Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-50-ci km hissəsində, qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Axar.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında abah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Ölkənin lider mobil operatoru Azercell Telekom MMC hər zaman fəaliyyətində sosial layihələrə xüsusi yer ayırır. “Azercell” in dəstəyi ilə 2011-ci il iyun ayının 1-də yaradılan “Mobil Göz Klinikası” bu layihələrdən biridir.

Axar.az xəbər verir ki, valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində 25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə lazımi müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən “Mobil Göz Klinikası” paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-ə yaxın şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində “Azercell” “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

 

30 yeşik Quba alması yola dağıldı

Quba-Xaçmaz yolunda 30 yeşik alma yola dağılıb.

“Qafqazinfo” xəbər verir ki, “Ford” markalı yük maşınının sahibi Zaur Mehdiyevin sözlərinə görə, maşının arxa qapısı açılıb və içi meyvə ilə dolu yeşiklər yola dağılıblar. 

Sürücü almaları Qubadan Sumqayıta satmaq üçün gətirdiyini bildirib. Meyvələr hərəkətin aktiv olduğu yola dağıldığı üçün əksəriyyəti əzilərək yararsız vəziyyətə düşüb. 

 





 
Mingəçevirdə 18 yaşlı qız 5-ci mərtəbədən yıxılıb sağ qaldı
 

Millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə 18 yaşlı qızın beşinci mərtəbədən yıxılması ilə bağlı yayılan xəbərin təfərrüatlarını yazıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə facebook hesabında məlumat verən deputat bildirib ki, Mingəçevir səhiyyəsinin rəhbərinə zəng edərək qızın səhhəti ilə maraqlanıb:

“Ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəydiyi üçün az zədə alıb. Başı və onurğa sümüyü ağır zədələnməyib, qolları sınıb və bədənində zədələri var. Vəziyyəti stabildir.

Qız tam səhiyyə hesabına müalicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Ciddi ehiyac yaranarsa vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da Bakıya göndəriləcək.

Telefon nömrələrini taparaq qızın atası, nənəsi və qayınanası ilə danışdım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim. Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi, ya da hədiyyə göndərəcəyimi bildirdim”. 

Qeyd edək ki, mətbuatda gənc qızın nişanlı olduğu, yaxın vaxtlarda toyunun olacağı yazılır. 

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə jurnalistlərlə birlikdə ağacəkmə aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, bu kampaniya “Bu yaz özün bir təbiət yarat” şüarı altında təşki olunacaq.

Media əhli və nazirlik nümayəndələri Zığ şossesinin kənarında ağaclar əkəcək, salınmış yaşıllıq əraziyə “Yaşıl Qələm” jurnalistlər bağı adı veriləcək. Bağd feyxoa və yapon əzgili ağacları əkiləcək.

Aksiyada digər şəxslər də iştirak edə bilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.

Qurumdan Axar.az-a bildirilib ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara tapşırıq verib.

Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicəsi ilə maraqlanıb, bəzilərinin isə əməliyyat olunması üçün Bakıda və ya rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Seçicilər millət vəkili ilə görüşdə əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən son qərarlarına görə ölkə rəhbərinə təşəkkür ediblər.

Görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı da müzakirələr aparılıb.

Millət vəkili seçiciləri narahat edən bir sıra digər məsələləri Bakıya qayıdan kimi həll edəcəyinə söz verib.

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

Report xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəbələrə qəbul elektron qaydada qəbul edəcək.

BŞTİ rəsmisi qeyd edib ki, martın 11-də səhər saat 10-da sənəd qəbulu başlayır.

Xəbər lenti