Prezident milli məkanlarla bağlı fərman imzaladı

Azərbaycanda “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratmaq və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görmək tapşırığı verilib.

 Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər:

1. milli məkan məlumatlarını bu fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər,

2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.

Nazirlər Kabinetinə milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etmək tapşırılıb.

 

 

 

 

Misirdə turistlərin avtobusu partladıldı

Misirin paytaxtı Qahirədə turitləri daşıyan avtobusa bombalı hücum olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə Giza pirmadiları bölgəsində baş verib.

 

Avtobusun partladılması nəticəsində 2 vyetnamlı turist ölüb, 10 nəfər isə yaralanıb.

Teraktın hansı qruplaşma tərəfindən törədildiyi bilinmir.

 




 

Dövlət qulluğu imtahanını cəmi 25 % şəxs uğurla verib

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən 343-ü imtahanda iştirak üçün qeydiyyatdan keçib və onlardan 51-i müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12-si uğur qazanıb.

Ümumilikdə imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475-i (25,7 faiz) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Növbəti müsahibə elanları dim.gov.az saytında yerləşdiriləcək.


15:26

Dekabrın 28-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.

Axar.az xəbər verir ki, qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, ötən gün Şəki və Oğuz rayonlarına da qar yağıb.

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Report-un əldə etdiyi məlumata görə, bui vəzifəyə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilən Natiq Abbasovu əvəz edib.

Milli Məclis “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Axar.az xəbər verir ki, qanunun mahiyyətin görə, kənd təsərrüfatı sahəsində yeni kooperasiyaların yaradılması nəzərdə tutulur.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi rəhbərlik etdiyi komitədə geniş müzakirə edilib və yekdilliklə dəstəklənib. Komitə sədri qanunun qəbulunu kənd təsərrüfatında inkişafa səbəb olacağını xatırladaraq həmkarlarını layihəyə səs verməyə çağırıb.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İctimai Televiziya (İTV) dekabrın 31-i saat 00:00-da rebrendinq edəcək.

Axar.az televiziyanın ictimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, İTV rebrendinq edərək tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də verilişləri, eksklüziv yayımları ilə yeni mövsümə start verəcək.


Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına və yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.

Xidmətdən Axar.az-a verilən məlumata görə, qurumun rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə 2018-ci ildə Xidmət tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib, idarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Silahlı Qüvvələri ilə bağlı ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi işi bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir.

Xidmət rəisi ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əldə edilən nəticələri vurğulayıb. Qurumun peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Bildirilib ki, hazırda qurum tərəfindən “ASAN xidmət” mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı və qurumun elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. Həmçinin il ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri diqqətə çatdırılıb.

Sonra general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərdən danışıb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə rəhbərlik etdiyi qurum tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.

Hesabat müşavirəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xidmətin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminliklə bildirib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər təqdim olunub.

  • Facebook 
  •  
  •  
  •  

15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Bu vəzifəyə təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə Ata Konsaltinq MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “onsaltinq-AZ MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Qeyd edək ki, İ.Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb.

DSX-nin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmala­rını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti əra­zisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləmiş, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin dö­yüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunan hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.

E.Quliyev Qazax və Ağstafa rayonlarının əra­zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mü­ha­fizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sər­həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar­malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış ol­muş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yox­la­yıb.

DSX rəisi sər­həd dö­yüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib, şəxsi heyətlə birgə nahar edib, qar­şıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bay­ramı müna­sibətilə sərhədçiləri təbrik edib, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffə­qiyyətlər arzulayıb.

Xəbər lenti