|
Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışmasında komandasına qalibiyyət gətirib.
"Baku.ws xəbər verir ki, P.Abdullayev yarışmada əsas rəqiblərdən sayılan Ogeday üzərində möhtəşəm qələbə qazanıb.
“Qırmızılar” komandasında yer alan Pərvizin möhtəşəm performansı komandasının "ödül oyunu"nu qazanması ilə nəticələnib. Kobra Pərvizin son qarşılaşmada qələbəsi rəqibi Ogedayı özündən çıxarıb.
Görüntüləri təqdim edirik:
"Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır..."
Yenisabah.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında "Location" klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:
"Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır".
Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:
"Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.
Kasıb təbəqə nə etməlidir? Onlar görür ki, Azərbaycan xalqının varını-dövlətini sümürənlər bir hissəsini xaricdə xərcləyir, bir hissəsini də bu cür gecə barlarında səpələyir. Buna görə onlarda qıcıq yaranır. Bu partlayış təbii ki, xoşagələn hal deyil, biz bundan üzülürük, amma ələxüsus da Ramazan ayının girdiyi gündə gecə saat 3-də o bar niyə açıq olmalıdır?! Ümumiyyətlə, məmur təbəqəsi, onların xanımları, övladları Azərbaycanda sabitliyin pozulması üçün əlindən gələni edirlər. Mən buna çox pis baxıram. Gəlin, hamımız ölkə prezidentinə kömək edək ki, ölkədə siyasi sabitlik nəzarətdən çıxmasın. Hər halda, bu barədə yoxlamalar gedir, prokurorluq müəyyən açıqlamalar verib, lakin düşünürəm ki, nə qədər ki, Azərbaycanda harınlamış təbəqə var, bununla məsələ bitməyəcək.
Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır. Hamısı belədir".
Onun sözlərinə görə, dövlət idarələrində çalışan məmurların var-dövləti əllərindən alınmalıdır:
"Dövlət idarələrində işləyənlərin əllərində nə varsa, maaşları istisna olmaqla alınmalıdır. Bu zaman sabitlik olacaq. Bu olmasa mümkün deyil, yalandan "Hər şey əladır" deməklə olmur, bilirik ki, elə deyil. Bu da kasıb xalqda qıcıq yaradır. Millətin bir hissəsi acdır, şəhid ailələrinin durumu ağırdır. Qazilərimiz yeməyə çörək tapmırlar, bəzi məmurların övladları da gecə barlarda xarici vətəndaşlarla eyş-işrət yaşayırlar. Buna qarşı ciddi tədbir görülməlidir".
Məşhur türkiyəli aşpaz Burak Özdəmir (CZN Burak) noyabr ayında İngiltərənin paytaxtı Londonda istifadəyə verəcəyi yeni restoranının şərikini açıqlayıb.
"Bu barədə “Haber Global” məlumat yayıb.
“Bu ilin 11-ci ayında İngiltərədəki restoranımızı açırıq. Londonda Kriştianu Ronaldu ilə şərik restoran açırıq”, - deyə o bildirib.
Ötən gün gecə saatlarında azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur.
Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib:
“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.
Xocalı faciəsi zamanı əsir düşmüş Dürdanə Ağayevanın Ölkə.Az-a müsahibəsini təqdim edirik:
- Salam, Dürdanə xanım. Sizin üçün çətin olsa da, Xocalını bizə anlada bilərsinizmi?
- Mən 1972-ci ilin 12 yanvarında Xocalı şəhərində anadan olmuşam. Xocalı faciəsi baş verən zaman isə 20 yaşım vardı. Xocalının mərkəzində yaşayırdım. 1990-cı ilə qədər Xocalı balaca bir kənd idi. 1991-ci ildə Xocalıya şəhər statusu verdilər. 90-cı illərdən Xocalıda tikintilər getməyə, evlər tikilməyə başladı. Hələ 1988-ci ildə Xankəndidən Xocalıya pənah gətirmiş azərbaycanlılar vardı. Qərbi Azərbaycandan qaçqın gələnlər, Əsgərandan məcburi köçkün gələnlər Xocalıda yerləşdirildi. O vaxtlar Xocalının 7 min əhalisi var idi. Xocalı günü-gündən böyüyürdü.
