Ötən ilin statistikasına nəzər salsaq, dünyada təxminən 55 nəfər jurnalist həyatını itirib.

Oxu.az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu deyib.

O bildirib ki, bu gün medianın imkanları çox genişdir:

“Bu barədə dəfələrlə ölkə başçısı da öz çağırışlarında qeyd edib. Medianın necə vacib, önəmli seqment olduğunu bilirik. Mən statistik nəticələrə baxmışam, medianın ictimai nəzarət funksiyası tək Azərbaycanda deyil, bütün dünyada belədir. Ümumiyyətlə, statistik rəqəmlərə görə, dünyada keçən il 55 nəfər jurnalist həyatını itirib, onların böyük əksəriyyəti araşdırmaçı jurnalistlər olub.

Odur ki, ictimai şurada iştirakçılıq məsələsinə nəzər salsaq, orada söz sahibi olan jurnalistlərin olması çox böyük töhfə ola bilər. Bu məsələyə geniş prizmadan baxılmasında fayda var”.

Xəbər verdiyimiz kimi, məşhur bloger Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb.

Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

Azxeber.com Hüseyn Həsənovla bağlı maraqlı faktları təqdim edir:

Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hüseyn Azərbaycanla bağlı xatirələri haqda deyir:

"Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam".

H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:

"Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instaqram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım".

Gənc məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

Bloger özü bu haqda deyib: "Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam".

"Location" klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) onu tənqid edənlər barədə sosial şəbəkədə status yazıb.

"Ölkə.Az"ın məlumatına görə, model bu sözləri qeyd edib:

"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələri işlədirlər, iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır. Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacam ki... Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meylli biri deyiləm, xoşlamıram".

Müğənni Manaf Ağayev sağlığında vəsiyyət yazıb.

Bu barədə lent.az-a açıqlamasında ifaçının özü məlumat verib:

"Maşallah olsun ki, övladlarım tərbiyəlidir. Həyatda qazancım onlardır. İkisi də dövlət işində işləyirlər. Vəsiyyətimi də artıq yazmışam. Nəyim varsa, dünyadan köçəndən sonra bütün mülküm onlar arasında bölünsün".

Xəbər verdiyimiz kimi, aprelin 3-də "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

Manset.az xəbər verir ki, sosial şəbəkədə mərhumun gecə klublarında əyləndiyi anın görüntülərinin yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub:

"İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!".

Qeyd edək ki, Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışmasında komandasına qalibiyyət gətirib.

"Baku.ws xəbər verir ki, P.Abdullayev yarışmada əsas rəqiblərdən sayılan Ogeday üzərində möhtəşəm qələbə qazanıb.

“Qırmızılar” komandasında yer alan Pərvizin möhtəşəm performansı komandasının "ödül oyunu"nu qazanması ilə nəticələnib. Kobra Pərvizin son qarşılaşmada qələbəsi rəqibi Ogedayı özündən çıxarıb.

Görüntüləri təqdim edirik:

"Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır..."

Yenisabah.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında "Location" klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:

"Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır".

Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:

"Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.

Kasıb təbəqə nə etməlidir? Onlar görür ki, Azərbaycan xalqının varını-dövlətini sümürənlər bir hissəsini xaricdə xərcləyir, bir hissəsini də bu cür gecə barlarında səpələyir. Buna görə onlarda qıcıq yaranır. Bu partlayış təbii ki, xoşagələn hal deyil, biz bundan üzülürük, amma ələxüsus da Ramazan ayının girdiyi gündə gecə saat 3-də o bar niyə açıq olmalıdır?! Ümumiyyətlə, məmur təbəqəsi, onların xanımları, övladları Azərbaycanda sabitliyin pozulması üçün əlindən gələni edirlər. Mən buna çox pis baxıram. Gəlin, hamımız ölkə prezidentinə kömək edək ki, ölkədə siyasi sabitlik nəzarətdən çıxmasın. Hər halda, bu barədə yoxlamalar gedir, prokurorluq müəyyən açıqlamalar verib, lakin düşünürəm ki, nə qədər ki, Azərbaycanda harınlamış təbəqə var, bununla məsələ bitməyəcək.

Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır. Hamısı belədir".

Onun sözlərinə görə, dövlət idarələrində çalışan məmurların var-dövləti əllərindən alınmalıdır:

"Dövlət idarələrində işləyənlərin əllərində nə varsa, maaşları istisna olmaqla alınmalıdır. Bu zaman sabitlik olacaq. Bu olmasa mümkün deyil, yalandan "Hər şey əladır" deməklə olmur, bilirik ki, elə deyil. Bu da kasıb xalqda qıcıq yaradır. Millətin bir hissəsi acdır, şəhid ailələrinin durumu ağırdır. Qazilərimiz yeməyə çörək tapmırlar, bəzi məmurların övladları da gecə barlarda xarici vətəndaşlarla eyş-işrət yaşayırlar. Buna qarşı ciddi tədbir görülməlidir".

Məşhur türkiyəli aşpaz Burak Özdəmir (CZN Burak) noyabr ayında İngiltərənin paytaxtı Londonda istifadəyə verəcəyi yeni restoranının şərikini açıqlayıb.
"Bu barədə “Haber Global” məlumat yayıb.

“Bu ilin 11-ci ayında İngiltərədəki restoranımızı açırıq. Londonda Kriştianu Ronaldu ilə şərik restoran açırıq”, - deyə o bildirib.

Ötən gün gecə saatlarında azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur.

Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib:

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Türkiyənin reytinqli layihələrindən olan "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı daha bir fakt ortaya çıxıb. 
 
Baku.ws xəbər verir ki, 10 il əvvəl ekran işində Ukrayna-Rusiya müharibəsindən bəhs edilib.
 
Serialın bölümlərindən birində aktyor Necati Şaşmazın (Polat Alemdar) həmkarı Kayahan Yıldızla (Yüce Majeste) dialoqu zamanı Rusiyanın Krımı işğal etməsindən, Ukraynaya isə təzyiq göstərərək ölkədə qarışıqlıq yaratmasından danışılır. 
 
10 il əvvəl ekran işində Rusiya-Ukrayna münasibətlərinin müzakirə edilməsi hər kəsi təəccübləndirib. 

Xəbər lenti