![]() |
|
Bu gün Ramazan ayının altıncı günüdür.
Axar.az Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən xəbər verir ki, mayın 11-də Bakıda imsak saat 03:49, iftar isə saat 20:01-dədir.
Ramazan ayının 6-cı gününün duası:
"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".
Tərcüməsi:
"İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi".
Allah orucunuzu qəbul etsin!
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.
İca başçısı Reporta-a açıqlamasında bildirib ki, həmin vətəndaşın müraciətindən xəbərsizdir və bununla bağlı araşdırma aparacaq:
"Ümumiyyətlə, hər həftənin üçüncü günü Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin ikinci günü isə kəndlərdə səyyar qəbullar keçirirəm. Bütün vətəndaşlar şəxsən mənə müraciət edirlər və onlara köməklik göstərilir. Həmin vətəndaşın müraciəti ilə bağlı mənim məlumatım yoxdur və bununla bağlı araşdırma aparılacaq. Bu barədə mənə məlumat verməyiblər. Heç kimə qəbulda iştirak etməklə bağlı məhdudiyyət qoyulmayıb. Əsasən Prezident İlham Əliyevin tapşırığı ilə aztəminatlı, şəhid ailələrinə və Qarabağ veteranlarına xüsusi diqqət göstərilir".
Qeyd edək ki, jurnalist Kərim Kərimli Feysbukda M.Bəkirovanın müraciətini yayıb. İddiaya görə, M.Bəkirova qəbul günü icra başçısının qəbuluna gedib: "Qəbul günü olsa da, onu sizin yanınıza buraxmayıblar, ona "deyiblər" ki, sənin şəhid olmuş həyat yoldaşın Xocalıda əvvəlcədən növbəyə yazılıb, nömrə götürüb, gedib evində oturub şəhid olmaq üçün növbə gözləyib və növbəsi çatanda da şəhid olub. Ona görə də sən də indi burada əvvəlcə növbəyə yazılmalı, müvafiq nömrə götürməli və gedib gözləməlisən. Tez-tez bizimlə əlaqə saxlamalısan. Nə vaxt, hansı qəbul günü növbən çatsa, onda da səni başçının qəbuluna buraxarıq".
Bu gün Ramazan ayının beşinci günüdür.
Axar.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:51, iftar isə saat 20:00-dadır.
Ramazan ayının 5-ci gününün duası:
"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"
Allah orucunuzu qəbul etsin!
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı 2 nəfər qətlə yetirilib.
Bir neçə yaralının olduğu bildirilir.
Yaralılardan biri - 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir zamanı Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Həmçinin Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.
Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə, satışı dayandırmalı, həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.
10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
Bu gün 9 May - faşizm üzərində qələbə günüdür.
Axar.az xəbər verir ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırım sürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Qeyd edək ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. İcra başçısı bildirib ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.
A. Əsgərov onu da əlavə edib ki, Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Kamran Nəbizadə,Kamilə Əliyeva, Mahir Aslanov, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.
Əməkdar artistlər İlqar Muradov və Aygün Bəylər ifaları ilə mərasimi daha da rəngarəng ediblər. Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.