Müharibə getməsinə baxmayaraq xocalılılar əhval-ruhiyyədən düşmür, qorxmurdurlar. Əksinə, Xocalı faciəsinə qədər məktəblər, xəstəxanalar, fabriklər, doqquzmərtəbəli yaşayış binaları tikilirdi.
Xocalı elə bir vacib yerdə idi ki, ermənilər çox çətinlik çəkirdilər. Balaca Xocalı Əsgəran və Xankəndinin ortasında yerləşirdi. Ona görə önəmli idi ki, Qarabağın magistral yolu Xocalıdan keçirdi və ovaxtkı Dağlıq Qarabağda yeganə hava limanı bu şəhərdə idi. Ona görə də ermənilər 1992-ci ildə ilk olaraq Xocalını işğal etmək qərarına gəldilər ki, bu yol açılsın, hava limanı onların əlinə keçsin. Və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə çox ağır bir gecə oldu.
- Həmin gecəni necə xatırlayırsınız?
- Xocalı faciəsi bizim qan yaddaşımızdır. Bu, elə bir faciədir ki oradan sağ çıxmaq insanın şansı gətirmək deməkdir...
Xocalı faciəsinə qədər Xocalı rabitə qovşağında telefonçu işləyirdim. Hər dəfə zəng gələndə dəstəyi götürüb “üçüncü, buyurun” deyirdim. İndiyə qədər də rabitə sistemində çalışıram.
O gecə, fevralın 25-dən 26-na keçən gecə bütün şəhərə sükut çökmüşdü. O sükut saat 23:00-da pozuldu. Xocalıya ilk olaraq tank və topdan atəş açdılar. Xocalı dağıldı, evlər yandı, yerlə-yeksan oldu. Əhali məcbur Qarqar çayından keçib üzü Ağdam tərəfə irəliləməyə başladı. Xocalıllar 5 il atəş altında yaşadılar, ancaq həmin gün Xocalını qoruya bilmədilər. Çünki Xocalıda hərbi texnika yox idi. Xocalıya hücum edən isə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı və erməni silahlı dəstələri idi. O gecə şəhəri qarət etdilər, Xocalılara qarşı soyqırımı törətdilər. İnsan axını Xocalının Çətik meşəsinə axışdı. Buz kimi Qarqar çayını keçərək qarın üstündə yerimək insanları məhv etdi.
Ermənilər meşə yolunda xocalıları qarşısını kəsərək onları gülləbaran etdilər. Çingiz Mustafayevin Xocalı qurbanlarını çəkdiyi yerdə yaralanaraq əsir götürüldüm.
- Əsirlik dövründə yəqin ki, digərləri kimi sizə də işgəncələr veriblər...
- Ayağımdan güllə yarası almışdım. 8 gün erməni zindanında qaldım, işgəncə gördüm, bağırtı, çağırtı eşitdim. Bizim əsgərlərimizi, döyüşçülərimizi elə döyürdülər ki, o cəhənnəm ocağında bağırtı səsindən qulaq tutulurdu. Biz qaldığımız yer Əsgəran rayonunun polis idrəsinin zirzəmisi idi. Ora cəhənnəm düşərgəsi idi.
Bizim evdən tək mən yox, qardaşım Elşad da əsir düşmüşdü. Hətta digər əsirlər geri qaytarılanda mən qardaşıma görə qapının arxasında gizləndim, getmədim. Qardaşımı qoyub çıxa bilmədim.
Rabitəçi olduğumu bildikdən sonra mənə işgəncə verməyə başladılar. 7-8 saat soyuq suda saxladılar, zəncirlə, kəmərlə, dubinka ilə döydülər, əllərimi qapının arasında qoyub sıxdılar, mənə növbənöv işgəncə verdilər. Məndən gəncliyimi aldılar.
Bu gün də orada qaldığım üçün peşman deyiləm. Bir dəfə də olsun deməmişəm ki, kaş mən rabitəçi olmazdım, kaş Xocalıdan olmazdım, əsir düşməzdim. Bu gün də fəxr edirəm ki, mən rabitəçi olmuşam və Xocalının son günlərinə qədər orada yaşamışam. Mən xoşbəxt bacıyam ki, işgəncələrə, təhqirlərə, sağlamlığımı itirməyimə baxmayaraq qardaşımı əsirlikdən çıxara bildim.
