq problemlərinə yol açma potensialından danışır. Alıcılara keyfiyyətli su seçimi üçün diqqətli olmalarını tövsiyə edir.
Müxtəlif şirkətlərin istehsal etdiyi sularla bağlı mütəmadi olaraq fikirlər səsləndirilir. Əslində mineral tərkibli olduğunu düşünürək aldığımız suların nəinki içməli, məişətdə istifadə üçün də yararsız olduğu düşünülür. Hesab edilir ki, bu məhsullar xərçəng xəstəliyi, daun, autizm kimi sindromların artmasına səbəbdir.

Bu fikirlərlə çıxış edənlərdən biri də Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır.

O Teleqraf.com-a açıqlamasında su ilə bağlı cəmiyyətin bilməli olduğu məqamlara toxunub:

“Su insan orqanizmi üçün ən vacib amillərdən biridir. Xüsusən, orqanizmdə daxili orqanların funksiyasının düzgün şəkildə yerinə yetirilməsi üçün. Eyni zamanda qəbul etdiyimiz qidalardakı toksinlərin tam şəkildə orqanizmdən atılmasından ötrü su mütləqdir. Hər bir orqanizmin də qəbul edəcəyi bəlli bir miqdar var. Normal çəkidirsə, bədən kütlə indeksi həddindən artıq çox deyilsə, piylənmə yoxdursa, bu zaman hər kiloqrama, bədən çəkisinə görə 30 ml su qəbul edilməlidir. Ortalama 8 stəkan su gün ərzində qəbul olunan miqdarın əsas hissəsini təşkil etməlidir.

Qəbul olunan suyun keyfiyyəti ən önəmli faktordur. Çünki suyun tərkibindəki minerallar düzgün qəbul olunmadıqda orqanizmdə vitamin və mineral çatışmazlığı baş verir. Suyun codluluq səviyyəsi düzgün olmadıqda yenə müəyyən problemlər yaranır.

Digər bir məqam suyun pH ölçüsüdür. Bu da ən əsas amillərdəndir.

Ev şəraitində suyu analiz edərək dəqiq nəticə əldə etmək çətindir.

Bunu əsasən laborator analizlər müəyyən edir. Ancaq bir çox məqamlar var ki, biz onları suyu qəbul edərkən də hiss edə bilərik. Keyfiyyətli su qəbul ediriksə, birinci növbədə 4-18 dərəcə arasında temperatura malik olmalıdır. Qəbul edərkən su ağızda yüngül, xoşagələn dad verməli, rəngi parlaq və şəffaf olmalıdır. Mineral dəyəri isə içilə biləcək qədər olmalıdır.

Suyu içdikdən sonra ağırlıq, şişkillik olursa, bu, həmin suyun keyfiyyəsiz olduğunun əlamətləridir. Bu hal həmçinin mineral dəyərinin orqanizmin qəbul edəcəyi həddə olmadığını da göstərə bilər.

Suyun tərkibinə təsir edən digər amil hansı qabda saxlanmasıdır. Su əsasən şüşə qablarda saxlanılmalıdır. Əgər plastik butulkalardadırsa, onun saxlanma şəraitinə, istehsal prosesinə, süfrəyə qədərki bütün prosesə nəzarət olunmalı, lazimi temperatur qorunmalıdır. Açıq havada, günəş şüaları altında saxlamaq düzgün deyil. Çünki plastikin tərkibindəki “bisfinol A” maddəsi hava isti olduqda suya daha sürətlə keçir. Suyu qəbul etdikdə “bisfinol A” maddəsi orqanizmdə xərçəng yaradan təsir göstərir.

Suyun pH səviyyəsi daha çox 7.2 və 8.5 arasında olur. 7.2 və 7.5 hər kəsin istifadə edə biləcəyi ölçüdür. Bu, daha çox heç bir sağlamlıq problemi yaşamayan, eyni zamadan həzm sistemində problemi olmayanlar üçün ən lazımlı miqdardır”.

Məhsəti Hüseynova pH ölçüsünün normal olmadıqda orqanizmdə hansı fəsadlara səbəb olduğundan da danışıb: “Əgər pH düzgün deyilsə, mədə turşuluğu daha çox olur. Həmin şəkildə qəbul olunan su zaman keçdikcə mədədə qastrit, xora kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bizim marketlərdən aldığımız sularda bu məqamlar göstərilməlidir.

Aldığımız sularda diqqət yetirməli olduğumuz əsas məqam qablaşdırmanın düzgün olmasıdır. Qablaşdırmayla yanaşı istehsalçı şirkət, suyun tərkibi haqqında geniş məlumatlar göstərilməlidir. Bu, istehsalçı şirkətin özünə güvəndiyini göstərir.

Aidiyyəti qurumun açıqladığı son məlumata əsasən, 22 istehsalçı müəssisənin 18-də qanunvericiliyin pozulması halları müəyyən olunub. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, əhaliyə satılan sular mərkəzləşdirlimiş su sistemindən götürülür və ya artezian suları qablaşdırılaraq satışa çıxarılır. Bu isə düzgün olmayan prosedur deməkdir”.

Mütəxəssis normalara uyğun olmayan su istehsal edən şirkətlərin adlarını çəkmək istəməyib: “Hansısa şirkət adı çəkmək, reklam və ya antireklam etmək istəmirəm. Hər kəs su alan zaman məlumatları ilə tanış olsun. Ünvan, keçdiyi laborator analizlərin nəticələrinin olub-olmadığına diqqət yetirsinlər. Hər kəs bunları araşdırmaq əvəzinə konkret marka adı soruşur. Həmin suların içində olan minerallar var ki, bunlar əsasən kalsium, natrium, maqnezium, pH səviyyəsi, xlor, kükürd, SO4 və başqalarıdır. Bu elementlərə diqqət edilərsə, keyfiyyətli məhsulu seçmək asan olar”.

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bu gün və sabah Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Naftalan, Tərtər, Bərdə, Siyəzən, Samux, Şabran, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu halda pensiyalar sürətlə arta bilər

Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?

Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər: "Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".

"Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir", - V. Bayramov əlavə edib.

“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
30 sentyabr 2024-cü il tarixində Naxçıvan Gənclər Mərkəzində keçirildi. “VƏTƏN FƏDAİLƏRİ” adlı tədbirdə yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızının müəllifi olduğu “ŞAHMARIN EŞQ ƏSƏRİ” adlı kitabın təqdimatı keçirildi. Səyyad Məmmədovun aparıcılığı, dövlət rəsmilərinin, şəhid ailələrinin, qazilərin, ƏÜO-nun zabit heyətinin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının, eləcə də digər qonaqların iştirakı ilə keçirilən tədbirdə öncə Əlahiddə Ümumqoşun Ordunun Hərbi orkestrının müşayəti ilə ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə sözlərində də deyildiyi kimi minlərlə canın fəda olduğu Azərbaycan Dövlət Himni səslənib.
“ŞAHMARIN EŞQ ƏSƏRİ” kitabının müəllifi Manya Səxavətqızı qonaqları salamlayaraq tədbir və kitab haqqında ətraflı məlumat verib. Ardınca isə digər qonaqlar; Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin mətbuat katibi Günay Malikqızı, Şahmar Quliyevin anası Səkinə Quliyeva, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin ümumi dəstəkçisi Şahin Məmmədov, Şəhid qardaşı və Ali Məclisin deputatı Üzeyir Məmmədov, Şəhid atası Məhəmməd Nəcəfov, Şəhid anaları Rəna Quliyeva,Pakizə Səfərova, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, Şahmarın kursant yoldaşı mayor Yusif Nəcəfov çıxış etdi. Muğam müsabiqəsinin qalibi Murad Laçının ifasında sözləri Manya Səxavətqızına, musiqisi Yaqut Almaza məxsus olan “Müqəddəs Eşqim” adlı mahnı səsləndi. Şahmar Quliyevin adını yaşatmaq üçün “ŞAHMARIN EŞQ ƏSƏRİ” kitabının ərsəyə gəlməsinin təşəbbüskarı olan şəhidin xanımı Gülnarə Quliyeva bütün qonaqlara təşəkkür edərək ən çətin günündə yaşadığı qürurdan danışdı. Sonda bütün qonaqlara kitab bağışlanılaraq xatirə şəkili çəkilib və Şəhidlər xiyabanı ziyarət olundu.

“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR
Kamaləddin Qafarov: “Aşıq Ələsgərin abidəsi Ağkilsə kəndində yenidən ucalacaq”
“Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir. Bu münasibətlə sentyabrın 30-da keçirilmiş dövlət tədbirində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı bu hadisənin əhəmiyyətini xüsusi vurğulayır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdır. “Bildiyimiz kimi, bu Sərəncamlardan biri əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında isə görkəmli xalq sənətkarının abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və sentyabrın 30-da şəhərimizin ən gözəl mərkəzi ərazilərinin birində, gözəl bir parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı. Prezidentin çıxışında qeyd olunduğu kimi, Aşıq Ələsgər 97 yaşına qədər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni şovinistləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan ilk deportasiyası idi.”

Deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevin çıxışında yer alan açıqlamalar Qərbi Azərbaycandan olan soydaşlarımızın qəlblərində yanan ümid çırağını daha da alovlandırmışdır: “Cənab Prezidentin çıxışında bir çox önəmli məqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır. Məlumdur ki, ermənilər 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bizim tarixi abidələrimizi, görkəmli şəxsiyyətlərə ucaldılmış abidələri, məscidlərimizi, saraylarımızı, qəbiristanlıqlarımızı dağıtdıqları kimi, bundan illər öncə Qərbi Azərbaycan ərazisində də bu vandallıqları törətmişlər. O cümlədən, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə sənətkarın doğma Ağkilsə kəndində ucaldılmış abidəsi də 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində, xalqımızın üçüncü deportasiya dalğasına məruz qoyulduğu dövrdə erməni vandalları tərəfindən dağıdılmışdır. Cənab Prezident İlham Əliyev xüsusilə belə bir məqama diqqət yönəltmişdir ki, 1918-ci ildə və 1940-50-ci illərdə baş vermiş ilk iki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır. Əlbəttə ki, bu hal belə bir əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, gün gələcək və Azərbaycan xalqı Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək, Ağkilsə kəndində bununla bağlı mərasim keçiriləcək. Azərbaycan Prezidentinin dediyi hər kəlmənin arxasında sona qədər durduğunu isə, artıq sadəcə xalqımız deyil, bütün dünya yaxşı bilir” .

Xəbər lenti