Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq - AYNA

Bu yaxınlarda Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq.

Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

“Yaxın zamanlarda bu barədə elan ediləcək. Detalları barədə ictimaiyyətə məlumat veriləcək ”, - Anar Rzayev bildirib.

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-18° isti olacaq.

Taksidən istifadə edənlər azalıb - Rəsmi

Taksi ilə bağlı həyata keçirilən tənzimləmələr artıq sərnişinlərin xüsusən də qısamüddətli səfərlərdə tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib.

Trend bildirir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, bu il ötən illə müqayisədə xeyli irəliləyiş qeydə alınıb.

"Avtomobilə yaş məhdudiyyəti və minimum qiymət artımı tətbiq olunub. Taksi qanunvericiliyi qəbul olunub. Buna əsasən, mövcud taksilərə 15 il yaş qadağası, yeni taksilərin yaşı 8 il olmalıdır. Tələb olunan qurğular video kamera, POS terminal, avtomobilə rəng tələbləridir. Qanunvericiliyin mərhələli şəkildə tətbiqinə 2024-cü ilin aprelində başlanılıb. 2024-cü ilin sentyabrından 16 yaşlı taksilərin fəaliyyəti məhdudlaşdırılıb.

Artıq əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50% avtobusa, 20% metroya keçid edib. Orta qiymət 2.2 manat artıb. Parkın orta yaşı ötən il 14.6 il idisə hazırda 9 ildir. Orta səfər məsafəsi 34% artıb. Bununla yanaşı taksinin orta təqdim olunma vaxtı 1.2 dəqiqə artıb", - o əlavə edib.

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlandı - FOTO

Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.

Bu barədə "Report"un Muğan bürosuna yerli tarixçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, arxeologiya üzrə doktorant Ələsgər Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, tapıntılar rayonun Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri zamanı üzə çıxıb.

Tarixçi qeyd edib ki, maddi-mədəniyyət nümunələri sözügedən universitetin tələbələrdən biri tərəfindən təhsil müəssisəsinin muzeyinə təhvil verilib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin "Report"un yerli bürosuna verdiyi məlumata görə, tapıntılar eramızdan əvvəl VIII-VII əsrlərə, dəmir dövrünə aid Muğan arxeoloji mədəniyyətinə məxsus maddi mədəniyyət nümunələridir: "Bu maddi mədəniyyət tapıntılarının ilk nümunələri XX əsrin 30-cu illərində Bakı-Ələt-Astara dəmir yolu xətti çəkilərkən Cəlilabadın indiki Uzuntəpə kəndi ərazisində, Azərbaycanın tanınmış arxeoloqu İsa Cəfərzadə tərəfindən aşkar edilib. İlk dəfə elmə Muğan mədəniyyəti adı ilə daxil olunub. Hazırda tapıntılar aşkarlanan yerdə kompleks arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var".

 

 

 

 
Yarım milyon sənədsiz evin taleyi necə olacaq? - VİDEO

Azərbaycanda təxminən yarım milyona yaxın ev sənədsizdir. Problemin səbəblərindən biri belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Xəzər Xəbər"ə bildirib ki, bələdiyyə sənədilə torpaqların, evlərin alqı-satqısında yaranan problemlər olduqca çoxdur.

Belə ki, Bələdiyyə sənədləri heç bir qurum tərəfindən rəsmi sənəd olaraq qəbul edilmir.

Ekspert deyib ki, bələdiyyə torpaqlarının çoxu fərdi yaşayış evlərinin tikilməsi üçün uyğun deyil. Amma vətəndaşlar bunu bilməyərəkdən həmin torpaqları alıb, evlər tikirlər. Bu isə sənədsiz evlərin sayının artmasına səbəb olur.

Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, 2007-ci ilin noyabrnadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasında heç bir problem yaradıla bilməz. Lakin 2007-ci il dekabrının 1-dən sonra alınan bələdiyyə torpaqlarının qeydiyyatı mümkün deyil.

Deputat həmçinin bildirib ki, yaxın aylarda sənədsiz evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı və yeni qərarın qəbul ediləcəyi gözlənilir.

