![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional bazadaha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffafvə obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.
Belə ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb.
Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.
Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29,320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
10:05
Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.
Dövlət başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyib.
Prezident İlham Əliyev bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirib. Dövlət başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğulayıb. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. “Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib. Dövlət başçısı Forumun işinə uğurlar arzulayıb və müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.
Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.
Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə edib. Bildirdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə etdi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu beynəlxalq mötəbər tədbirin vaxtında keçirildiyini vurğuladı və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışıb.
UNESKO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğulayıb. Bildirib ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESKO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini deyib, həmin mötəbər beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini deyib. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğuladı və Foruma uğurlar arzulayıb.
Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirib. O, “Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğulayıb. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni bu baxımdan Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu deyib. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırdı və Forumun işinə uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər cütü arasında ilk oyun keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, “Barselona” doğma meydanda “Liverpul”u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dünən “Tottenhem” və “Ayaks” arasında keçirilən matçda hollandlar 1:0 hesablı qələbə qazanıb.
1 may
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
23:00. "Barselona" - "Liverpul"
***
Oyun başlayıb.
26-cı dəqiqədə Luis Suaresin vurduğu qolla "Barselona" 1:0 öndədir.
***
Oyunun 75-ci dəqiqəsində Messinin vurduğu qolla "Barselona" top fərqini ikiyə çatdırdı.
***
Messinin 82-ci dəqiqədə vurduğu növbəti qolla hesab 3:0 oldu.
***
Oyun başa çatdı.
Rusiya prezidenti Vladimir Putin dopinqdən istifadə edən idmançılarla bağlı cəzanı sərtləşdirib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən, dopinq istifadə edənlər inzibati məsuliyyətə cəlb olunacaq və 80 min rubladək cərimələnəcəklər.
Bu cərimə məşqçilərə, mütəxəssislərə və digər idman işçilərinə də aşmil olunacaq.
Göyçayda yeniyetməni ilan sancıb.
"Qafqazinfo". xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib. Kənd sakini 15 yaşlı Çingiz Musayev otlaq sahəsində xırda buynuzlu heyvanları otaran zaman onu ilan dişləyib. Yeniyetmə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xatırladaq ki, ötən gün Qonşu Şahsoltanlı kəndində 47 yaşlı Hakim Nuriyevi də ilan sancmışdı.
Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanlarının icrası olaraq, nazirlik tərəfindən aprel ayı üzrə 460 000 nəfər şəxsə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsi təmin edilib.
Eyni zamanda, həmin Fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb.
Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.
Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.
I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.
Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.
Bu təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dini təhsilin tədrisi ilə bağlı məsələyə münasibət bildirib.
QMİ sədrinin müavini Hacı Fuad Nurullayev Report-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində dinin tədrisi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir:
“Məktəblərdə fənlərin tədris olunması Təhsil Nazirliyinin öhdəsindədir. Bunun üçün prosesə mütəxəssislər cəlb olunur. Təbii ki, biz də bununla bağlı hər zaman təşəbbüslər irəli sürmüşük. Bu gün orta və ali məktəblərdə oxuyan şagird və tələbələr dini bilgilərə sahib olmaq istəyirlərsə, bu prosesin həyata keçirilməsi müsbətdir. Ona görə də hesab edirəm ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Təhsil Nazirliyinin birgə mütəxəssisləri tərəfindən hazırlıq işləri görülməlidir”.
Onun sözlərinə görə, dini tədris dedikdə yalnız dini anlayışlar nəzərdə tutulur:
“Burada şəriət qanunları tədris olunmayacaq. Şəriət qaydaları məscid, mədrəsə və QMİ-nin kurslarında tədris olunur. Bu gün aparılan təşəbbüslər müqabilində belə qənaətə gəlinib ki, həyat bilgiləri ilə bağlı dərsliklərə geniş şəkildə əlavələr olunsun və yeni dərs ilində orta məktəblərdə “Həyat bilgisi” fənni dolğun şəkildə şagirdlərə çatdırılsın. Eyni zamanda ali təhsil müəssisələrində isə “Multikulturalizmə giriş” fənninin daxilində din tarixi, ümumi dinlərlə bağlı təlimlər, yəni bilgilər tədris olunsun”.
Sədr müavini vurğulayıb ki, orta məktəblərdə dini bilgilərin yer aldığı “Həyat bilgisi” fənni 9-cu sinifə qədər tədris olunacaq:
“Bununla bağlı nazirliyin açıqlaması da var. Mən bunu oradan oxumuşam, mənim sözlərim deyil. Orta məktəblərdə ibtidai sinif şagirdlərinə bununla bağlı müəyyən anlayışlar verilsə də, artıq dini bilgilər yeni tədris ilindən 9-cu sinifə qədər keçiriləcək. 10 və 11-ci sinif şagirdləri üçün isə bu dərslik tədris olunmayacaq. Çünki 9-cu sinifə qədər şagirdin təhsil alması icbari, 10 və 11-ci siniflərdə isə təhsil alması könüllüdür”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənninin kimi tədris olunacağı və orta məktəblərdə tədris olunan “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görüldüyü barədə məlumat yayıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes dövlət çevrilişi edənlərə qarşı silahdan istifadə olunacağını istisna etməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Nacional” qəzeti yazıb.
“Mirafloresə (prezident sarayı –red.) yaxınlaşıb zor tətbiq etmək istəyən müqavimətlə qarşılaşacaq. Lazım gələrsə, silahdan da istifadə edəcəyik”, - deyə Lopes bildirib.