Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dini təhsilin tədrisi ilə bağlı məsələyə münasibət bildirib.

QMİ sədrinin müavini Hacı Fuad Nurullayev Report-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində dinin tədrisi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir:

“Məktəblərdə fənlərin tədris olunması Təhsil Nazirliyinin öhdəsindədir. Bunun üçün prosesə mütəxəssislər cəlb olunur. Təbii ki, biz də bununla bağlı hər zaman təşəbbüslər irəli sürmüşük. Bu gün orta və ali məktəblərdə oxuyan şagird və tələbələr dini bilgilərə sahib olmaq istəyirlərsə, bu prosesin həyata keçirilməsi müsbətdir. Ona görə də hesab edirəm ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Təhsil Nazirliyinin birgə mütəxəssisləri tərəfindən hazırlıq işləri görülməlidir”.

Onun sözlərinə görə, dini tədris dedikdə yalnız dini anlayışlar nəzərdə tutulur:

“Burada şəriət qanunları tədris olunmayacaq. Şəriət qaydaları məscid, mədrəsə və QMİ-nin kurslarında tədris olunur. Bu gün aparılan təşəbbüslər müqabilində belə qənaətə gəlinib ki, həyat bilgiləri ilə bağlı dərsliklərə geniş şəkildə əlavələr olunsun və yeni dərs ilində orta məktəblərdə “Həyat bilgisi” fənni dolğun şəkildə şagirdlərə çatdırılsın. Eyni zamanda ali təhsil müəssisələrində isə “Multikulturalizmə giriş” fənninin daxilində din tarixi, ümumi dinlərlə bağlı təlimlər, yəni bilgilər tədris olunsun”.

Sədr müavini vurğulayıb ki, orta məktəblərdə dini bilgilərin yer aldığı “Həyat bilgisi” fənni 9-cu sinifə qədər tədris olunacaq:

“Bununla bağlı nazirliyin açıqlaması da var. Mən bunu oradan oxumuşam, mənim sözlərim deyil. Orta məktəblərdə ibtidai sinif şagirdlərinə bununla bağlı müəyyən anlayışlar verilsə də, artıq dini bilgilər yeni tədris ilindən 9-cu sinifə qədər keçiriləcək. 10 və 11-ci sinif şagirdləri üçün isə bu dərslik tədris olunmayacaq. Çünki 9-cu sinifə qədər şagirdin təhsil alması icbari, 10 və 11-ci siniflərdə isə təhsil alması könüllüdür”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənninin kimi tədris olunacağı və orta məktəblərdə tədris olunan “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görüldüyü barədə məlumat yayıb.

 

“Silahdan istifadə edəcəyik”

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes dövlət çevrilişi edənlərə qarşı silahdan istifadə olunacağını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Nacional” qəzeti yazıb.

“Mirafloresə (prezident sarayı –red.) yaxınlaşıb zor tətbiq etmək istəyən müqavimətlə qarşılaşacaq. Lazım gələrsə, silahdan da istifadə edəcəyik”, - deyə Lopes bildirib.

Müəllim özünü öldürtmək üçün “killer” tutub

 

İstanbulda məktəblərdən birində müəllim işləyən İlkay Sivaslı adlı qadının 21 apreldə qətlə yetirilməsinin təfərrüatları ortaya çıxıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Tanju adlı şəxs Adanada ələ keçirilməsindən sonra cinayətin necə işlənildiyi məlum olub.

O, polislərə ifadəsində film ssenarisinə mövzu olacaq qəribə təfərrüatları dilə gətirib. Belə ki, Tanju İlkayın 10 ildir birlikdə olduğu kişidən ayrıldıqdan sonra psixoloji sarsıntı keçirdiyini və depressiyaya düşdüyünü deyib. İlkay bu səbəbdən özünü öldürmək istəyib. Bunu özü edə bilməyən müəllim İlkay “killer”lə razılaşıb. Tanjunun sözlərinə görə, İlkayı öldürmək üçün onunla 6 min lirəyə (təxminən 1700 manat) razılaşıb.

Məsələnin digər qəribə tərəfi isə “killerin” qadına aşiq olması olub. Belə ki, Tanju İlkayı sevdiyini bildirib və onu öldürmək istəməyib. Müəllim isə tez-tez qatilinə “Məni nə zaman öldürəcəksən?”, “Məni dostlarımın yanında öldürmə” kimi mesajlar göndərib və ölümünü tezləşdirməsini istəyib.

24 günlük yazışmalar və görüşdən sonra Tanju müəllimi öldürüb. Məlumata görə, o, öncə qadını boğaraq öldürmək istəyib. Buna nail ola bilmədiyi üçün güllə ilə vurub.

Hazırda faktla bağlı araşdırma aparılır.


Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 29-da 74,53 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,3 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,59 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

 

 

Ucarda minik və yük maşını toqquşub

Ucar rayonunda yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Qazax avtomobil yolunun Ucar rayon Müsüslü kəndi ərazisində baş verib. Yük maşını ilə minik maşını toqquşub. Qəza nəticəsində ölən və yaralananların oldugu bildirilir. Hazırda YPX əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı araşdırma aparılır.

 

“Son 15 ildə dünyada Azərbaycan qədər inkişaf edən ölkə olmayıb”

 

Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılıb, hazırlıq işləri aparılıb". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

“Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb, - deyə dövlət başçısı qeyd edib.


Prezidentin nazirlərlə görüşündən

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

"Qafqazinfo" ölkə başçısının nazirlərlə görüşündən video-materialı təqdim edir:

 

Fiziki imkanları məhdud insanların metrodan təhlükəsiz və rahat istifadəsi üçün 10 nəfərdən ibarət işçi qrupu yaradılıb.

Bakı Metropolitenindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.

Sifarişlərin verilməsi üçün əlil arabası ilə olan sərnişinlər metroya minməzdən öncə +994 50 268 00 65 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı "Google play market" elektron əlavələr proqram qovluğuna yüklənib (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).

Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir. Zənglər və ya elektron sifarişlər Bakı Metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.

Sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalarının hüdudlarında bu vasitədən faydalana bilərlər. Xüsusi mobil işçi qrupları yaradıldığından Bakı Metropoliteni QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil edilib.

Ancaq təhlükəsizliyin təmin edilməsi məqsədilə metroda sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

May ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı(norma 18-21 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 33-62 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 68-122 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 8-13, gündüzlər 16-21, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 18, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-62 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.

 

Gəncədə bıçaqlanma olub

Gəncədə bıçaqlanma hadisəsi olub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü Ramal Nəbiyev hər iki sarğı nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. R. Nəbiyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı araşdırna aparılır. 

Xəbər lenti