![]() |
|
Azərbaycanda yanvar ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturun ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Yanvar ayının ilk günlərində mülayim,əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 3-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 0-2 dərəcə şaxta, (gecələr 3-8, bəzi günlərində 11-16 dərəcə şaxta, dağlarda 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 1-3 dərəcə şaxta (gecələr 2-7 dərəcə şaxta, bəzi günlərində 10-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 16-24 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan-3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Sahibkarlıq subyektlərində gömrük auditindən müvəqqəti azadolma aradan qaldırıla bilər.
Axar.a xəbər verir ki, bunu nəzərdə tutan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklik bu gün parlamentin plenar iclasında qəbul edilib.
Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.
Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.
Qeyd edək ki, hazırda 2.1-ci maddayə əsasən yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Azərbaycan Dəmir Yolları QSC dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.
Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.
Qatar № 702 Bakı-Gəncə |
Sürətli sərnişin |
Qatar № 701 Gəncə-Bakı |
||||||
Yolda olma vaxtı:4 saat. 28dəq |
30.12.2018-ci il tarixdən etibarən |
Yolda olma vaxtı:4 saat. 26dəq |
||||||
Çatma |
Daya-nacaq |
Yola düşmə |
Aralıq məntəqələr |
Məsafə |
Kod |
Çatma |
Daya-nacaq |
Yola düşmə |
- |
- |
9.00 |
Bakı-sərn. |
0 |
5700000 |
13-26 |
- |
- |
- |
- |
9.07 |
Keşlə |
6 |
547001 |
- |
- |
13.18 |
9-14 |
2 |
9.16 |
Biləcəri |
14 |
546808 |
13-08 |
2 |
13.10 |
- |
- |
9.28 |
Abşeron |
26 |
548004 |
- |
- |
12.56 |
- |
- |
9.33 |
Puta |
33 |
548108 |
- |
- |
12.51 |
- |
- |
9.41 |
Qaradağ |
45 |
548004 |
- |
- |
12.43 |
- |
- |
9.50 |
Səngəçal |
60 |
548305 |
- |
- |
12.35 |
- |
- |
9.57 |
Qobustan |
69 |
548409 |
- |
- |
12.28 |
- |
- |
10.06 |
Baş Ələt |
83 |
548502 |
- |
- |
12.19 |
- |
- |
10.15 |
Atbulaq |
96 |
548907 |
- |
- |
12.10 |
- |
- |
10.28 |
Pirsaat |
116 |
549100 |
- |
- |
11.56 |
- |
- |
10.35 |
Hacıqabul |
127 |
554202 |
- |
- |
11.47 |
- |
- |
10.43 |
Muğan |
139 |
554306 |
- |
- |
11.38 |
- |
- |
10.50 |
Qarasu |
153 |
554310 |
- |
- |
11.29 |
- |
- |
10.58 |
Padar |
165 |
554325 |
- |
- |
11.21 |
- |
- |
11.07 |
Sığırlı |
178 |
554336 |
- |
- |
11.13 |
- |
- |
11.23 |
Kürdəmir |
203 |
554607 |
- |
- |
10.57 |
- |
- |
11.39 |
Müsüslü |
223 |
554700 |
- |
- |
10.44 |
- |
- |
11.57 |
Ucar |
249 |
554908 |
- |
- |
10.26 |
- |
- |
12.12 |
Ləki |
269 |
555008 |
- |
- |
10.10 |
12-32 |
2 |
12.34 |
Yevlax |
294 |
555101 |
9-50 |
2 |
9.52 |
- |
- |
12.45 |
Mingəçevir |
305 |
555703 |
- |
- |
9.41 |
12-54 |
2 |
12.56 |
Goran |
319 |
555900 |
9-31 |
2 |
9.33 |
- |
- |
13.04 |
Kürək-çay |
329 |
557605 |
- |
- |
9.23 |
- |
- |
13.13 |
Dəliməmmədli |
344 |
556000 |
- |
- |
9.15 |
- |
- |
13.18 |
Zazalı |
349 |
556104 |
- |
- |
9.10 |
13-28 |
- |
- |
Gəncə |
364 |
556208 |
- |
- |
9.00 |
702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gediş haqqı CƏDVƏLİ
Istiqamət |
Məsafə km |
Siniflər üzrə Tariflər (ƏDV daxil olmaqla) (AZN) |
||
Standart |
Biznes |
Birinci klass |
||
Bakı-Gəncə |
364 |
15.0 |
50.0 |
100.0 |
Bakı-Goran |
319 |
14.0 |
47.0 |
93.0 |
Bakı-Yevlax |
294 |
13.0 |
43.0 |
87.0 |
Biləcəri -Gəncə |
350 |
14.0 |
47.0 |
93.0 |
Biləcəri -Goran |
305 |
14.0 |
47.0 |
93.0 |
Biləcəri -Yevlax |
280 |
13.0 |
43.0 |
87.0 |
Yevlax -Gəncə |
70 |
4.0 |
15.0 |
30.0 |
Yevlax -Goran |
25 |
3.0 |
11.0 |
23.0 |
Yevlax -Biləcəri |
280 |
13.0 |
43.0 |
87.0 |
Yevlax - Bakı |
294 |
13.0 |
43.0 |
87.0 |
Goran -Gəncə |
45 |
4.0 |
12.0 |
25.0 |
Goran -Yevlax |
25 |
3.0 |
11.0 |
23.0 |
Goran -Biləcəri |
280 |
13.0 |
43.0 |
87.0 |
Goran- Bakı |
319 |
14.0 |
47.0 |
93.0 |
Gəncə - Goran |
45 |
4.0 |
12.0 |
25.0 |
Gəncə - Yevlax |
70 |
4.0 |
15.0 |
30.0 |
Gəncə - Biləcəri |
350 |
14.0 |
47.0 |
93.0 |
Gəncə - Bakı |
364 |
15.0 |
50.0 |
100.0 |
Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.
Hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.
Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.
Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər qəbul edilib.
Axar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq dəyişir.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə eyni sığorta haqqı məbləği neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq, bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə də aid edilməsi təklif edilir.
İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda - 18 yaşınadək şəxslər, peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan 23 yaşınadək Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.
Layihəyə görə, icbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta haqları, dövlət büdcəsinin vəsaiti, subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlər, “İcbari sığortalar haqqında” nəzərdə tutulmuş təqvim haqqından ayırmalar, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətiəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar, “Qrant haqqında” qanuna uyğun verilən qrantlar, ianələr və yardımlar, azadolma məbləği və bu qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən və hesablanmış faizlərdən daxilolmalardır.
Deputat Vahid Əhmədov həmkarlarını layihəyə müzakirəsiz səs verməyə dəvət edib:
“Bu qanunu çoxdan gözləyirdik. Qanunun qəbulu və 2020-ci ildən işləməsi böyük hadisədir. Gəlin, layihəni qəbul edək, lazım gəlsə, sonrakı iclaslarda dəyişiklik edərik”.
Elmira Axundova isə deyib ki, qanun bir neçə il əvvəl hazırlanıb və yeni qanun layihəsini qəbul etməyə ehtiyac var.
İcbari Tibbi Qığorta Agentliyinin direktoru Zaur Əliyev də parlamentdə çıxış edib. O deyib ki, artıq Azərbaycanın 3 rayonunda pilot layihə keçirilib:
“Pilot dövründə müsbət nəticələr əldə olunub. Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əmək haqlarına əlavələr etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alır. Orta tibb işçilərinin də əmək haqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb”.
Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər alıb. Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Axar.az xəbər verir ki, əvvəlcə Dövlət Gömrük Komitəsinin sri Səfər Mehdiyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.
Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.
DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Parlament “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupununun rəhbərlərinin seçilməsi” haqqında Milli Məclisin 2016-cı il 4 mart tarixli 161-VQR nömrəli qərarının 2,17 və 25-ci bəndələrinin yeni redaksiyada verilməsi haqda qərar verib.
Axar.az xəbər verir ki, Milli Məclisin 2016-cı il 4 mart qərarının yeni redaksiyada verilməsində məqsəd Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsidir.
Qərara əsasən, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişlidə inşa edilən 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, dekabrın 28-də yeni yaşayış binasında mənzillərin sənədlərinin təqdim olunması mərasimi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə mühüm tarixi nailiyyətlər qazandıran uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsi olaraq, respublikamızda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesləri, əldə olunan uğurlar, eyni zamanda, dövlətimizin sosial siyasətinin də ildən-ilə güclənməsi ilə müşahidə olunur.
Hidayət Abdullayev sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edib, hazırda mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, belə sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına xidmət edir.
Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatının xeyli güclənməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamına əsasən, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün cari ildə əlavə olaraq ən azı 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 626 mənzilin həmin insanların istifadəsinə verilməsinə imkan yaradıb.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən aparat rəhbəri, həmçinin bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib. O, şəhid ailələrinin üzvlərinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillə təmin edilmələri münasibətilə təbriklərini çatdırıb.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinə, dövlətin qayğısı ilə əhatə olunduqlarına, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillər verildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.