- Əsirlikdən necə xilas oldunuz?
- Əsgərandakı həmin zirzəmidə 50-60-a yaxın qadın və uşaq vardı. Milli Qəhrəman Allahverdi Bağırov onları bir gecənin içərisində benzinə, siqaretə geri almışdı. Mən orada qardaşıma görə gizlənib tək qalmışdım. Dəqiq xatırlamıram, deyilənə görə, mən əsirlikdən xilas ediləndə martın 4-ü olub. Tarixlə bağlı xatırladığım odur ki, həmin il fevral 29-dan idi.
Allahverdi Bağırovun ruhu şad olsun. O, 8 gündən sonra bizi ermənilərin əlindən aldı, işgəncələrdən qurtulduq. Bu gün onun sayəsində yaşayıram. Təəssüf ki, A.Bağırov da şəhid oldu.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Ağdama gedərək Allahverdi Bağırovun məzarını ziyarət etdim, ona minnətdarlığımı çatdırdım. O mənim xilaskarımdır.
- Bəs əsirlikdən sonra səhhətiniz necə oldu?
- Əsirlikdən sonra psixoloji problemlərim oldu. Çətinliklərə baxmayaraq yaşadım, öz ayaqlarımın üstündə durmağı bacardım. Bilirsiniz, indi danışsam da, o illərdə bu mövzudan həmişə yayınırdım, utanırdım. Heç kimi yaxınıma buraxmırdım. Amma zaman gəldi, ailə qurdum, bir qız övladım dünyaya gəldi. Ondan sonra tədbirlərə getməyə başladım. Özümü tanıtdırdım ki, mənim kimi bir rabitəçi var.
Hətta başıma gələnlərlə bağlı “Erməni zindanında 8 gün adlı” kitab da yazmışam. Kitab ilk dəfə Türkiyədə - İstanbulda çap olunub. Türkçə yayımlanan bu kitab 10 min tirajla çap edildi. Son vaxtlar yenə həmin kitaba tələbat var.
2017-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə kitabım rus dilində tərcümə olundu və Moskvada təqdimatı baş tutdu. Daha sonra isə kitab ingilisə və Azərbaycan dilində çap edildi.
İki il bundan əvvəl isə sözügedən kitabı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdim. Ərdoğan sonradan həmin kitab barədə çıxışlarından birində danışmışdı. Mən Xocalı faciəsini yaşayan və sonra bu barədə kitab yazan yeganə qadınam. Şükür ki, Allah bu gücü mənə verdi.
- O qədər işgəncə və zülümlərdən sonra indi səhhətiniz necədir?
- Həkimlərimiz əməliyyat edərək ayağımdakı gülləni çıxardılar. Bəzi orqanlarım soyuqlamışdı, müalicə olundum. Bu gün ayaq üstə olsam da, erməninin zərbəsini ağrılarını hələ də yaşayıram. O işgəncələrin əzabını bu gün də çəkirəm. Ağır şəkər xəstəsiyəm, ürəyimdə problemlər var, onkoloji xəstəyəm. Bir sözlə, dərmanla yaşayıram.
Onkoloji xəstəliyimə görə, həkimlər bu faciədən danışmağa icazə vermir. Çalışıram danışanda da sakitliyimi qoruyum, kədərli notlara toxunmayım. Çünki elə danışanda faciəni yenidən yaşamış kimi oluram. Xoşbəxt qadınam ki, əsirlikdən çıxandan sonra güc tapıb yeridim, yaşadım, ana oldum.
- Sizdə Xocalıya, gəncliyinizə dair heç foto qalıbmı?
- Həmin dövrdən məndə foto qalmayıb. Özümüzü gətirib çıxara bilmədik, qaldı ki foto. Bircə o vaxtı toyda çəkdirdiyim foto var.
Xocalıdan ailəmlə birgə çıxmamışam. Anamdan, iki qardaşımdan, yaşlı nənəmdən xəbərim yox idi. Əsirlikdən sonra qarşdaşım Elşadla gəldik anamla, qardaşlarımla görüşdük.
Bu foto isə əsirlikdən sonra çəkilib. Sağ və sol tərəfdə dayananlar nənələrimdir.