Kamaləddin Qafarov: “Azərbaycanın MDB məkanında nüfuzu artır”
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. “Bu, əlbəttə ki, Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir göstəricisi kimi dəyərləndirilməlidir. Eyni zamanda , 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş və tamamilə dağıdılmış Laçın şəhərinin növbəti il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması, burada həyata keçirilən və miqyasına görə misli görünməmiş yenidənqurma işlərinin effektivliyinin növbəti təsdiqidir. Cənab Prezidenti dediyi kimi, bu gün artıq Laçın bərpa olunub və burada yeni həyat başlayıb. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”

K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında toxunduğu mühüm məsələlərdən birinin də COP29 iqlim konfransı ilə bağlı olduğunu vurğulayıb: “Bakıda keçiriləcək COP29 iqlim konfransının başlanmasına artıq bir ay qalıb. Ölkəmizin ev sahibliyi edəcəyi bu konfrans dünyada ən böyük beynəlxalq tədbir hesab olunur. Dövlət başçımızın dediyi kimi, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. COP29-a hazırlıq işləri artıq başa çatmaq üzrədir və Azərbaycanın bu tədbiri də ən yüksək səviyyədə keçirəcəyi bu gün heç kimdə şübhə doğurmur. Cənab Prezident öz çıxışında həmçinin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB dövlət başçılarının qəbul edəcəkləri ümumi müraciətin əhəmiyyətini vurğuladı və bir daha diqqətə çatdırdı ki, Azərbaycan faşizm üzərində ümumi qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Prezidentimiz qeyd edib ki, faşizm üzərində ümumi Qələbə MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir”.
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 10-12-də...

Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq.

Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlaşmış vəziyyətdə olacaq.

X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 km sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti 600-700 km/s təşkil edəcək. Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq.

Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasıının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.

cebrayilda-ilk-ders-gununden

Bu gün Cəbrayılda ilk dərs günüdür.

“Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb. 

İlk dərs günündən fotoları təqdim edirik:

 

 












 
yeni-pese-ixtisaslari-yaradildi

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

“Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, təsnifata dəyişiklik edilərək yeni ixtisaslar yaradılıb.

1. “I. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” hissənin “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzar” ixtisasından sonra “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis” ixtisası əlavə edilsin.

2. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə:

2.1. “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər” ixtisasından sonra “Qaz təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;

2.2. “030208 İaşə xidməti” ixtisas qrupuna “Barista” ixtisasından sonra “Qida və içki üzrə nəzarətçi” ixtisası əlavə edilsin;

2.3. “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm təşkilatçısı” ixtisasından sonra “Turizm bələdçiliyi” ixtisası əlavə edilsin;

2.4. “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatika üzrə usta” ixtisasından sonra “Robototexnika” ixtisası əlavə edilsin;

2.5. “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter ustası” ixtisasından sonra “Veb proqram tərtibatçısı” ixtisası əlavə edilsin.

3. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə:

3.1. “030301 Bitkiçilik” ixtisas qrupuna “Meyvə ustası” ixtisasından sonra “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilsin;

3.2. “030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupuna “Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisasından sonra “Aqrar (fermer) təsərrüfatının təşkili” ixtisası əlavə edilsin;

3.3. “030307 Meliorasiya və və çilingər işləri” ixtisas qrupuna “Suvarma sistemlərinin operatoru” ixtisasından sonra “Su təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;

3.4. “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Üzlükçü dizayner” ixtisasından sonra “Mebel dizayneri” ixtisası əlavə edilsin.

4. “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəyə aşağıdakı məzmunda “030433 Geomatika” ixtisas qrupu əlavə edilsin:

5. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə:

5.1. “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik” ixtisasından sonra “Dronların texniki xidməti və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;

5.2. “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Dəmiryol stansiyası və keçidi növbətçisi” ixtisasından sonra “Qatar elektromexaniki” ixtisası əlavə edilsin;

5.3. “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil mexatronikası üzrə texnik” ixtisasından sonra “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;

5.4. aşağıdakı məzmunda “030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti” ixtisas qrupu əlavə edilsin:

6. “VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030802 Çörək məmulatlarının hazırlanması” ixtisas qrupuna “Xəmir qəlibçisi” ixtisasından sonra “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” ixtisası əlavə edilsin.

Xəbər lenti