"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında gərgin anlar yaşanıb. 

Baku.ws xəbər verir ki, proqrama gələrək kömək istəyən Sevda adlı xanımla ekspert qismində çıxış edən psixoloq Elmir Əkbər arasında mübahisə baş verib.

Elmir nigahdan kənar, qeyri-qanuni övlad dünyaya gətirən qadına bir sıra məsləhətlər verib. Bundan sonra Sevda "Sənin özünə psixoloq lazımdır" deyərək onu təhqir edib. 

Sözügedən qadın psixoloqa təhqirlərini davam etdirib. Elmir ona xanım adının yaraşmadığını deyib. Sevda isə "Mən də heç sizə kişi gözü ilə baxmıram" sözlərini söyləyib. 

Ətraflı videoda:

Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Görməmisiniz də, hə, babanızı?” deyə sual verib. Anar isə “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının sualı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.

Sözügedən paylaşımları təqdim edirik:

 

 

 

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışmasında iştirakını başa vurub.

Baku.ws xəbər verir ki, buna səbəb P.Abdullayevin ayağından aldığı zədə olub.

Layihənin rəhbəri Acun Ilıcalı azərbaycanlı iştirakçının yarışa aldığı zədə ucbatından davam etdirə bilməcəyini rəsmən açıqlayıb.

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.

APA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.

"İndi deyirlər ki, bütün gününü "Tiktok"da keçirirsən. Bir də görürsən heç girmirəm, qazanmıram. Amma olur ki, günə 3 min dollar pul gəlir".

Bunu aktrisa Pərvin Abıyeva “Tarixin bir günü” verilişində qonaq olarkən deyib.

"Tiktok"a ilk gəldiyim ay 35-36 min dollar qazanmışam. O pulu özümə xərcləmədim. Qazanmağı sevən adamam. Əvvəl "Tiktok"da qazanmaq olmurdu və ona görə də istifadə etmirdim. İndi isə oyunlara görə girirəm. Çünki nə yolla olursa olsun pul qazanmağı sevən insanam. Kişi kimi bir varlığam, daşdan pul çıxarmağı bacarıram. Harada pul görürəmsə, ora qaçıram. Pulu yox, qazanmağı sevdiyimə görədir", - aktrisa söyləyib.

Ötən ilin statistikasına nəzər salsaq, dünyada təxminən 55 nəfər jurnalist həyatını itirib.

Oxu.az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu deyib.

O bildirib ki, bu gün medianın imkanları çox genişdir:

“Bu barədə dəfələrlə ölkə başçısı da öz çağırışlarında qeyd edib. Medianın necə vacib, önəmli seqment olduğunu bilirik. Mən statistik nəticələrə baxmışam, medianın ictimai nəzarət funksiyası tək Azərbaycanda deyil, bütün dünyada belədir. Ümumiyyətlə, statistik rəqəmlərə görə, dünyada keçən il 55 nəfər jurnalist həyatını itirib, onların böyük əksəriyyəti araşdırmaçı jurnalistlər olub.

Odur ki, ictimai şurada iştirakçılıq məsələsinə nəzər salsaq, orada söz sahibi olan jurnalistlərin olması çox böyük töhfə ola bilər. Bu məsələyə geniş prizmadan baxılmasında fayda var”.

Xəbər verdiyimiz kimi, məşhur bloger Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb.

Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

Azxeber.com Hüseyn Həsənovla bağlı maraqlı faktları təqdim edir:

Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hüseyn Azərbaycanla bağlı xatirələri haqda deyir:

"Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam".

H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:

"Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instaqram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım".

Gənc məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

Bloger özü bu haqda deyib: "Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam".

"Location" klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) onu tənqid edənlər barədə sosial şəbəkədə status yazıb.

"Ölkə.Az"ın məlumatına görə, model bu sözləri qeyd edib:

"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələri işlədirlər, iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır. Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacam ki... Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meylli biri deyiləm, xoşlamıram".

Müğənni Manaf Ağayev sağlığında vəsiyyət yazıb.

Bu barədə lent.az-a açıqlamasında ifaçının özü məlumat verib:

"Maşallah olsun ki, övladlarım tərbiyəlidir. Həyatda qazancım onlardır. İkisi də dövlət işində işləyirlər. Vəsiyyətimi də artıq yazmışam. Nəyim varsa, dünyadan köçəndən sonra bütün mülküm onlar arasında bölünsün".

Xəbər lenti