- Bəs, ailənizdən və ya qohumlarınızdan başqa öldürülən olmuşdumu?
- Xocalıdakılar zəncir kimi bir-birinə qohum idi. Qohumlarımızdan şəhid olan çox oldu. Ailəmizdən isə iki canlı şəhid oldu: biri mən, biri də qardaşım. Mən ölüb-dirilən qadınam. Mən ölmüşəm, ürəyim dayanıb, məni götürüb küçəyə atıblar, sonra dirilmişəm. Sonra o şaxtanın altında huşum yerinə gəlib.
Bir qız övladım var. Övladımı elə tərbiyə edirəm ki, o heç vaxt düşməni unutmaz. Sizin vasitənizlə gənclərimizə səslənirəm: Heç vaxt düşməninizi unutmayın. Düşmən həmişə düşməndir, o həmişə öz hiyləsində qalır. Üzdə olmasa da, gizli yolla öz düşmənliyini edəcək. Mən elə ona görə danışıram ki, Azərbaycan gəncləri ermənini özünə əbədi düşmən bilsin və bu faciələrimizi unutmasınlar. Allah vətənimizə, millətimizə bir də pis gün göstərməsin.
- Müsahibə üçün çox sağ olun.
- Siz də sağ olun, danışmalıyıq ki, hər kəs baş verənləri bilsin.
Billurə Yunus
Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkar Kamil Cəlilov dəfn yeri məlum olub.
Bu barədə “Report”a Xalq artistinin ailəsindən məlumat verilib.
Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, dünən 84 yaşında vəfat edib.
Müğənni Vasif Məhərrəmli sosial şəbəkələrdən danışıb.
"Şourum" proqramına müsahibə verən sənətçi haqqındakı xəbərlərin sosial şəbəkələrdə yanlış təqdim edildiyini bildirib.
İfaçı 2018-ci ildə çəkdiyi stress səbəbilə vəfat etdiyi deyilən repçi Anar Nağılbazı sosial şəbəkələrin öldürdüyünü deyib:
"Bu gün sosial şəbəkələr məşhur insanların tənqid və təhqir obyektinə çevrilməyinə səbəb olur. Mən bu gün də deyirəm ki, Anar Nağılbazı sosial şəbəkələr öldürdü. Kim ki əlini atıb klaviaturaya onun haqqında yazı yazmışdı, yəqin, indi onun vicdanı sızıldayır".
Ətraflı videoda:
“Survivor All Star” yarışmasının ada məclisində Yasin Obuz və Hikmət Tuğsuz arasında dava düşüb. Məclisin çəkilişləri başa çatan kimi Acun Ilıcalı studiyanı tərk etmək istəyərkən gözlənilməz dava baş verib.
Baku.ws məlumatına görə, ada yığıncağından dərhal sonra Yasin Hikmətlə mübahisəyə başlayıb.
Yasin əvvəlcə Hikmətin üstünə qışqırıb, daha sonra ona fiziki təzyiq göstərib.
Mübahisə zamanı Yasin Hikmətin ona böhtan atdığını deyib: "Biz kürsüdəyik və insanlar bizə səs verir. Amma bir dostum hələ də şər-böhtan ataraq məni pis göstərməyə çalışır".
Proqramın çəkiliş heyəti iştirakçıları çətinliklə sakitləşdirib.
Bu səbəbdən təcili məclis təşkil edən Ilıcalı iştirakçılara öz iradını bildirib: "Ada məclislərində çox gərginlik görürük. Amma bir neçə saat əvvəl baş verən bu hadisə kimi bir şey görməmişdik. Sizinki açıq-aşkar sözlü hücumdur, sonra fiziki hücumdur".
83 yaşlı Xalq artisti Arif Babayevin müalicəsi davam edir.
Bu barədə Yol-xeber.az-a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. O, atasının səhhətinin yaxşı olduğunu bildirib:
“Atamın vəziyyəti yaxşıdır. Şükür allaha hər şey qaydasındadır. Müalicəsi evdə davam edir. Həkimlər də deyir ki, səhhəti yaxşılığa doğru gedir” – Y.Babayev deyib.
Qeyd edək ki, A.Babayev insult, beyinlə əlaqəli müalicə alır.