bu-obyektde-sicanla-yanasi-pisik-de-var-imis

Metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində pirojki satılan yerdə siçovulun olması və obyektin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məlumat vermişdik.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı daha bir məlumat yayıb.

“Mediada yayılan video görüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 132 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu peraşki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib”, - məlumatda qeyd edilib.

DİN toy karvanı iştirakçılarına müraciət etdi

Qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində bildirilib.

"Müşahidələr göstərir ki, toy karvanlarında olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. NİİM toy karvanlarında iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar", - deyə qurumun müraciətində vurğulanıb.

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

44 Günlük Vətən Müharibəsindəki qalibiyyətimizin əsas simalarından biri olan Mayis Bərxudarovun "vurulması" mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayla əlaqələndirilib.

Belə ki, bu işlə bağlı Bakı Apellyasiya Məhkəməsindəki proseslərdə həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində generalın adını hallandırıb.

Gununsesi.info Mais Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən Mais Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".

"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına gəlincə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam".

Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar - XƏBƏRDARLIQ

Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.

Fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər. Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar.

Bəs görəsən, vətəndaşlar bu kimi təhlükələrlə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, hazırki şəraitdə bu kimi problemlərin önləyəcək hansısa tətbiq və ya proqram yoxdur:

"Bu kimi problemlərin qarşısını alacaq tətbiq və ya proqram mövcud deyil. Provayderlərin təhlükəsiz internetə qoşulması mövcuddur, orada isə trafik əvvəlcədən filtrasiya olunur. Amma təhlükəsizliyin əsas prinsipi odur ki, heç kim heç vaxt heç kəsə şəxsi məlumatlarını verməsin".

Ekspert qeyd edib ki, vətəndaşlar şəxsi məlumatlarını heç bir formada hansısa oyun saytında və ya mərc platformasında açıq şəkildə qeyd etməməlidir:

"Əgər adam öz əli ilə kredit kartının məlumatlarını mərc, kazino və ya başqa bir saytda daxil etsə, dələduzluqdan danışmasın. Təqsir özündədir. Vətəndaşlar mütləq şəkildə belə nüanslara diqqət etməlidir".

Xəzərdə nə baş verir? - Hərəkətə keçildi (VİDEO)

Xəzər dənizində suyun səviyyəsinin ildən-ilə düşməsi narahatlıq doğuran məqamlardandır. Artıq bu problemin həll olunması istiqamətində mühim addım atılır.

 "Xəzər Xəbər" xəbər verir ki, Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.

İşçi qrupun tərkibi mühüm dövlət qurumlarından ibarətdir.
İşçi qrup Xəzər dənizinin dayazlaşması ilə ələqadar tədqiqatlar aparacaq.

Həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Qeyd edək ki, hazırda Xəzər dənizinə tökülən çayların ən böyük hissəsi Volqanın payına düşdüyünə görə ilk olaraq işlərə Rusiya ilə başlanılıb. Gələcəkdə isə bu plan çərcivəsində digər Xəzəryanı ölkələr də prosesə cəlb oluna bilər.

Daha ətraflı videoda:
 

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.

5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.

Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.



ADY-nin Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini Əsəd Məmmədov bu gün Qazaxıstanın Almatı şəhərində keçirilən “Nəqliyyatın Təhlükəsizliyi və Rəqəmsallaşdırılması üzrə V Avrasiya Forumu”nda iştirak edib.
Yol-xeber.az" xəbər verir ki,  Forumda “Dəmir yollarının təhlükəsizliyinə daxili nəzarət proseslərinin rəqəmsallaşdırılması” mövzusunda təqdimatla çıxış edən ADY rəsmisi əməliyyatlarda təhlükəsizlik səviyyəsini artıran əsas daxili nəzarət prosedurlarını uğurla avtomatlaşdırlması barədə geniş məlumat verib.
Qeyd olunub ki, ADY-də mexaniki proseslərdən rəqəmsal sistemlərə keçid əməliyyatlar zamanı insan səhvlərini minimuma endirməklə yanaşı, təhlükəsizlik hallarının aşkar edilməsini və həllini sürətləndirib, hesabatlılıq və əməliyyat şəffaflığını artırıb və kağız əsaslı əməliyyatlardan asılılığı azaldıb.
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - PROQNOZ

Oktyabrın 5-də Bakıda hava şəraitinin yağmursuz keçəcəyi, rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axın oldu - FOTO

Sentyabrın 20-də təqdim olunan "iPhone 16" rəsmi şəkildə Bakıya gətirilib.

Milli.az məlumatına görə artıq "iPhone 16"nın satışları başlayıb. Bu barədə elanı məşhur elektronika mağazalarından biri verib.

Onların paylaşdığı görüntülərdə Bakıda, Nərimanov metrostansiyasının yaxınlığında "iPhone 16"ya görə izdiham yaranması əks olunub.

Görüntüləri təqdim edirik:

 

 

 

 
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

Bu, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti